İsti gecələrdə sərin yatmağın üsulları


Digərləri 20 İyn 2017 20:17:00 75 0

İsti gecələrdə sərin yatmağın üsulları

"The Telegraph" yazır ki, isti ölkələrdə adamlar gecələri rahat yata bilmək üçün kondisionerlərdən istifadə edirlər, amma Britaniyada əksər evlər ildə bir-iki qızmar günə görə belə bahalı avadanlığı quraşdırmır.

Buna baxmayaraq yayın qızmar bir-iki günündən də salamat çıxmaq lazım gəlir.

Ekspert Nick Littlehales dünyanın ən böyük idman ulduzlarına "yuxu məşqçilyi" edib.

O bildirir ki, gün ərzində günəşin çıxması və batması arasında temperatur dəyişir, lakin əgər biz gündüz kifayət qədər "istilənmişiksə", bu istilik "intuitive" olaraq canımızdan gecə də çıxmaq bilmir.

Məhz buna görə də isti gecələrdə sərin yatıb, şirin yuxuya getməyin bəzi sadə fəndlərini bilməkdə fayda var.

Pəncərələri bağlı saxlayın

Ekspert bildirir ki, yataq otağı isti yay gecəsinə gündüzdən hazırlanmalıdır.

Buna görə də gündüzün qızmar havasında yataq otağının pəncərə və pərdələrini bağlı saxlamaq lazımdır ki, isti hava axınları içəri girməsin.

Yataq otağını mümkün qədər qaranlıq saxlamaq lazımdır. Qaranlıq daha sərin hava deməkdir.

Sərinkeşin qabağına buz qoyun

"Mən bir idmançı tanıyırdım, o iki bir litrlik butulkanı su ilə doldurub, soyuducunun buzluğuna qoyar, sonra isə gecə yatmazdan əvvəl çıxarıb bir ləyəndə sərinkeşin qarşısında yerləşdirərdi. Beləliklə yataq otağında sərin küləklər əsərdi" - deyir Nick Littlehales.

"Qrelkadan" istifad edin

Apteklərdə satılan və elmi adı termorfor olan (Azərbaycanlılar onun adına çox vaxt elə rusca "qrelka" deyirlər) isti su tuluqlarından istifadə edin.

Adətən qış aylarında yatağı isti saxlamaq üçün istifadə edilən termorforlardan, isti yay gecələrində yatağı soyuq saxlamaq üçün istifadə etmək olar.

Sadəcə olaraq termorforun içinə buzlu su doldurub yatağa qoymaq lazımdır.

Balışı sərin saxlayın

Ekspert bildirir ki, bədən istiliyinin əksər hissəsi başdan gəlir və buna görə də isti yay gecələrində başın sərin olması mühümdür.

Bunun ən sadə yolu balışınızı soyuducunun buzluğunda saxlamaqdır.

"Bu üsul doğrudan da əla işləyir" - deyir ekspert.

Yorğanı bir tərəfə atın

Digər sadə üsul yorğanın və ya adyalın altında yox, adi döşəkağının altında yatmaqdır. Burası da var ki, tam çılpaq yatmaqdansa, döşəkağının altında yatmaq faydalıdır. Beləki, onda bədənin temperaturu daha yaxşı tənzimlənir.

Duş qəbul edin

Yatmazdan əvvəl soyuq duş qəbul edin ki, bədən temperaturunu sala biləsiniz.

Alkoqoldan kənar durun

Yay aylarında adətən bütün içkilər buzla içilir. Lakin alkoqollu içkilər hətta buzlu içildikdə də isti yay gecələrində yatmağa mane olur.

Yüngül xörəklər yeyin

Karbohidratlarla zəngin xörəklər (xəmir, düyü və sair) biz yatarkən də orqanizmimizdə həzm olunmaqda davam edir və bu prosesin özü daxili istiliyi artırır.

İsti yay axşamlarında salat və ya meyvə ilə kifayətlənmək daha yaxşıdır. (BBC)

loading...
Hollandiya millisinin futbolçuları klip çəkdirib - VİDEO like
  • 20 İyn 20:15  
İdman Hollandiya millisinin futbolçuları klip çəkdirib - VİDEO

Hollandiya millisinin 2 futbolçusu Memfis Depay və Kuinsi Promes asudə

arrow Ətraflı
Azərbaycan və Latviya ikitərəfli əlaqələri genişləndirir (FOTO) like
  • 20 İyn 20:12  
Digərləri Azərbaycan və Latviya ikitərəfli əlaqələri genişləndirir (FOTO)

Azərbaycan və Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzr

arrow Ətraflı
Türkiyə Qətərə əlavə yardım göndərəcək (ÖZƏL) like
  • 20 İyn 20:09  
Digərləri Türkiyə Qətərə əlavə yardım göndərəcək (ÖZƏL)

Türkiyə Qətərə 15 min ton həcmində əlavə ərzaq yardımı göndərəcə

arrow Ətraflı
Rusiyanın dövlət avroistiqrazlarına tələb 6 mlrd. dolları ötüb like
  • 20 İyn 20:09  
İqtisadiyyat Rusiyanın dövlət avroistiqrazlarına tələb 6 mlrd. dolları ötüb

Büdcə qanununda 3 mlrd. ABŞ dollarına qədər borclanmağa icazə verilir

arrow Ətraflı
Gəncədə dolu 120-dən artıq evə ziyan vurub (FOTO/VİDEO) like
  • 20 İyn 20:04  
Digərləri Gəncədə dolu 120-dən artıq evə ziyan vurub (FOTO/VİDEO)

Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkən

arrow Ətraflı
Polkovnik Vaqif Əsədov: "Məni yaşadan Rusiyadır" like
  • 20 İyn 20:02  
Digərləri Polkovnik Vaqif Əsədov: "Məni yaşadan Rusiyadır"

“Hesab edirəm ki, bu məsələlər inandığım jurnalist dostlarımın m

arrow Ətraflı
Cennifer Lopes Nitsaya yollanıb  FOTO like
  • 20 İyn 20:00  
Digərləri Cennifer Lopes Nitsaya yollanıb FOTO

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes sevgilisi Aleks Rodrig

arrow Ətraflı
Adil Bağırova həsr olunmuş gecə keçiriləcək like
  • 20 İyn 19:57  
Digərləri Adil Bağırova həsr olunmuş gecə keçiriləcək

Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun 80 illi

arrow Ətraflı
Gəncəyə güclü dolu düşdü like
  • 20 İyn 19:54  
Digərləri Gəncəyə güclü dolu düşdü

Dolu və sel Hacıkənddə 126 evə ziyan vurub. Son.az ARB Kəpəz-ə istin

arrow Ətraflı
Venqer: "Jiru "Arsenal"a lazımdır" like
  • 20 İyn 19:53  
İdman Venqer: "Jiru "Arsenal"a lazımdır"

Arsen Venqer "Arsenal"da qalması sual altında olan Olivye Jirunun xidmətində

arrow Ətraflı
Suriyada İran istehsalı olan pilotsuz təyyarə vurulub like
  • 20 İyn 19:51  
Dünya Suriyada İran istehsalı olan pilotsuz təyyarə vurulub

Hadisə ət-Tanf şəhərinin yaxınlığında baş verib

arrow Ətraflı
ABŞdan Rusiyaya qarşı like
  • 20 İyn 19:42  
Dünya ABŞdan Rusiyaya qarşı

ABŞ Maliyyə Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın fiziki

arrow Ətraflı
Bidzina İvanişvili Almaniyada xəstəxanaya yerləşdirilib like
  • 20 İyn 19:37  
Digərləri Bidzina İvanişvili Almaniyada xəstəxanaya yerləşdirilib

Gürcüstanın keçmiş baş naziri, oliqarx Bidzina İvanişvili Almaniyanın M

arrow Ətraflı