Əmlak Məsələləri Dövlət Komitəsi ilə “ASAN” arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)


Digərləri 20 İyn 2017 17:46:00 54 0

Əmlak Məsələləri Dövlət Komitəsi ilə “ASAN” arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əmədaşlıq istiqamətləri, iki tərəfli əlaqələrin perspektivləri müəyyən olunub. Komitədən Trend-ə verilən məlumata görə, bu məqsədlə bu gün iki qurum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir çərçivəsində “ASAN” könüllüləri ilə də görüş keçirilib. Qeyd edilməlidir ki, göstərilən xidmət zamanı könüllülərin cəlb edilməsi, onların potensialından səmərəli istifadə edilməsi əsas proritetlərdəndir. İştirakçılar əvvəlcə Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalarla tanış olublar. Müasir çağırışlara əsasən yaradılan “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Elektron çıxarış”, “Elektron hərrac”, “AzNav” Naviqasiya sistemi kimi layihələr və onların istifadə qaydaları əyani olaraq nümayiş etdirilib. Xidmətləri operativ olaraq çatdırılmasını təmin edən bu yeniliklərin iş prinsipi canlı olaraq izlənilib. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı görülən işlər də nümayiş olunub. Məlumat verilib ki, Mərkəzdə daşınmaz əmlak, torpaq idarəçiliyi üzrə toplanan geoməkan məlumatları Milli Məkan Məlumatları Infrastrukturunun formalaşmasında baza rolunu oynayır. Daha sonra iki qurum arasında Anlaşma Memorandumunun imzalanması tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyev modern və çevik idarəetmənin təmin edilməsi ilə bağlı dövlət orqanlarına mühüm tapşırıqlar verir. Bu tapşırıqların icrası ilə əlaqədar olaraq yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xidmətlərin yeni üslübda çatdırılması istiqamətində Azərbaycan brendinə çevrilib. Əmlak Məsələləri Dövlət Komitəsi də aparılan islahatlara uyğun ardıcıl tədbirlər görür. Sədr qeyd edib ki, Komitə ilə “ASAN” xidmət arasında imzalanan memorandum iki tərəfli əməkdaşlığın genişlənməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bildirib ki, memoranduma əsasən tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır. İmzalanan sənəd göstərilən xidmətlər zamanı könüllülərin cəlb edilməsinə, ixtisaslı kadrların hazırlanmasına və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verəcək. Ölkə başçısı İlham Əliyevin tapşırıqlarından irəli gələrək Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyət istiqamətləri üzrə innovasiyaların tətbqini genişləndirməklə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı işlərini sürətləndirir. Sistem vasitəsilə müxtəlif sahələrdə effektiv və operativ idarəetmə, səmərəli fəaliyyət üçün zəruri olan dolğun, etibarlı və çevik xarakterli elektron məkan məlumatlarından istifadə imkanları artırılır. Fəaliyyət istiqamətlərini optimallaşdıran elektron xidmətlərin sayı da çoxaldılıb. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 32 elektron xidmət və 3 SMS, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Qeyd edilməlidir ki, Komitə tərəfindən göstərilən elektron xidmətlərdən 700 minə yaxın vətəndaş istifadə edib. Komitənin innovativ layihəsi olan daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsi, vətəndaşlara əmlaklar üzərində çıxarışların elektron formatda təqdim olunmasını mümkün etdi. Bununla əhali öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə bilir. Qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablamaya imkan verən yeniliklərdən biri Əmlakın qeydiyyatı kalkulyatoru oldu. Bundan başqa qeydiyyat sahəsində optimallıq, operativlik nəzərə alınaraq “bir pəncərə” prinsibi də tətbiq edilir. “Bir pəncərə” prinsipinin tətbiqi ilə kadastr məsələləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqlara dair rəylərin verilməsi məsələləri öz həllini tapır. Daşınmaz əmlakın qeydiyyatı sahəsində innovasiyaların tətbiqi ilə yanaşı ardıcıl sosial layihə olan Kütləvi çıxarış» kampaniyası keçirilir və mobil ofis xidmətləri göstərilir. Komitə tərəfindən cari il ərzində paytaxt və regionlar üzrə 12 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Ümumilikdə mobil ofis vasitəsilə isə 200 minə yaxın vətəndaşa qeydiyyat və bir sıra xidmətlər göstərilib. Komitə müasir çağrışlara uyğun olaraq özəlləşdirmə sahəsində fəaliyyətini təkmilləşdirərək Özəlləşdirmə portalı yaradıb. Ümumilikdə portaldan istifadə edənlərin sayı 700 minə yaxındır. Komitə tərəfindən ümumilikdə 40-a yaxın açıq və şəffaf hərrac keçirilib. 1100-dən artıq əmlak hərraclarda özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan əmlaka sifariş verilməsi və iştirak proseduru da elektron qaydadadır. Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə verib. Inkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq tətbiq olunan sistem dövlətə məxsus daşınar əmlakın özəlləşdirilməsini həyata keçirir. Elektron Hərracda gələcəkdə bütün növ əmlakların özəlləşdirilməsi mümkün olacaq. Əmlak Məsələləri Dövlət Komitəsi beynəlxalaq təcrübəyə uyğun Ünvan Reyestri İnformasiya Sistemini yaratmışdır. Bu günədək qüvvədə olan "bina ünvanı konsepsiyası"ndan "giriş ünvanı konsepsiyası"na keçid edilmişdir. Ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün də imkan yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi “AzNav” ölkənin ilk rəsmi Naviqasiya Sistemini istifadəyə verib. Sistemin 80 minə yaxın istifadəçisi var. Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov xidmətlər sahəsində innovativ layihələrin icrasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığın önəmini diqqətə çəkdi. Bildirib ki, bu əməkdaşlıq vətəndaş məmnunluğunun yüksəldilməsinə, xidmətlərə əlçatanlığın artırılmasına yönəlib. Sonda Kərəm Həsənov və İnam Kərimov iki qrum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalayıblar. Memerandumda “ASAN xidmət” vasitəsilə ilə birgə özəlləşdirmə, hərraclar, Komitə tərəfindən göstərilən digər xidmətlər sahəsində yeni layihələrin reallaşdırılması, Komitə ilə Agentlik arasında mümkün məlumat bazalarının inteqrasiyasının həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri əksini tapır. Həmçinin sənəddə xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması üçün tərəflərin həyata keçirdiyi müxtəlif layihələr, həmçinin göstərilən xidmətlər zamanı Dövlət Agentliyinin “Master 2” layihəsi çərçivəsində könüllülərin cəlb edilməsi, hər iki qurumdan toplanmış məlumatların müasir çağrışlara uyğun olaraq təhlili və hesabatların hazırlanması üçün işçi qrupunun yaradılması və digər əməkdaşlıq istiqamətləri qeyd edilib.
loading...
Güclü yağış Daşkəsəndə və Göygöldə fəsadlar törətdi  VİDEO  FOTO like
  • 20 İyn 17:44  
Digərləri Güclü yağış Daşkəsəndə və Göygöldə fəsadlar törətdi VİDEO FOTO

Daşkəsən rayonunda güclü dolu və leysan yağış bir sıra fəsadlar yarad

arrow Ətraflı
"Olympiacos"da tibbi müayinəsi yaxşı çıxmayan hücumçunu transfer etmədi like
  • 20 İyn 17:43  
İdman "Olympiacos"da tibbi müayinəsi yaxşı çıxmayan hücumçunu transfer etmədi

Konqo millisinin üzvü Dyemersi Mbokaninin "Olympiacos"a transferi baş

arrow Ətraflı
Fransanın müdafiə naziri maliyyə araşdırmasına görə istefa verib like
  • 20 İyn 17:40  
Dünya Fransanın müdafiə naziri maliyyə araşdırmasına görə istefa verib

Nazir qərarını araşdırma zamanı aşkarlıq və xoş niyyət nümayiş etdi

arrow Ətraflı
"Yad kişi ilə gördüm, dedi "işinlə məşğul ol"" like
  • 20 İyn 17:40  
Digərləri "Yad kişi ilə gördüm, dedi "işinlə məşğul ol""

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını namus üstündə

arrow Ətraflı
AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb like
  • 20 İyn 17:37  
İqtisadiyyat AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb

"Skytrax" konsaltinq şirkətinin reytinqində ilk pilləni "Qatar Airways" tutu

arrow Ətraflı
Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlandı like
  • 20 İyn 17:35  
Kriminal Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlandı

Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı bıçaqlanıb.

arrow Ətraflı
Səməd Seyidov: Həmsədrlərin səfəri əvvəlkilərdən fərqlənmədi like
  • 20 İyn 17:34  
Digərləri Səməd Seyidov: Həmsədrlərin səfəri əvvəlkilərdən fərqlənmədi

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri və verdiyi bəyanat

arrow Ətraflı
Şabranın meşə müdiri tutduğu vəzifədən azad edilib like
  • 20 İyn 17:32  
Sosial Şabranın meşə müdiri tutduğu vəzifədən azad edilib

Şabran meşəsində qırıntı olması ilə bağlı video görüntü yayılıb

arrow Ətraflı
ƏMR VERİLDİ - Tələbələr üçün yeni qaydalar bu yaydan tətbiq olunacaq like
  • 20 İyn 17:32  
Digərləri ƏMR VERİLDİ - Tələbələr üçün yeni qaydalar bu yaydan tətbiq olunacaq

Nazirlər Kabineti tərəfindən yenidən təsdiqlənmiş “Ali təhsil müəss

arrow Ətraflı
Atambayev Putinə: “Bizə siyasi oyunlar lazım deyil” like
  • 20 İyn 17:32  
Digərləri Atambayev Putinə: “Bizə siyasi oyunlar lazım deyil”

Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiya prezidenti Vladimir Putinl

arrow Ətraflı
Cocuq Mərcanlı məktəbində 44 şagird oxuyacaq like
  • 20 İyn 17:30  
Digərləri Cocuq Mərcanlı məktəbində 44 şagird oxuyacaq

Cocuq Mərcanlının yeni sakinlərinə evlərin orderləri təqdim olunub.

arrow Ətraflı
“Bank VTB” bu il Rusiyada 80 bankın bağlanacağını proqnozlaşdırır like
  • 20 İyn 17:27  
İqtisadiyyat “Bank VTB” bu il Rusiyada 80 bankın bağlanacağını proqnozlaşdırır

Bankın rəhbəri Andrey Kostin sektor üzrə təmizlənməsini davam edəcəyin

arrow Ətraflı
Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib (FOTO) like
  • 20 İyn 17:26  
Digərləri Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərniş

arrow Ətraflı
Madonna futbola görə Portuqaliyaya köçür like
  • 20 İyn 17:25  
İdman Madonna futbola görə Portuqaliyaya köçür

Məşhur pop ifaçısı Madonna Nyu-Yorkdən Lissabona köçməy

arrow Ətraflı
Buraxılış imtahanlarının nəticələri like
  • 20 İyn 17:24  
Digərləri Buraxılış imtahanlarının nəticələri

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şə

arrow Ətraflı