Həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb


Sosial 24 İyn 2017 15:37:00 89 0

Həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gündüz Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Xaçmaz rayonunun Arzu kəndində baş verib. 1972-ci il təvəllüdlü İlqar Novruzov həmkəndlisi G.Məhərrəmov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlə səbəb tərəflər arasında yaranan mübahisə olub.

G.Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Məhhərəmov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmündən narazı qalan məhkum apellyasiya şikayəti verib.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı