Əmlak komitəsi və “ASAN xidmət” əməkdaşlığı dərinləşir


Digərləri 20 İyn 2017 21:13:00 61 0

Əmlak komitəsi və “ASAN xidmət” əməkdaşlığı dərinləşir

Əmlak Məsələləri Dövlət Komitəsiilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.

Son.az bildirir ki, tədbir çərçivəsində "ASAN könüllüləri" ilə də görüş keçirilib. Qeyd edək ki, göstərilən xidmət zamanı könüllülərin cəlb edilməsi, onların potensialından səmərəli istifadə edilməsi əsas proritetlərdəndir. İştirakçılar əvvəlcə Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalarla tanış olublar. Müasir çağırışlara əsasən yaradılan "Əmlakın qeydiyyatı kalkulyatoru", "Elektron çıxarış", "Elektron hərrac", "AzNav" Naviqasiya sistemi kimi layihələr və onların istifadə qaydaları əyani olaraq nümayiş etdirilib. Xidmətləri operativ olaraq çatdırılmasını təmin edən bu yeniliklərin iş prinsipi canlı olaraq izlənilib. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı görülən işlər də nümayiş olunub. Məlumat verilib ki, Mərkəzdə daşınmaz əmlak, torpaq idarəçiliyi üzrə toplanan geoməkan məlumatları Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında baza rolunu oynayır. Daha sonra iki qurum arasında Anlaşma Memorandumunun imzalanması tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədriKərəm Həsənovbildirib ki, prezidentİlham Əliyevmodern və çevik idarəetmənin təmin edilməsi ilə bağlı dövlət orqanlarına mühüm tapşırıqlar verir: "Bu tapşırıqların icrası ilə əlaqədar olaraq yaradılan "ASAN xidmət" xidmətlərin yeni üslubda çatdırılması istiqamətində Azərbaycan brendinə çevrilib.Əmlak Məsələləri Dövlət Komitəsidə aparılan islahatlara uyğun ardıcıl tədbirlər görür". K.Həsənov qeyd edib ki, komitə ilə "ASAN xidmət" arasında imzalanan memorandum ikitərəfli əməkdaşlığın genişlənməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, memoranduma əsasən tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır. İmzalanan sənəd göstərilən xidmətlər zamanı könüllülərin cəlb edilməsinə, ixtisaslı kadrların hazırlanmasına və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verəcək: "Ölkə başçısının tapşırıqlarından irəli gələrəkƏmlak Məsələləri Dövlət Komitəsidə fəaliyyət istiqamətləri üzrə innovasiyaların tətbiqini genişləndirməklə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı işlərini sürətləndirir. Sistem vasitəsilə müxtəlif sahələrdə effektiv və operativ idarəetmə, səmərəli fəaliyyət üçün zəruri olan dolğun, etibarlı və çevik xarakterli elektron məkan məlumatlarından istifadə imkanları artırılır. Fəaliyyət istiqamətlərini optimallaşdıran elektron xidmətlərin sayı da çoxaldılıb. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 32 elektron xidmət və 3 SMS, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm "Elektron hökumət" portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Qeyd edilməlidir ki, Komitə tərəfindən göstərilən elektron xidmətlərdən 700 minə yaxın vətəndaş istifadə edib". Komitənin innovativ layihəsi olan daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsi, vətəndaşlara əmlaklar üzərində çıxarışların elektron formatda təqdim olunmasını mümkün etdi. Bununla əhali öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə bilir. Qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablamaya imkan verən yeniliklərdən biri Əmlakın qeydiyyatı kalkulyatoru olub. Bundan başqa qeydiyyat sahəsində optimallıq, operativlik nəzərə alınaraq "bir pəncərə" prinsibi də tətbiq edilir. "Bir pəncərə" prinsipinin tətbiqi ilə kadastr məsələləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqlara dair rəylərin verilməsi məsələləri öz həllini tapır. Daşınmaz əmlakın qeydiyyatı sahəsində innovasiyaların tətbiqi ilə yanaşı ardıcıl sosial layihə olan Kütləvi çıxarış" kampaniyası keçirilir və mobil ofis xidmətləri göstərilir. Komitə tərəfindən cari il ərzində paytaxt və regionlar üzrə 12 "Kütləvi çıxarış" kampaniyası keçirilib. Ümumilikdə mobil ofis vasitəsilə isə 200 minə yaxın vətəndaşa qeydiyyat və bir sıra xidmətlər göstərilib. Komitə müasir çağırışlara uyğun olaraq özəlləşdirmə sahəsində fəaliyyətini təkmilləşdirərək Özəlləşdirmə portalı yaradıb. Ümumilikdə portaldan istifadə edənlərin sayı 700 minə yaxındır. Komitə tərəfindən ümumilikdə 40-a yaxın açıq və şəffaf hərrac keçirilib. 1100-dən artıq əmlak hərraclarda özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan əmlaka sifariş verilməsi və iştirak proseduru da elektron qaydadadır. Əmlak Məsələləri Dövlət Komitəsiözəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə verib. İnkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq tətbiq olunan sistem dövlətə məxsus daşınar əmlakın özəlləşdirilməsini həyata keçirir. Elektron Hərracda gələcəkdə bütün növ əmlakların özəlləşdirilməsi mümkün olacaq. Əmlak Məsələləri Dövlət Komitəsibeynəlxalq təcrübəyə uyğun Ünvan Reyestri İnformasiya Sistemini yaradıb. Bu günədək qüvvədə olan "bina ünvanı konsepsiyası"ndan "giriş ünvanı konsepsiyası"na keçid edilib. Ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün də imkan yaradılıb.Əmlak Məsələləri Dövlət Komitəsi"AzNav" ölkənin ilk rəsmi Naviqasiya Sistemini istifadəyə verib. Sistemin 80 minə yaxın istifadəçisi var. Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov xidmətlər sahəsində innovativ layihələrin icrasındaƏmlak Məsələləri Dövlət Komitəsiilə əməkdaşlığın önəmini diqqətə çəkib. O bildirib ki, bu əməkdaşlıq vətəndaş məmnunluğunun yüksəldilməsinə, xidmətlərə əlçatanlığın artırılmasına yönəlib. Sonda Kərəm Həsənov və İnam Kərimov iki qurum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalayıblar. Memorandumda "ASAN xidmət" vasitəsilə ilə birgə özəlləşdirmə, hərraclar, komitə tərəfindən göstərilən digər xidmətlər sahəsində yeni layihələrin reallaşdırılması, Komitə ilə Agentlik arasında mümkün məlumat bazalarının inteqrasiyasının həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri əksini tapır. Həmçinin sənəddə xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması üçün tərəflərin həyata keçirdiyi müxtəlif layihələr, həmçinin göstərilən xidmətlər zamanı "ASAN xidmət"in "Master 2" layihəsi çərçivəsində könüllülərin cəlb edilməsi, hər iki qurumdan toplanmış məlumatların müasir çağırışlara uyğun olaraq təhlili və hesabatların hazırlanması üçün işçi qrupunun yaradılması və digər əməkdaşlıq istiqamətləri qeyd edilib.

loading...
Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb like
  • 20 İyn 21:12  
Digərləri Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Cari ilin may ayında Azərbaycanda mənzillərin kirayə haqqı 1,2% bahalaşı

arrow Ətraflı
“Emirates Airlines”sərnişinlərə xəbərdarlıq edib like
  • 20 İyn 21:11  
Dünya “Emirates Airlines”sərnişinlərə xəbərdarlıq edib

Məşhur Emirates Airlines şirkəti sərnişinlərini sıxlıq barədə öncəd

arrow Ətraflı
Bağırsaq qurdlarını salmaq üçün şəfalı bitkilər like
  • 20 İyn 21:10  
Digərləri Bağırsaq qurdlarını salmaq üçün şəfalı bitkilər

Sarıkök: sarıkökdə antiparazit xüsusiyyət olan dörd maddə var. Sarıkö

arrow Ətraflı
Azərbaycanda qənd, şəkər tozu, tütün istehsalı azalıb like
  • 20 İyn 21:09  
Digərləri Azərbaycanda qənd, şəkər tozu, tütün istehsalı azalıb

Azərbayanda əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə tütün məmul

arrow Ətraflı
Dəniz qumu oynaq xəstəliklərini müalicə edir like
  • 20 İyn 21:09  
Digərləri Dəniz qumu oynaq xəstəliklərini müalicə edir

Dəniz qumu bir çox xəstəliyin müalicəsində istifadə edilir.

arrow Ətraflı
Daniel Alveşin "Juventus" macərası uzun çəkmədi like
  • 20 İyn 21:08  
İdman Daniel Alveşin "Juventus" macərası uzun çəkmədi

Dani Alveş "Juventus"la yollarını ayırmaq istəyir. Braziliyalı müdafi

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda  FOTO like
  • 20 İyn 21:00  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda FOTO

Məşhurlar bu gün də ən yeni şəkillərini İnstagram sosial şəbəkəsind

arrow Ətraflı
Portuqaliyada yanğın - Əhali təxliyə edilir like
  • 20 İyn 20:58  
Digərləri Portuqaliyada yanğın - Əhali təxliyə edilir

Portuqaliyada yanğınlar nəticəsində 27 yaşayış məntəqəsinin əhalisi

arrow Ətraflı
Portuqaliyada yanğın like
  • 20 İyn 20:58  
Dünya Portuqaliyada yanğın

Portuqaliyanın Qoyş rayonunda yanğınlar nəticəsində 27 yaşayış məntə

arrow Ətraflı
Aİ Türkiyə, İordaniya və Livana 90 milyon avro ayırdı like
  • 20 İyn 20:54  
Dünya Aİ Türkiyə, İordaniya və Livana 90 milyon avro ayırdı

Avropa İttifaqı (Aİ) Livan, İordaniya və Türkiyədə sığınacaq tapan su

arrow Ətraflı
Qazaxda dolu bir sıra fəsadlar törətdi like
  • 20 İyn 20:50  
Digərləri Qazaxda dolu bir sıra fəsadlar törətdi

Qazax rayonuna yağan dolu bir sıra fəsadlar törədib.

arrow Ətraflı
Misir polisi İskəndəriyyə yaxınlığında üç terrorçunu məhv edib like
  • 20 İyn 20:50  
Dünya Misir polisi İskəndəriyyə yaxınlığında üç terrorçunu məhv edib

Onlar şəhərin yaşayış məntəqələrinin birində mənzildə gizlənirlər

arrow Ətraflı