Polkovnik Vaqif Əsədov: "Məni yaşadan Rusiyadır"


Digərləri 20 İyn 2017 20:02:00 54 0

Polkovnik Vaqif Əsədov: "Məni yaşadan Rusiyadır"

“Hesab edirəm ki, bu məsələlər inandığım jurnalist dostlarımın məni gündəmdə saxlamaq istəyindən irəli gəlir. Nəhayət, paxıllıq hisləri özünü büruzə verir”.

Bunu Modern.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov milyonluq villasının olması ilə bağlı bəzi KİV-lərin yaydığı məlumatlara münasibət bildirərkən deyib.

“Mən hər kəsə cana sağlığı arzulayıram. Qoy Allah hər kəsə mənim yaşadığım villa kimi ev qismət eləsin. Görünür mentalitetimizdə nöqsan var. Mən dəfələrlə demişəm, bir də deyirəm, mən fəxr edirəm ki, yuxarıda Allah, yerdə rəhbərliyim və jurnalistikada işləyən dostlarım var ki, bu hörməti qazanmışam. 15 ildir ki, sizlərlə işləyirəm. İncimişik də, küsmüşük də, telefonlara cavab verməmişəm də. Amma 15 il eyni vəzifədə çalışıb insanların rəğbətini qazanmaq özü böyük səadətdir. Deməli burada nə isə var. Dünyadakı xalqların əksəriyyəti münasibətləri şəxsi maraq üzərində qurur. Mən bu 15 ildə münasibətləri şəxsi maraq üzərində qurmadım. Ən azından hər kəs verdiyim salamımı aldı. Mən bunu qazanmışamsa, demək Allah-Təala istəyib. Allahın qismətini yüz bəndə yığışsa da əlindən ala bilməz”.

V.Əsədov evinin fotosunu yayımlayan jurnalistə sual da ünvanlayıb:

“İndi siz deyin, Vaqif Əsədov tövlədə yaşamalıdır?! Kişi kişinin malını saymaz. Niyə gəlib oğurluqda çəkirsiz?! Gəlin evə, qapım da, bacam da sizin üzünüzə açıqdır. Əgər qapını açmasam, gedin oğurluq çəkin. Ən azından o evin içini də, evdə yaşayan insanları da çəkin. Görün neçə nəfər qalır o villada?!”.

Qurum rəsmisi deyib ki, respublikada ona məxsus heç bir biznes yoxdur:“Mənim nəyim varsa, xaricdədir. Nəyim var Rusiyada, Moskvadadır. Heç vaxt ölkəmizdə biznes qurmağa can da atmamışam. Nəyim varsa, dostlarımdır, məni əhatə edən insanlardır. Məni yaşadan da Rusiya və başqa ölkələrdə olan fəaliyyətimdir”.

Xatırladaq ki, Vaqif Əsədov jurnalistlər üçün inşa edilmiş binadan mənzil almaq üçün sənədlərini KİVDF-ə təqdim edib. Bu da jurnalistlər arasında yaxşı qarşılanmayıb və saytlardan biri Vaqif Əsədovun villasının fotosunu çəkərək yayıb. Polkovnik əvvəlcə villasının olduğunu təsdiq etməmişdi.

loading...
Cennifer Lopes Nitsaya yollanıb  FOTO like
  • 20 İyn 20:00  
Digərləri Cennifer Lopes Nitsaya yollanıb FOTO

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes sevgilisi Aleks Rodrig

arrow Ətraflı
Adil Bağırova həsr olunmuş gecə keçiriləcək like
  • 20 İyn 19:57  
Digərləri Adil Bağırova həsr olunmuş gecə keçiriləcək

Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illi

arrow Ətraflı
Gəncəyə güclü dolu düşdü like
  • 20 İyn 19:54  
Digərləri Gəncəyə güclü dolu düşdü

Dolu və sel Hacıkənddə 126 evə ziyan vurub. Son.az ARB Kəpəz-ə istin

arrow Ətraflı
Venqer: "Jiru "Arsenal"a lazımdır" like
  • 20 İyn 19:53  
İdman Venqer: "Jiru "Arsenal"a lazımdır"

Arsen Venqer "Arsenal"da qalması sual altında olan Olivye Jirunun xidmətində

arrow Ətraflı
Suriyada İran istehsalı olan pilotsuz təyyarə vurulub like
  • 20 İyn 19:51  
Dünya Suriyada İran istehsalı olan pilotsuz təyyarə vurulub

Hadisə ət-Tanf şəhərinin yaxınlığında baş verib

arrow Ətraflı
ABŞdan Rusiyaya qarşı like
  • 20 İyn 19:42  
Dünya ABŞdan Rusiyaya qarşı

ABŞ Maliyyə Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın fiziki

arrow Ətraflı
Bidzina İvanişvili Almaniyada xəstəxanaya yerləşdirilib like
  • 20 İyn 19:37  
Digərləri Bidzina İvanişvili Almaniyada xəstəxanaya yerləşdirilib

Gürcüstanın keçmiş baş naziri, oliqarx Bidzina İvanişvili Almaniyanın M

arrow Ətraflı
Dünyanın ən yaxşı hava yolu şirkətləri like
  • 20 İyn 19:36  
Digərləri Dünyanın ən yaxşı hava yolu şirkətləri

"Skytrax" araşdırma şirkəti 2017-ci ilin ən yaxşı 100 hava yolu

arrow Ətraflı
Dövlət Reklam Agentliyi yaradıldı, İbadov direktor oldu like
  • 20 İyn 19:31  
Digərləri Dövlət Reklam Agentliyi yaradıldı, İbadov direktor oldu

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Reklam Agentliyinin

arrow Ətraflı
İvanişvili xəstəxanaya yerləşdirildi like
  • 20 İyn 19:24  
Dünya İvanişvili xəstəxanaya yerləşdirildi

Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili "İşemik şok&quo

arrow Ətraflı
Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlığı müzakirə ediblər like
  • 20 İyn 19:22  
Digərləri Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlığı müzakirə ediblər

Bu gün Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisdə

arrow Ətraflı
BMTnin baş katibindən ÇAĞIRIŞ: like
  • 20 İyn 19:18  
Dünya BMTnin baş katibindən ÇAĞIRIŞ:

"Bütün dünyada qaçqınlara dəstək göstərmək və onların hüquqlar

arrow Ətraflı
Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu like
  • 20 İyn 19:17  
Digərləri Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu

Son 6-7 ilə qədər yay mövsümü başlayanda Masazır qəsəbəsi

arrow Ətraflı