Keyrəki vulkanının qonşuları: “Bələdiyyəyə puldan-paradan verib evləri tikdik...”


Digərləri 20 İyn 2017 18:29:00 68 0

Keyrəki vulkanının qonşuları: “Bələdiyyəyə puldan-paradan verib evləri tikdik...”

“Həyatımız təhlükədədir. Gəlib bizi siyahıya alıb gediblər. Deyirlər, hər an vulkan püskürə və bu evlər məhv ola bilər. Uzun illərdir ki, həyəcan içində yaşayırıq. İndisə həyəcanımız birə beş artıb. Çünki deyilənə görə, vulkan püskürməsinin təsir əhatəsi ildən ilə genişləndikcə, gəlib evlərimizə qədər çıxmaqdadır».

Bunu Bakının Binəqədi rayonu ərazsində yerləşən, bu yaxınlarda növbəti dəfə püskürən Keyrəki palçıq vulkanının yaxınlığında məskunlaşan sakinlər deyir.

Son vaxtlar Keyrəki palçıq vulkanı ətrafındakı evlərin siyahıya alınması burada yaşayanları narahat etməyə başlayıb. 10 ilə yaxındır ki, ərazidə yaşayan Sakit Məqsədli deyir, əslində, onları narahat edən buradan köçürülmələri deyil, əksinə, köçürülmə vacibdir. Narahatçılığa səbəb köçürülmə zamanı kompensasiya verilib-verilməməsidir: «Bəlkə 7-8 ildir ki, dövlət qurumları gəlib siyahını təzələyib gedir. Ancaq ortada heç nə yoxdur. Hərdən qulağımıza çatdırırlar ki, ərazi boşaldılacaq, tikililərdən təmizlənəcək. Biz də xəbər yollayırıq ki, köçməyə hazırıq, ancaq kompensasiya, ya da başqa yerdə evlə təmin olunmaq şərti ilə... Yoxsa, kim istəyər ki, üstünə vulkan püskürsün».

Ərazidə yaşayan köçkün Əlövsət Namazov deyir, burada ev tikənlərin çoxu vaxtilə seçim qarşısında qalıb, ərazidə vulkan püskürməsi təhlükəsi barədə bilgiləri olmayıb, buradakı torpaq sahəsi daha ucuz satıldığından buranı seçib: «Bələdiyyəyə, icra hakimiyyətinə puldan-paradan basıb burda evlər tikdirdik. O vaxt Bakıda ən ucuz torpaq sahəsi burdaydı, ona görə də köçkünlərin çoxu buranı seçdi. Sonra burda torpaq satışı dayandırıldı. Qəfil ayıldılar ki, vulkan əraziyə yaxın yerləri satmaq insanların həyatı üçün təhlükəlidir. Şəxsən mən özüm burda evi tikib içinə yığışandan sonra bilmişəm ki, yaxınlıqdakı dağda tez-tez vulkan püskürürmüş».

Hələ 7-8 il əvvəl Keyrəki palçıq vulkanı ətrafındakı bəzi tikililər sökülüb və çoxlu sayda «əraziyə giriş qadağandır» lövhələri vurulub. Ancaq bir qədər kənarda hələ də xeyli ev qalmaqdadır.

Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, vulkan püskürməsinin təsiri altına düşən ərazi genişləndikcə, evlərin siyahıya alınması prosesi də davam edir:«O ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır, çoxdandır ki, qoruq elan edilib. Ümumiyyətlə, o ərazidə torpaq satışı qanunsuz olub, ancaq bir az da vətəndaşın öz məsuliyyəti olmalıdır. Ev tikmək üçün torpaq sahəsi alanda bir araşdırmalıdır, görsün, o ərazinin relyefi, şərtləri yaşamağa əlverişlidir, ya təhlükəlidir».

İcra hakimiyyətindən ərazidə köçürülmə deyil, yalnız siyahıyaalınmanın gerçəkləşdirildiyi bildirilib.

Bir neçə il əvvəl püskürmənin təsiri altına düşən ərazilərdəki tikili və yarımtikililər sökülərkən sakinlərlə hökumət nümayəndələri arasında qarşıdurmalar olmuşdu. Sakinlər kompensasiya tələb edir, hökumətsə tikililərin qanunsuz olduğunu səbəb gətirərək ödənişdən imtina edirdi.

Nazirlər Kabinetinin 29 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Keyrəki vulkan dağının 31.35 hektar torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Həmin 31.35 ha ərazidə hazırda heç bir yaşayış evi yoxdur.

loading...
Azərbaycanda yeni dövlət qurumu yaradıldı like
  • 20 İyn 18:28  
Siyasət Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan

arrow Ətraflı
Azərbaycanda yeni dövlət qurumu yaradılıb like
  • 20 İyn 18:25  
Digərləri Azərbaycanda yeni dövlət qurumu yaradılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

arrow Ətraflı
Bidzina İvanişvili Almaniyadakı xəstəxanaların birinə yerləşdirilib like
  • 20 İyn 18:25  
Dünya Bidzina İvanişvili Almaniyadakı xəstəxanaların birinə yerləşdirilib

Gürcüstanın keçmiş baş naziri son günlər ictimaiyyət qarşısına çıx

arrow Ətraflı
Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb like
  • 20 İyn 18:23  
İqtisadiyyat Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb

Dövlət başçısının sərəncamı ilə Aydın İbadov Agentliyin direktoru t

arrow Ətraflı
"Ronaldoya həbsxanada "Miss sentyabr" adını verəcəklər" like
  • 20 İyn 18:20  
İdman "Ronaldoya həbsxanada "Miss sentyabr" adını verəcəklər"

"Bayern Munich"in sabiq futbolçusu Mehmet Şoll "Real"ın portuqaliyalı

arrow Ətraflı
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərildi like
  • 20 İyn 18:20  
Digərləri Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərildi

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycand

arrow Ətraflı
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərildi like
  • 20 İyn 18:18  
Digərləri Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərildi

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstə

arrow Ətraflı
Vağzalda qanvermə  FOTO like
  • 20 İyn 18:18  
Digərləri Vağzalda qanvermə FOTO

Baki Sərnişin Vağzalında qanvermə aksiyası keçirilib.

arrow Ətraflı
"Gənclik Mall"da həyəcan: insanlar təxliyə olundu like
  • 20 İyn 18:18  
Digərləri "Gənclik Mall"da həyəcan: insanlar təxliyə olundu

Bakının məşhur ticarət mərkəzində həyəcanlı anlar yaşanıb.

arrow Ətraflı
Bu bankın rəhbərliyində like
  • 20 İyn 18:13  
Digərləri Bu bankın rəhbərliyində

Fərid Məmmədov "PASHA Bank"ın Gürcüstandakı törəmə şirkəti

arrow Ətraflı