Şabranın meşə müdiri tutduğu vəzifədən azad edilib


Sosial 20 İyn 2017 17:32:28 65 0

Şabranın meşə müdiri tutduğu vəzifədən azad edilib

Şabran meşəsində qırıntı olması ilə bağlı video görüntü yayılıb

Bəzi saytlarda və sosial şəbəkələrdə Şabran meşəsində qırıntı olması ilə bağlı video görüntü yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə,məsələnin araşdırılması üçün nazirliyərəsmi olaraq müraciət olunmayıb. Lakin nazirlik bu görüntülərlə bağlı dərhal araşdırmalara başlayıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, həmin görüntülər 16 iyun 2017-ci il tarixində Şabran meşə müdirinə yönələn ittihamlarla birlikdə yerləşdirilib və sonradan saytdan çıxarılıb. Bir neçə gündən sonra isə həmin görüntülər, artıq bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlarla yenidən yerləşdirilib. Məlum olub ki, yazının və görüntülərin yenidən yerləşdirilməsində məqsəd nazirlik rəhbərliyinin diqqətini cəlb edib meşə müdirinə təzyiq göstərməkdən ibarət imiş. Çünki birinci dəfə rayon meşə müəssisəsinin müdiri onun ünvanına yönələn və yazı ilə müşayiət olunan bu görüntülərin yerləşdirilməsinin qarşısını hansı yollasa ala bilib. Amma görünür, bu, məlumatı yayanları qane etməyib. Buna görə də təzyiq ünvanı dəyişdirilib, şər-böhtan və şantajla xarakterizə olunan başlıqlardan istifadə etməklə saytlarda və sosial şəbəkədə nazirliyin rəhbərliyinin ünvanına təhqiramiz yazılar və şərhlər verilib.

ETSN-dən belə böhtanlara dərhal reaksiya verilib. Nazirlikdə görüntülərdə əks olunan qırıntılarla bağlı qrup yaradılıb. Həmin qrup çəkilmiş görüntülərin müəllifini müəyyənləşdirib və onu Şabran meşələrində aparılan araşdırmada iştirak etmək üçün dəvət edib. Həmin şəxs görüntülərin çəkildiyi ərazini göstərəcəyinə söz versə də, sonradan araşdırmada iştirakdan yayınıb. Komissiya üzvlərinə məlum olub ki, bu şəxs rayon meşə müdirinin yanında olub, onunla görüşəndən sonra araşdırmada iştirakdan imtina edib.

"Bu görüşün məzmununun nədən ibarət olduğu o qədər birmənalı görünür ki, bu kontekstdə nazirlik, faktiki olaraq qanunsuz təzyiq yolu ilə meşə rəhbərini özünə tabe etdirən qrupun qarşısında təslim olan müdirin vəzifəsində qalmasını mümkünsüz hesab edib. Prinsipiallıq göstərmədiyinə görə Şabran meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub. Şabranın meşə ərazisində araşdırma davam etdirilir. Video görüntünü yayanlar araşdırmada iştirakdan imtina etdikləri və yuxarıda göstərilən səbəbdən istəklərinə nail olduqları üçün Şabran meşə müəssisəsində başdan-başa yoxlama həyata keçirilir. Yoxlamanın nəticələrinə görə, toplanmış sənədlər hüquq mühafizə orqanlarına təqdim olunacaq. Nazirliyin rəhbərinin ünvanına, guya parket sexinin mövcudluğu barədə söylənilən təsdiqi və sübutu olmayan fikirlərlə bağlı isə bildiririk ki, bu, birmənalı olaraq həqiqətə uyğun deyil, böhtandır. ETSN adından bəyan edirik ki, əgər Ekologiya Nazirliyi rəhbərliyinin mülkiyyətində olması ehtimal edilən istənilən meşə materialı ilə bağlı müəssisə barədə məlumatı olan varsa, həmin obyekt o şəxsə sənədli əsaslarla hədiyyə olunacaq", - deyə, nazirlikdən bildirilib.

loading...
ƏMR VERİLDİ - Tələbələr üçün yeni qaydalar bu yaydan tətbiq olunacaq like
  • 20 İyn 17:32  
Digərləri ƏMR VERİLDİ - Tələbələr üçün yeni qaydalar bu yaydan tətbiq olunacaq

Nazirlər Kabineti tərəfindən yenidən təsdiqlənmiş “Ali təhsil müəss

arrow Ətraflı
Atambayev Putinə: “Bizə siyasi oyunlar lazım deyil” like
  • 20 İyn 17:32  
Digərləri Atambayev Putinə: “Bizə siyasi oyunlar lazım deyil”

Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiya prezidenti Vladimir Putinl

arrow Ətraflı
Cocuq Mərcanlı məktəbində 44 şagird oxuyacaq like
  • 20 İyn 17:30  
Digərləri Cocuq Mərcanlı məktəbində 44 şagird oxuyacaq

Cocuq Mərcanlının yeni sakinlərinə evlərin orderləri təqdim olunub.

arrow Ətraflı
“Bank VTB” bu il Rusiyada 80 bankın bağlanacağını proqnozlaşdırır like
  • 20 İyn 17:27  
İqtisadiyyat “Bank VTB” bu il Rusiyada 80 bankın bağlanacağını proqnozlaşdırır

Bankın rəhbəri Andrey Kostin sektor üzrə təmizlənməsini davam edəcəyin

arrow Ətraflı
Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib (FOTO) like
  • 20 İyn 17:26  
Digərləri Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib (FOTO)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərniş

arrow Ətraflı
Madonna futbola görə Portuqaliyaya köçür like
  • 20 İyn 17:25  
İdman Madonna futbola görə Portuqaliyaya köçür

Məşhur pop ifaçısı Madonna Nyu-Yorkdən Lissabona köçməy

arrow Ətraflı
Buraxılış imtahanlarının nəticələri like
  • 20 İyn 17:24  
Digərləri Buraxılış imtahanlarının nəticələri

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şə

arrow Ətraflı
Gülzarı zorladıqdan sonra boğazını kəsən şəxs: like
  • 20 İyn 17:21  
Dünya Gülzarı zorladıqdan sonra boğazını kəsən şəxs:

Antalyada meşəlik sahədə 22 yaşlı Gülzar Turanı zorlayıb, boğazını k

arrow Ətraflı
Funt sterlinq yenidən ucuzlaşmağa başlayıb like
  • 20 İyn 17:20  
İqtisadiyyat Funt sterlinq yenidən ucuzlaşmağa başlayıb

Məzənnənin 1,24 USD/GBP səviyyəsinə qədər düşmə ehtimalı var

arrow Ətraflı
Bakı Ali Neft Məktəbi növbəti İSO beynəlxalq sertifikatına sahib oldu  FOTO like
  • 20 İyn 17:20  
Digərləri Bakı Ali Neft Məktəbi növbəti İSO beynəlxalq sertifikatına sahib oldu FOTO

Bakı Ali Neft Məktəbi (BANM) növbəti beynəlxalq standartı olan - ISO 1000

arrow Ətraflı
İyunun 21-nə manatın məzənnəsi like
  • 20 İyn 17:18  
Digərləri İyunun 21-nə manatın məzənnəsi

İyunun 21-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
İranAzərbaycan sərhədində partlayıcı maddə tapıldı like
  • 20 İyn 17:16  
Digərləri İranAzərbaycan sərhədində partlayıcı maddə tapıldı

İranın Azərbaycanla sərhədində yaşayış məntəqəsində partlayıcı ma

arrow Ətraflı
Sabah Bakının iki rayonuna su verilməsində məhdudiyyətlər olacaq like
  • 20 İyn 17:15  
Digərləri Sabah Bakının iki rayonuna su verilməsində məhdudiyyətlər olacaq

Sabah saat 09:00-dan 15:00-dək Bakı şəhərinin Nəsimi və Nərimanov rayonl

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 20 İyn 17:15  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Azərbaycan Respublikası Mərkəzi Bankından Son.az-a verilən məlumata gör

arrow Ətraflı