Bakıda maşın qiymətinə helikopter satılır VİDEO


Digərləri 04 İyl 2017 21:06:00 51 0

Bakıda maşın qiymətinə helikopter satılır  VİDEO

Bakıda təxminən bir avtomobil qiymətinə helikopter satılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, helikopterlərdən biri 55, digəri isə 150 min manata təklif edilir. İnternet saytlarının birində yerləşdirilən bu elanlarda Bakıda son model helikopterlərin satışı həyata keçirilır. Qiymətlər isə 55 min manatdan başlayaraq ölçüsünə və istehsal ilinə görə dəyişir. Elanda məkan olaraq Bakı göstərilsə də, satıcı helikopterlərin sifarişlə gətirildiyini deyir. Onun sözlərinə görə, sənədləşmə helikopter gətiriləndən sonra həyata keçirilir. Satıcının dediyinə görə, ölçüsündən asılı olraq helikopter istənilən yerdə park edilə bilər. Sadəcə qarajın ölçüləri uyğun olmalıdır. Helikopteri ada keçirtmək mümkün olsa da, sürmək üçün ya xüsusi pilotluq dərəcəsi olmalıdır, ya da ki, şəxsi pilot saxlamaq lazımdır. Digər bir məsələ isə uçuşu həyata keçirtmək üçün icazə məsələsidir ki, bu da bir neçə qurumdan icazə almaqla mümkündür.


Xəbərə aid video

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı