Şabranın meşə müdiri işdən çıxarıldı


Digərləri 20 İyn 2017 17:56:00 55 0

Şabranın meşə müdiri işdən çıxarıldı

Bir sıra saytlarda və sosial şəbəkədə Şabran meşəsində qırıntı olması ilə bağlı video görüntü yayılıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirliyin apardığı araşdırma nəticəsində məlum olub ki, həmin görüntülər 16 iyun 2017-ci il tarixində Şabran meşə müdirinə yönələn ittihamlarla birlikdə yerləşdirilib və sonradan saytdan çıxarılıb.   "Bir neçə gündən sonra isə həmin görüntülər, artıq bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlarla yenidən yerləşdirilib.    Məlum olub ki, yazının və görüntülərin yenidən yerləşdirilməsində məqsəd Nazirlik rəhbərliyinin diqqətini cəlb edib meşə müdirinə təzyiq göstərməkdən ibarət imiş. Çünki birinci dəfə rayon meşə müəssisəsinin müdiri onun ünvanına yönələn və yazı ilə müşayiət olunan bu görüntülərin yerləşdirilməsinin qarşısını hansı yollasa ala bilib.   Amma görünür, bu, məlumatı yayanları qane etməyib. Buna görə də təzyiq ünvanı dəyişdirilib, şər-böhtan və şantajla xarakterizə olunan başlıqlardan istifadə etməklə saytlarda və sosial şəbəkədə Nazirliyin rəhbərliyinin ünvanına təhqiramiz yazılar və şərhlər verilib.   Belə böhtanlara dərhal ETSN-dən reaksiya verilib. Nazirlikdə görüntülərdə əks olunan qırıntılarla bağlı qrup yaradılıb. Həmin qrup çəkilmiş görüntülərin müəllifini müəyyənləşdirib və onu Şabran meşələrində aparılan araşdırmada iştirak etmək üçün dəvət edib. Həmin şəxs görüntülərin çəkildiyi ərazini göstərəcəyinə söz versə də, sonradan araşdırmada iştirakdan yayınıb. Komissiya üzvlərinə məlum olub ki, bu şəxs rayon meşə müdirinin yanında olub, onunla görüşəndən sonra araşdırmada iştirakdan imtina edib.   Bu görüşün məzmununun nədən ibarət olduğu o qədər birmənalı görünür ki, bu kontekstdə Nazirlik, faktiki olaraq qanunsuz təzyiq yolu ilə meşə rəhbərini özünə tabe etdirən qrupun qarşısında təslim olan müdirin vəzifəsində qalmasını mümkünsüz hesab edib. Prinsipiallıq göstərmədiyinə görə Şabran meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub", - deyə məlumatda bildirilir.                                                                                     Məlumatda o da qeyd olunur ki, Şabranın meşə ərazisində araşdırma davam etdirilir.   "Video görüntünü yayanlar araşdırmada iştirakdan imtina etdikləri və yuxarıda göstərilən səbəbdən istəklərinə nail olduqları üçün Şabran meşə müəssisəsində başdan-başa yoxlama həyata keçirilir. Yoxlamanın nəticələrinə görə, toplanmış sənədlər hüquq mühafizə orqanlarına təqdim olunacaq. Nazirliyin rəhbərinin ünvanına, guya parket sexinin mövcudluğu barədə söylənilən təsdiqi və sübutu olmayan fikirlərlə bağlı isə bildiririk ki, bu, birmənalı olaraq həqiqətə uyğun deyil, böhtandır. ETSN adından bəyan edirik ki, Nazirliyin rəhbərliyinin mülkiyyətində olması ehtimal edilən istənilən meşə materialı ilə bağlı müəssisə barədə məlumatı olan varsa, həmin obyekt o şəxsə sənədli əsaslarla hədiyyə olunacaq", - deyə nazirlikdən bildirilib.

loading...
Dövlət Komitəsinin ötənilki fəaliyyətinin yekunlarına həsr olunan hesabat çap olunub like
  • 20 İyn 17:55  
Sosial Dövlət Komitəsinin ötənilki fəaliyyətinin yekunlarına həsr olunan hesabat çap olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ildə ictimaiyyət fəal

arrow Ətraflı
İran Qədr gecəsi fəlakətdən qurtulub - 40 terrorçu saxlanılıb like
  • 20 İyn 17:52  
Digərləri İran Qədr gecəsi fəlakətdən qurtulub - 40 terrorçu saxlanılıb

İranın qərbində Urmiya vilayətində Xüsusi Xidmət orqanlarının keçirdi

arrow Ətraflı
"Minsk qrupu bu reallıqları görür, ancaq etiraf etmək fikrində deyil" like
  • 20 İyn 17:52  
Siyasət "Minsk qrupu bu reallıqları görür, ancaq etiraf etmək fikrində deyil"

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri və verdiyi bə

arrow Ətraflı
Gələn il Formula 1 üzrə rekord sayda yarış olacaq like
  • 20 İyn 17:49  
Digərləri Gələn il Formula 1 üzrə rekord sayda yarış olacaq

Formula 1 Azərbaycan Qran Prisi təqvimdə irəliləyib

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 20 İyn 17:47  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Güclü yağış Daşkəsəndə və Göygöldə fəsadlar törətdi  VİDEO  FOTO like
  • 20 İyn 17:44  
Digərləri Güclü yağış Daşkəsəndə və Göygöldə fəsadlar törətdi VİDEO FOTO

Daşkəsən rayonunda güclü dolu və leysan yağış bir sıra fəsadlar yarad

arrow Ətraflı
"Olympiacos"da tibbi müayinəsi yaxşı çıxmayan hücumçunu transfer etmədi like
  • 20 İyn 17:43  
İdman "Olympiacos"da tibbi müayinəsi yaxşı çıxmayan hücumçunu transfer etmədi

Konqo millisinin üzvü Dyemersi Mbokaninin "Olympiacos"a transferi baş

arrow Ətraflı
Fransanın müdafiə naziri maliyyə araşdırmasına görə istefa verib like
  • 20 İyn 17:40  
Dünya Fransanın müdafiə naziri maliyyə araşdırmasına görə istefa verib

Nazir qərarını araşdırma zamanı aşkarlıq və xoş niyyət nümayiş etdi

arrow Ətraflı
"Yad kişi ilə gördüm, dedi "işinlə məşğul ol"" like
  • 20 İyn 17:40  
Digərləri "Yad kişi ilə gördüm, dedi "işinlə məşğul ol""

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını namus üstündə

arrow Ətraflı
AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb like
  • 20 İyn 17:37  
İqtisadiyyat AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb

"Skytrax" konsaltinq şirkətinin reytinqində ilk pilləni "Qatar Airways" tutu

arrow Ətraflı
Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlandı like
  • 20 İyn 17:35  
Kriminal Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlandı

Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı bıçaqlanıb.

arrow Ətraflı
Səməd Seyidov: Həmsədrlərin səfəri əvvəlkilərdən fərqlənmədi like
  • 20 İyn 17:34  
Digərləri Səməd Seyidov: Həmsədrlərin səfəri əvvəlkilərdən fərqlənmədi

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri və verdiyi bəyanat

arrow Ətraflı
Şabranın meşə müdiri tutduğu vəzifədən azad edilib like
  • 20 İyn 17:32  
Sosial Şabranın meşə müdiri tutduğu vəzifədən azad edilib

Şabran meşəsində qırıntı olması ilə bağlı video görüntü yayılıb

arrow Ətraflı
ƏMR VERİLDİ - Tələbələr üçün yeni qaydalar bu yaydan tətbiq olunacaq like
  • 20 İyn 17:32  
Digərləri ƏMR VERİLDİ - Tələbələr üçün yeni qaydalar bu yaydan tətbiq olunacaq

Nazirlər Kabineti tərəfindən yenidən təsdiqlənmiş “Ali təhsil müəss

arrow Ətraflı