Milli Qəhramanın adını daşıyan parkda nə baş verir: şəhidin abidəsi uçub-dağılıb


Sosial 20 İyn 2017 22:02:00 54 0

Milli Qəhramanın adını daşıyan parkda nə baş verir: şəhidin abidəsi uçub-dağılıb

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Milli Qəhrəman, şəhid Cavanşir Rəhimovun adını daşıyan park baxımsızlıqdan bərbad hala düşüb. Şəhidin adının əbədiləşdirilməsi məqsədilə qoyulmuş abidənin bir hissəsi uçub.

Qəsəbə sakinləri 10 hekrat ərazisi olan parkın iş adamlarına satılacağı ilə bağlı son zamanlar mətbuatda yazılan məlumatlardan narahatdır. Sakinlər parkın abadlaşdırılması və Milli Qəhrəmanın abidəsinin yenidən tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət ünvanlayıblar.

Bu barədə virtualaz.org saytına qəsəbə sakinləri məlumat veriblər.

“Cavanşir” parkı qəsəbə sakinlərinin yeganə istirahət zonasıdır. Xüsusilə yaşlıların toplandığı tək məkan bu parkdır.

Sakinlər deyirlər ki, parkın bərbad hala salınması və abidənin dağıdılması azmış kimi, axşamlar ərazi “bomj”ların məskəninə çevrilir. İçki şüşələri, qida tullantıları ağacların dibinə atılır.

“Parkın 60 ildən çox yaşı var. Burada əvvəllər oturacaqlar, hovuz, uşaqlar üçün yellənçəklər quraşdırılmışdı. İndi yalnız ağaclar qalıb, onlar da susuzluqdan quruyur”, - qəsəbə sakin Abbas Nuriyev söyləyir.

Əvvəlcə işıq dirəkləri sökülüb, sonra uşaq yelləncəkləri yoxa çıxıb. Sakinlər bir də görüblər ki, nə hovuz qalıb, nə də oturacaqlar, park tamam boşalıb. Şəhidin abidəsinin arxasındakı daşlar qırılıb, büst bir neçə yerdən çatlayıb. Hiss olunur ki, abidə qəsdən uçulub-dağıdılıb. Yaxınlıqdakı digər heykəlin bir hissəsi qoparaq yerə düşüb.

“Prezident Administrasiyasına şikayət etdik, bundan sonra Suraxanı Rayon İcra Hakimiyyəti parkın abadlaşdırılacağını dedi, ərazi hasarlandı. Amma hasarlanmadan sonra vəsaitin çatışmadığını əsas gətirərək işi dayandırdılar”, - sakinlərdən biri deyir.

Parkın girəcəyində çayxanalar fəaliyyət göstərir, cavanlar orada, yaşlılar isə düzəltdikləri oturacağın ətrafında toplanırlar. “Yay-qış demədən burda toplanırıq, parka nəzarət edirik”, - sakinlər deyirlər. Və əlavə edirlər ki, abadlaşdırma üçün vəsaitin olmaya bilər, heç olmasa ağacların məhv olmasına imkan verməsinlər.

Parkda bir neçə ağac kötüyü var, kənarlardakı ağaclar qurumasa da, əyilib. “Bəlkə də qəsdən ağacların qurumasına göz yumurlar, ərazi tam xarabalığa çevriləndən sonra satmaq asandır”, - yaşlı sakinlərdən birinin ehtimalı digərlərinin narahatlığına səbəb olur.

Sakinləri narahat edən daha bir problem gecələr sahibsiz heyvanların ərazidə toplanmasıdır: “Gecələr itlərin səsindən yatmaq mümkün deyil. İtlərin qorxusundan heç kim burdan keçməyə cəsarət etmir. Dəfələrlə hücumlarına məruz qalmışıq”.

Amma təkcə sahibsiz heyvanlar deyir, sahibli heyvanlar da bu parkı məskən edib.

Qeyd edək ki, Qaraçuxur qəsəbə sakini Cavanşir Rəhimov 1992-ci ilin avqustunda şəhid olub, erməni bölüyünün məhv edilməsində göstərdiyi qəhrəmanlığa görə prezidentin 16 sentyabr, 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Cavanşir Rəhimov Azərbaycanın ən gənc Milli Qəhrəmanı kimi siyahıya düşüb, oxuduğu məktəb də onun adını daşıyır.

Ülviyyə

Foto Samirənindir

loading...
Okean sahilində pozalar verdi  FOTO like
  • 20 İyn 22:01  
Digərləri Okean sahilində pozalar verdi FOTO

MTV telekanalındakı "Love Island" realiti-şousunun ulduzlarından o

arrow Ətraflı
“Doktor Kim” dünyasını dəyişdi like
  • 20 İyn 22:00  
Digərləri “Doktor Kim” dünyasını dəyişdi

Britaniyalı aktyor və aparıcı Brayn Kent Londonda dünyasını dəyişib.

arrow Ətraflı
Diridiri basdırılan azərbaycanlının işində “Lotu Qulu”nun izi like
  • 20 İyn 21:57  
Digərləri Diridiri basdırılan azərbaycanlının işində “Lotu Qulu”nun izi

Moskvada azərbaycanlı iş adamı Hikmət Salayevi diri-diri basdıran üç ş

arrow Ətraflı
Zakir Həsənov komandirlərə göstərişlər verib – FOTO like
  • 20 İyn 21:56  
Digərləri Zakir Həsənov komandirlərə göstərişlər verib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanl

arrow Ətraflı
4 mindən çox "Mazda" geri çağırılır like
  • 20 İyn 21:55  
Digərləri 4 mindən çox "Mazda" geri çağırılır

"Mazda Motor Rus" şirkəti Rusiyada 4,5 mindən çox avtomobili geri çağırı

arrow Ətraflı
“Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kuboku keçiriləcək like
  • 20 İyn 21:53  
Digərləri “Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kuboku keçiriləcək

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Xəzər İntellektual G

arrow Ətraflı
Neft daha 2% ucuzlaşdı like
  • 20 İyn 21:52  
İqtisadiyyat Neft daha 2% ucuzlaşdı

Dünya bazarlarında neftin sürətlə ucuzlaşması prosesi bu gün

arrow Ətraflı
Portuqaliyada yanğın like
  • 20 İyn 21:52  
Dünya Portuqaliyada yanğın

Portuqaliyanın Qoyş rayonunda yanğınlar nəticəsində 27 yaşayış məntə

arrow Ətraflı
Azərbaycanda qənd, şəkər tozu, tütün istehsalı azalıb like
  • 20 İyn 21:51  
Digərləri Azərbaycanda qənd, şəkər tozu, tütün istehsalı azalıb

Azərbayanda ötən ilin yanvar-may ayları ilə müqayisədə tütün məmulatl

arrow Ətraflı
Gilasdı, bəsdi... like
  • 20 İyn 21:50  
Digərləri Gilasdı, bəsdi...

Təkcə yaraşıqlı və cəlbedici görkəmi ilə deyil, həm də sağlamlıq

arrow Ətraflı
Qiyamətin gəlməsinin tezləşməsi üçün dua edən kimdir? like
  • 20 İyn 21:45  
Digərləri Qiyamətin gəlməsinin tezləşməsi üçün dua edən kimdir?

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Kazım (ə) buyurur:

arrow Ətraflı
Bank bağlandı, pulunu geri ala bilmir  VİDEO like
  • 20 İyn 21:42  
Digərləri Bank bağlandı, pulunu geri ala bilmir VİDEO

Pulunu banka yatıran vətəndaş indi onu geri ala bilmir. Gəncə şəhər sak

arrow Ətraflı
Dəniz suyunun faydalı təsiri like
  • 20 İyn 21:40  
Digərləri Dəniz suyunun faydalı təsiri

Yay istirahətini keçirmək üçün ən çox üz tutulan ünvanlardan biri də

arrow Ətraflı
Beynəlxalq koalisiya: İŞİD-in "ali müftisi" məhv edilib like
  • 20 İyn 21:39  
Dünya Beynəlxalq koalisiya: İŞİD-in "ali müftisi" məhv edilib

Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində əsas rol oyn

arrow Ətraflı
Azərbayanda qənd və şəkər tozu istehsalı 22,4 faiz azalıb like
  • 20 İyn 21:31  
İqtisadiyyat Azərbayanda qənd və şəkər tozu istehsalı 22,4 faiz azalıb

Azərbayanda ötən ilin yanvar-may ayları ilə müqayisədə tüt&

arrow Ətraflı