ABB istirahətə gedən müştərilərinin pulunu və qiymətli əşyalarını qoruyacaq


İqtisadiyyat 04 İyl 2017 11:36:59 63 0

ABB istirahətə gedən müştərilərinin pulunu və qiymətli əşyalarını qoruyacaq

Kampaniya 5 iyul – 4 avqust tarixlərində keçərlidir

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) müştəriləri üçün yeni kampaniya keçirir.

“Report” xəbər verir ki, Bankın yeni “1+1” kampaniyasından faydalanacaq müştərilər tətil vaxtı evdəki pullarını, qiymətli əşyalarını, mühüm sənədlərini ABB-yə rahatlıqla etibar edə biləcəklər.

Kampaniya dövründə bankdan 1 ay müddətinə depozit seyfi icarəyə götürən hər bir müştəriyə seyfin növbəti bir aylıq icarəsi hədiyyə ediləcək. Kampaniya 5 iyul – 4 avqust tarixlərindəkeçərlidir.

Müxtəlif ölçülü depozit seyflərini bankın Baş ofisində, eləcə də Bakı və Gəncədəki filiallarında icarəyə götürmək olar. Sözügedən depozit seyfləri ən etibarlı mühafizə sisteminə malik seyflərdir. ABB ölkədə avtomatlaşdırılmış depozit seyfləri sistemini tətbiq edən ilk bankdır.

Seyflərin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 manatdan başlayır və seyfin ölçüsündən asılı olaraq dəyişir.

Ətraflı:https://www.ibar.az/az/service-network/deposit-box

/

Azərbaycanın müasir dövlət bankı olan ABB-nin digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı