Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin cəzası azaldıldı


Digərləri 24 İyn 2017 14:30:00 80 0

Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin cəzası azaldıldı

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Teyyub Ağakərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Ağakərimovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.

Qeyd edək ki, hadisə Xaçmaz rayonunun Yeni Sudur kəndi ərazisində baş verib. Şəxsi münasibətlər zəminində 1992-ci il təvəllüdlü Teyyub Şahbala oğlu Ağakərimov həmkəndlisi 24 yaşlı Roman Şükürağa oğlu Əliosmanovu bıçaqlayıb. T.Ağakərimov R.Əliosmanova 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biri onun ürəyinə dəyib. Ağır vəziyyətdə olan R.Əliosmanov xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Teyyub Ağakərimov saxlanılıb.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı