Hərbi qulluqçuların Şəkiyə gəzintisi təşkil edilib


Siyasət 26 İyn 2017 14:51:28 77 0

Hərbi qulluqçuların Şəkiyə gəzintisi təşkil edilib

Onlar qala divarları kompleksində yerləşən Sənətkarlar evində şəbəkə və əl ilə hazırlanan sənət əsərləri ilə də tanış olublar

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun Şəki şəhərinə gəzintisi təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ekskursiya zamanı əsgərlər Yuxarı Karvansaray, Tacirlər küçəsi və Qala divarları memarlıq abidələrini gəzib, Rəşid Bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq muzeyi, Şəki Xalq Tətbiqi Sənəti muzeyi, Şəki Xan Sarayı ilə tanış olub, eləcə də Qədim Alban məbədi olan Dairəvi məbədə baxıblar.

Hərbi qulluqçular muzeylərdə toplanmış eksponatlarla tanış olub, Şəkinin qədim tarixi, zəngin mədəniyyəti, bölgənin adət-ənənələri barədə geniş məlumatlar əldə ediblər.

Ekskursiya zamanı Şəki Şəhər Dövlət tarix-memarlıq qoruğu tərəfindən hərarətlə qarşılanan əsgərlərimiz Ramazan bayramı münasibətilə təşkil olunmuş musiqili məclisdə iştirak edib, Qala divarları kompleksində yerləşən Sənətkarlar evində şəbəkə və əl ilə hazırlanan sənət əsərləri ilə də tanış olublar.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı