İnsanları dəli edən "Lənətlənmiş çörək" FOTO


Digərləri 20 İyn 2017 22:29:00 45 0

İnsanları dəli edən "Lənətlənmiş çörək"  FOTO

Fransanın Grad bölgəsində kiçik bir kənd kimi tanınan Pont-Sent Esprit öz halında, sadə insanların yaşadığı bir yer olub. Olduqca səssiz təbiəti olan kənddə insanlar gündəlik ehtiyaclarını qarşılamaq üçün səhər işə gedir, axşam isə evlərinə qayıdırdılar. 1951-ci ilə qədər heç bir fövqəladə hadisənin qeydə alınmadığı bu kənd bir an içində lənətlənmiş əraziyə çevrilib.

Son.az publika.az-a istinadən xəbər verir ki, 1951-ci ildə Fransadakı kiçik qəsəbədə başlayan yeni gün özü ilə dəhşətli fəlakətlər gətirir. Kəndlilər son dərəcə həyəcanlı əhval-ruhiyyədə qəribə məxluqlar, vəhşi heyvanlar gördüyünü iddia edərək yerli orqanlara şikayət etməyə başlayırlar. Kəndlilərin vahiməli davranışlarını görən rəsmilər məsələ ilə bağlı ciddi araşdırma aparmağa məcbur olur.

16 avqust 1951-ci ildən başlayaraq, kənddə dəhşətli cinayətlər qeydə alınmağa başlayır. O gün hər kəs əjdaha və bənzəri yırtıcı heyvanların, ilanların onlara hücum edib öldürəcəyini iddia edirdi.

Həmin gün eyni anda kəndin müxtəlif yerlərində bir neçə cinayət hadisəsi baş verir. 11 yaşlı Çarlz Granjhon evdən qaçaraq nənəsini boğaraq öldürür, Qabriel Validre adlı kişi özünə qəsd edir. İntihar etməzdən əvvəl isə otaq yoldaşının başını dəmirə keçirir. Sol qulaq nahiyəsindən girən dəmir kişinin başını parçalayaraq beynini çölə tökür. Qarnına isə ilan sancmasına bənzər şəkildə qaynar çəngəllər batıran Qabriel onu amansızcasına öldürdükdən sonra özünü də öldürür.

Başqa bir hadisədə evindən çıxan qadın pələnglərin hücumuna məruz qaldığını iddia edir. Kənddə yaşayan insanlar istisnasız xəyal görürdülər. Bunun səbəbini bu günə qədər heç kəs bilmir. Gördüklərini iddia etdikləri məxluqlar, əjdahalar, pələnglər, ilanlar və daha bir çox heyvanlar kəndliləri bir sözlə dəli edirdi. Baş verən maraqlı hadisələri araşdıran rəsmi orqanlar qəribə məxluqlar gördüyünü iddia edən təxminən 300 nəfər kənd sakinini saxlayır. Onlardan 50-si ilkin tibbi müayinədən sonra ağıl xəstəxanasına yerləşdirilir. Xəstəxanaya aparılan insanların içərisində ürəyinin yerində olmadığını iddia edən sakinlər də olub. Onlar ürəklərini gizlətdiklərini deyərək bir gün onu götürməyə gedəcəklərini deyiblər. Xəstəxanadakı sakinlərdən biri özünün təyyarə olduğunu iddia edərək 3-cü mərtəbədən tullanıb. Düşdüyü yerdən qaçmağa başlayan 45 yaşlı kişinin kəndin ziyalısı olduğu iddia edilir. Uzun müddət davam edən araşdırmalardan sonra kəndi cəhənnəmə, kənd əhalisini isə dəliyə çevirən hadisələrin sirri məlum olub. Çox sayda insanın ölümü ilə nəticələnən hadisələrin səbəbkarı kənddə çörəkçi işləyən Rok Briand olub. Araşdırmalardan sonra məlum olub ki, Briandın kəndlilərə satdığı çörəklərin içərisinə qoyduğu zəhərli göbələklərin (ergot) tərkibində olan kimyəvi maddələr onların qarabasma görmələrinə səbəb olub. Dünyada ən zəhərli göbələk kimi tanınan ergot göbələyinin tərkibində ən güclü narkotik təsirə malik, güclü eyforiya hissi yaradan hallyusinogen maddələr var.

loading...

Xəbərə aid fotolar

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə bahalaşdı like
  • 20 İyn 22:22  
Digərləri Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Milli Qəhramanın adını daşıyan parkda nə baş verir? like
  • 20 İyn 22:22  
Digərləri Milli Qəhramanın adını daşıyan parkda nə baş verir?

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Milli Qəhrəman, şəhid Cavanşir

arrow Ətraflı
Kokosun faydaları like
  • 20 İyn 22:20  
Digərləri Kokosun faydaları

Pəhrizlərdə istifadə edilən kokosun faydaları saymaqla bitmir.

arrow Ətraflı
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi like
  • 20 İyn 22:17  
Siyasət ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ hökuməti Donbasdakı vəziyyətlə bağlı Rusiya və Ukraynanın 38 fizi

arrow Ətraflı
Gilasın bilmədiyiniz faydaları like
  • 20 İyn 22:16  
Digərləri Gilasın bilmədiyiniz faydaları

Son.az axşam.az-a istinadən gilasın bilmədiyiniz faydalarını sadalayır:

arrow Ətraflı
ƏhliBeyti sevdiyi üçün şəhid edilənlər like
  • 20 İyn 22:15  
Digərləri ƏhliBeyti sevdiyi üçün şəhid edilənlər

Əməvilər zamanında qətlə yetirilmiş Əhli-beyt tərəfdarlarının sayın

arrow Ətraflı
Uşağını pəncərədən sallayan ata həbs edilib like
  • 20 İyn 22:12  
Digərləri Uşağını pəncərədən sallayan ata həbs edilib

Uşağın həyatını təhlükəyə qoyduğu üçün polis kişini həbs edib F

arrow Ətraflı
Xolesterin iynəsi gəlir  FOTO like
  • 20 İyn 22:11  
Dünya Xolesterin iynəsi gəlir FOTO

Ürək xəstəliklərinin qarşısını almaq üçün hazırlanan xolesterini az

arrow Ətraflı
Güclü dolu və sel Hacıkəndə ciddi ziyan vurub - FOTO like
  • 20 İyn 22:11  
Sosial Güclü dolu və sel Hacıkəndə ciddi ziyan vurub - FOTO

Nəticədə 126 evdən 114-nün dam örtüyü, pəncərələri qırılıb

arrow Ətraflı
Gilasın faydaları like
  • 20 İyn 22:10  
Digərləri Gilasın faydaları

Orqanları hüceyrə zədələnməsinə qarşı qoruyan gilas, C, A, K vitaminl

arrow Ətraflı
Nepal Everest zirvəsini ölçmək istəyir like
  • 20 İyn 22:08  
Digərləri Nepal Everest zirvəsini ölçmək istəyir

Nepal iki il ərzində Everest zirvəsinin hündürlüyünü ölçmək niyyətin

arrow Ətraflı
İŞİDin "ali müftisi" məhv edilib like
  • 20 İyn 22:03  
Dünya İŞİDin "ali müftisi" məhv edilib

Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində əsas rol oyn

arrow Ətraflı
Milli Qəhramanın adını daşıyan parkda nə baş verir: şəhidin abidəsi uçub-dağılıb like
  • 20 İyn 22:02  
Sosial Milli Qəhramanın adını daşıyan parkda nə baş verir: şəhidin abidəsi uçub-dağılıb

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Milli Qəhrəman, şəhid Cav

arrow Ətraflı