Putinin xalqla birbaşa təmasından kimlər xeyir gördü...


Digərləri 20 İyn 2017 18:57:00 47 0

Putinin xalqla birbaşa təmasından kimlər xeyir gördü...

«Yəqin, deyə bilmərəm ki, burada özüm üçün tamamilə inqilabi kəşflər etmişəm. Ona görə ki, nə qədər olmasa, mən bu məsələlərlə daimi rejimdə məşğul oluram».

Rusiya prezidenti Vladimir Putin bazar günü NTV telekanalının «İtoqi nedeli» proqramına müsahibədə «canlı yayım zamanı çoxmu yeniliyin üstü açılıb» sualına cavabında belə deyib.

Prezident canlı yayımı «faydalı» adlandırıb. Onun sözlərinə görə, belə tədbirlər «bu gərginliyi, bu siniri tutmaqdan ötrü» gerçəkləşdirilir: «Hesab edirəm ki, bu, faydalı işdir».

İyunun 15-də Rusiya prezidenti V.Putin xalqla 15-ci «birbaşa bağlantı»sını keçirib. Putin 4 saata yaxın müddət ərzində xalqın suallarına cavab verib. CurrentTime.TV canlı yayımın dörd əsas nəticəsini vurğulayıb:

Murmansk vilayətinin Apatitı şəhərinin sakini, onkoloji xəstə Daria Starikova həkimlərin səhlənkarlığı üzrə qaldırılmış cinayət işində zərərçəkmiş kimi tanınıb. İstintaq komitəsi bütün tibbi sənədləri götürüb, tibbi personalın dindirilməsinə başlanıb, ekspertizalar təyin edilib.

İyunun 19-da Rusiyanın Fövqəladə Hallar Nazirliyi Murmanska xüsusi təyyarə göndərib. Həmin təyyarə Starikova-nı müalicə üçün Moskvaya gətirəcək.

Canlı yayım zamanı bütün ölkə bildi ki, 24 yaşlı Daria Starikovaya dördüncü dərəcəli xərçəng diaqnozu qoyulub. O, Putinə danışıb ki, əvvəlcə həkimlər ona «fəqərələrarası osteoxondroz diaqnozu» qoyaraq onurğasını müalicə ediblər və bu səbəbdən xərçəngin müalicəsinə ayrılmalı olan vaxt itirilib. Həmçinin qeyd edilib ki, onun yaşadığı şəhərdə xüsusi mütəxəssislərin kəskin çatışmazlığı müşahidə olunur. Belə ki, mütəxəssislərin çoxunu qonşu Kirovsk şəhərinə köçürüblər. Murmansk vilayətinin qubernatoru Starikovanın altı yaşlı qızını yay istirahətinə göndərməyə söz verib.

Canlı yayımda etdikləri şikayətdən sonra Stavropol diyarının Krasnokumskoye kəndinin 1500-ə yaxın sakininin hərəsinə 10 min rubl pul verilib. Canlı yayımdan bir sutka sonra diyar parlamentinin spikeri məruzə edərək bildirib ki, ümumən bütün regionda zərərçəkmişlərə 160 milyon rubl pul ödənilib. Sakinlərdən biri Putinə mayda baş vermiş subasmadan sonra evinin təmirinə ehtiyac yarandığını, ancaq bunu sübut etmək üçün öz hesabına müxtəlif arayışlar toplamağa məcbur edildiyini deyib. O, subasmadan sonra dövlətdən heç bir kömək almadığını da vurğulayıb.

Uzaq Şərqin nəqliyyat prokurorluğu isə Primorye diyarında yerləşən Naxodkanın dəniz limanlarında ekoloji tələblərin yerinə yetirilib-yetirilməməsini yoxlayır. Naxodkalı şagird Andrey Bol Putindən kömür tozu problemini həllini xahiş edib. Oğlan deyib ki, limanda kömürün saxlanması və daşınması açıq şəkildə həyata keçirildiyinə görə külək kömür tozunu şəhərə gətirir və şəhər kömür tozunun içində itib-batır.

Və nəhayət, Krasnodar diyarının qubernatoru bu il yolların əsaslı təmirinə 3 milyard rubldan artıq vəsait yönəldəcəyinə söz verib. Krasnodardan olan tələbə Valery Lebedev Putin-ə Novorossiyskaya küçəsində yolun pis vəziyyətdə olmasından şikayət edib. Qubernatorun mətbuat katibi məruzə edərək bildirib ki, həmin küçədə yolun təmirinə artıq başlanılıb.

loading...
İran Qədr gecəsi fəlakətdən qurtuldu like
  • 20 İyn 18:54  
Dünya İran Qədr gecəsi fəlakətdən qurtuldu

İranın qərbində Urmiya vilayətində Xüsusi Xidmət orqanlarının keçirdi

arrow Ətraflı
Azərbaycanda əhali arasında ölümün ƏSAS SƏBƏBLƏRİ açıqlandı like
  • 20 İyn 18:52  
Digərləri Azərbaycanda əhali arasında ölümün ƏSAS SƏBƏBLƏRİ açıqlandı

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb. Azərb

arrow Ətraflı
Bacısını vəhşicəsinə döyən millimizin üzvləri like
  • 20 İyn 18:49  
Digərləri Bacısını vəhşicəsinə döyən millimizin üzvləri

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ülkü Öz

arrow Ətraflı
ABŞ səfirliyi Gəncə Amerika Guşəsinin açılışını qeyd edib like
  • 20 İyn 18:46  
Digərləri ABŞ səfirliyi Gəncə Amerika Guşəsinin açılışını qeyd edib

ABŞ səfirliyi Gəncə Amerika Guşəsinin açılışını qeyd edib.

arrow Ətraflı
"Səbail" qapıçısı ilə müqavilə yeniləyib like
  • 20 İyn 18:45  
İdman "Səbail" qapıçısı ilə müqavilə yeniləyib

2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında mübariz

arrow Ətraflı
Gəncə sakini üzərinə benzin töküb özünü yandırdı like
  • 20 İyn 18:44  
Digərləri Gəncə sakini üzərinə benzin töküb özünü yandırdı

Gəncə şəhərində yerli sakin özünü yandırıb.

arrow Ətraflı
İlham Əliyev hərbçiləri təltif etdi like
  • 20 İyn 18:42  
Digərləri İlham Əliyev hərbçiləri təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə

arrow Ətraflı
Dəməşq atəşə tutuldu like
  • 20 İyn 18:40  
Dünya Dəməşq atəşə tutuldu

Suriyanın paytaxtı Dəməşqin ətraf rayonları silahlı qruplaşmalar tərə

arrow Ətraflı
Dəməşq atəşə tutuldu - Dinc sakinlər yaralandı like
  • 20 İyn 18:31  
Digərləri Dəməşq atəşə tutuldu - Dinc sakinlər yaralandı

Suriyanın paytaxtı Dəməşqin ətraf rayonları silahlı qruplaşmalar tərə

arrow Ətraflı
"Apreldə də yarış keçirə bilərik" like
  • 20 İyn 18:31  
Digərləri "Apreldə də yarış keçirə bilərik"

"Bakı Şəhər Halqası üçün "Formula-1" yarışlarının apr

arrow Ətraflı
BMT-nin baş katibi qaçqınların hüquqlarını müdafiə etməyə çağırıb like
  • 20 İyn 18:29  
Digərləri BMT-nin baş katibi qaçqınların hüquqlarını müdafiə etməyə çağırıb

Bütün dünyada qaçqınlara dəstək göstərmək və onların hüquqlarını

arrow Ətraflı