Dünyada super zənginlərin sayı və sərvəti artıb


İqtisadiyyat 28 İyn 2017 13:06:58 73 0

Dünyada super zənginlərin sayı və sərvəti artıb

Super zənginlərin sayına görə ilk üçlükdə ABŞ, Yaponiya və Çin sıralanıb

2016-cı ildə sərvəti 30 mln. dolları keçənlərin sayı 3,5% artaraq 226 450 nəfərə çatıb. Bu şəxslərin idarə etdiyi cəmi sərvət isə 1,5% artaraq 27 trln. dolları keçib. Bununla yanaşı, həmin şəxslər arasındaadam başına düşən sərvət 2013-cü ildən indiyədək ilk dəfə azalaraq 120 mln. dollara enib.

"Report" bu barədə ABŞ mərkəzli araşdırma mərkəzi "Wealth-X"in yaydığı hesabata əsasənxəbər verir.

Türkiyədəki super zənginlərin sayı da 0,8% azalaraq 1 190 nəfər və bu şəxslərin sərvəti 2,2% azalaraq 150 mlrd. dollar təşkil edib. Türkiyə bu göstəricilərlə dünyada ən çox zənginə sahib ölkələrın sıralanmasında 27-ci yeri tutub. Türkiyənin super zəngin sayı 2013-cü ildə 900, 2014-cü ildə 915 nəfər olub. Bu şəxslərin sərvəti isə 2013-cü ildə 105 mlrd., 2014-cü ildə 120 mlrd. dollar hesablanıb.

Qeyd edək ki, super zənginlərin sayına görə ilk üçlükdə ABŞ, Yaponiya və Çin sıralanıb. Rusiya 3 780 nəfərlə 13-cü, İran isə 950 nəfərlə siyahıda 30-cu yeri tutub.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı