Nüşabə Ələsgərli efirdə ağladı: "Allah mənə dərd verdi"


Şou-biznes 03 İyl 2017 12:25:00 68 0

Nüşabə Ələsgərli efirdə ağladı:  "Allah mənə dərd verdi"

“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

Axşam.az-ın məlumatına görə, aparıcılığını müğənni Nazənin etdiyi proqramda N.Ələsgərli sənətə ilk addımlarından danışıb:

“İlk dəfə efirə Cahangir Cahangirovun bəstəsi olan “Məni atdın ay qız”la çıxmışam. Həmin mahnını Rafiq Babayev aranjiman etmişdi. O vaxt AzTV-də gecə verilişində bu mahnını oxudum. Daha sonra 1994-cü ildə “Ay ləli yar”ı oxudum. Ondan sonra məni küçədə hamı tanıdı. Beləcə, sevilməyə başladım”.

Anasının və bacısının ölümündən danışan N.Ələsgərli göz yaşlarını saxlaya bilməyib:

“Hər zaman problemlərim olub. Gözümü açandan zəhmətkeş qarışqa olmuşam. Problemsiz günüm yox idi. Heç bir zaman dərdim olmayıb. Daha sonra Allah mənə dərd verdi. Anam, bacım dünyasını dəyişdi”.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı