"Azercell"dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer Course” layihəsi


Digərləri 20 İyn 2017 17:10:00 45 0

"Azercell"dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer Course” layihəsi

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yeni layihəyə başlayır.

Bakı. İnformasiya texnologiyaları sahəsində gənclərin inkişafına dəstək verən Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yeni layihəyə başlayır. Şirkətdən Trend-ə verilən məlumata görə, balacalar və yeniyetmələr üçün nəzərdə tutulan “Coding Kids – Summer Course” layihəsi onları oyun və əyləncədən əlavə kompyuter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edəcək. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olacaqlar. Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verəcək. Məlumat üçün bildirək ki, “Coding Kids – Summer Course” layihəsi 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulub. 9-11 yaşlı məktəblilər üçün layihə çərçivəsində “İntroduction into İT and Computer Science”, “Coding Techniques” və “Creating Apps”,12-15 yaşlılar üçün isə “İntro into Computer Science Programming in HTML/CSS/Javascript”, “Creating apps” və “Basic Databases” prorqamları keçiriləcək. Proqramın müddəti 6 həftədir. Dərslər həftədə 2 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən pulsuz aparılacaq. Ərizələr 1 iyul 2017-ci il tarixinə qədər qəbul olunacaq. 3 iyul tarixində şagirdlərin proqrama qəbul üçün imtahan keçiriləcək və dərslərə 15 iyul tarixində start veriləcək. Proqramda iştirak etmək üçün şagirdlər https://docs.google.com/forms/d/1R2sR9f1b1nI0jiLYwYM9sr5A0BgNYMhEh0IXdgxfxsU/edit linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər, bu proqrama müraciət edənlər riyaziyyat və məntiq imtahanına dəvət olunacaqlar və testlərin nəticəsi əsasında kursa dəvət alacaqlar. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
loading...
Zidanın klubu yeni adla  7-ci divizonda mübarizə aparacaq like
  • 20 İyn 17:09  
İdman Zidanın klubu yeni adla 7-ci divizonda mübarizə aparacaq

Sahibləri arasında Zinəddin Zidanın da olduğu "Evian" klubu növbəti m

arrow Ətraflı
Blokada Doha aeroportunu çökdürdü like
  • 20 İyn 17:06  
Dünya Blokada Doha aeroportunu çökdürdü

Qonşu ölkələrin embarqosu ilə əlaqədar olaraq Qətərin paytaxtı Dohada

arrow Ətraflı
Çin Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlıdır (FOTO) like
  • 20 İyn 17:05  
Digərləri Çin Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlıdır (FOTO)

Bakıda Çinin Çendu şəhərinin nümayəndə heyəti ilə görüş keçirili

arrow Ətraflı
Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlanıb like
  • 20 İyn 17:05  
Digərləri Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlanıb

Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı bıçaqlanıb.

arrow Ətraflı
Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb like
  • 20 İyn 17:02  
İqtisadiyyat Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Kirayə haqqı orta aylıq 93,67 manat təşkil edib

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 20 İyn 17:02  
Digərləri Xəzərdə zəlzələ olub

Yerli vaxtla saat 16:05:31-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Doha hava limanında blokada səbəbindən dörd ölkəyə 12 istiqamət bağlıdır like
  • 20 İyn 17:01  
Dünya Doha hava limanında blokada səbəbindən dörd ölkəyə 12 istiqamət bağlıdır

Bunlar əsasən "Qatar Airways", "Fly Dubai" aviaşirkətlərinin uçuşlarıdı

arrow Ətraflı
“Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kuboku keçiriləcək like
  • 20 İyn 17:01  
Sosial “Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kuboku keçiriləcək

Kubok çərçivəsində regionlarda və Bakıda seçim turları təşkil ediləc

arrow Ətraflı
Rusiya sözünü geri götürdü: like
  • 20 İyn 17:01  
Dünya Rusiya sözünü geri götürdü:

İŞİD lideri Bağdadinin öldürüldüyü haqda xəbər verən Moskva rəhbə

arrow Ətraflı
Ağ Ev Azərbaycandakı vəziyyəti diqqətlə öyrənir like
  • 20 İyn 16:58  
Digərləri Ağ Ev Azərbaycandakı vəziyyəti diqqətlə öyrənir

"ABŞ-da Qarabağdakı yeni eskalasiyadan xəbərdardırlar və orada regionda b

arrow Ətraflı
"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Çağırış Kuboku keçiriləcək like
  • 20 İyn 16:57  
Digərləri "Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Çağırış Kuboku keçiriləcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi v

arrow Ətraflı