“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib


Digərləri 20 İyn 2017 16:55:00 54 0

“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib

Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib.

Bakı. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib. Agentlikdən Trend-ə verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbir iştirakçılarını salamlayaraq, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanın imzalanması və bu fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülmüş işlər barədə məlumat verib. O bildirib ki, Fərmanla Dövlət Agentliyinə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılması tapşırılıb. U.Mehdiyev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikini fəaliyyəti subyektlərinə ətraflı məlumatın verilməsi, qarşılıqlı əməkdaşlığın təşkili, Monitorinq sisteminin fəaliyyəti barədə məlumatlandırmanın təmin edilməsidir. Eyni zamanda tikinti fəaliyyəti subyektlərinə monitorinq fəaliyyətinin təşkili və keçirilməsi, habelə Monitorinq sistemindən istifadəsi ilə bağlı məlumatların verilməsidir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov monitorinq mərkəzi barəsində təqdimat edib. Fariz Cəfərov bildirib ki, Monitorinq Mərkəzinin əsas fəaliyyəti qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması, işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması, tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılmasından ibarətdir. Onun sözlərinə görə, Monitorinq Mərkəzi öz fəaliyyətini həyata keçirdikdə, aidiyyəti dövlət qurumlarından bu sahədə həyata keçirdikləri tədbirlərə dair hesabatları və zəruri olan digər materialları müqayisəli təhlil edəcək, şübhələr yarandıqda səyyar monitorinq qruplarının tikinti obyektlərinə göndərilməsini təmin edəcək və aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsini həyata keçirəcək. Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib.
loading...
“PAŞA Bank”ın Gürcüstandakı törəməsinin rəhbərliyi dəyişib like
  • 20 İyn 16:54  
İqtisadiyyat “PAŞA Bank”ın Gürcüstandakı törəməsinin rəhbərliyi dəyişib

Bankın Müşahidə Şurasının sədri vəzifəsində Mircamal Paşayevi Fərid

arrow Ətraflı
"Hücum və müdafiə statistikamız "Real"dan daha yaxşıdır" like
  • 20 İyn 16:52  
İdman "Hücum və müdafiə statistikamız "Real"dan daha yaxşıdır"

"Barcelona"nın müdafiəçisi Luka Din La Liqanın ötən mö

arrow Ətraflı
"Gənclik Mall"da həyəcan: like
  • 20 İyn 16:50  
Digərləri "Gənclik Mall"da həyəcan:

Bakının məşhur ticarət mərkəzində həyəcanlı anlar yaşanıb.

arrow Ətraflı
Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyası keçirəcək like
  • 20 İyn 16:49  
İqtisadiyyat Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyası keçirəcək

Bank hərbçi və dənizçilərə endirimli nağd pul krediti təklif edir

arrow Ətraflı
İyunun 17-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb like
  • 20 İyn 16:45  
Sosial İyunun 17-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

İmtahanın nəticələri DİM-in internet saytında yerləşdirilib

arrow Ətraflı
İran-Azərbaycan sərhədində partlayıcı maddə tapılıb like
  • 20 İyn 16:45  
Digərləri İran-Azərbaycan sərhədində partlayıcı maddə tapılıb

İranın Azərbaycanla sərhədində yaşayış məntəqəsində partlayıcı ma

arrow Ətraflı
"Jurnalistlərin dostu" müəyyənləşdiriləcək like
  • 20 İyn 16:44  
Digərləri "Jurnalistlərin dostu" müəyyənləşdiriləcək

Mətbuat Şurası (MŞ) və "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai

arrow Ətraflı
Bakının iki rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq like
  • 20 İyn 16:42  
İqtisadiyyat Bakının iki rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Məhdudiyyət Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keç

arrow Ətraflı
Şengen vizasının formatı dəyişdirilir like
  • 20 İyn 16:41  
Digərləri Şengen vizasının formatı dəyişdirilir

Avropa İttifaqı Şurası bu gün 1995-ci ilin qısamüddətli Şengen

arrow Ətraflı
SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə test imtahanları keçirilib like
  • 20 İyn 16:40  
İqtisadiyyat SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə test imtahanları keçirilib

Test imtahanlarında iddiaçılara milli dövlətçilik, riyaziyyat, fizika, kim

arrow Ətraflı
Şəbnəm Tovuzlu efirdə ağladı: "Anam öləndə hamilə idi"  VİDEO  FOTO like
  • 20 İyn 16:40  
Şou-biznes Şəbnəm Tovuzlu efirdə ağladı: "Anam öləndə hamilə idi" VİDEO FOTO

ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı müğ

arrow Ətraflı
Blokada Doha aeroportunu çökdürdü - 12 istiqamətə uçuşlar dayandırılıb like
  • 20 İyn 16:37  
Digərləri Blokada Doha aeroportunu çökdürdü - 12 istiqamətə uçuşlar dayandırılıb

Qonşu ölkələrin embarqosu ilə əlaqədar olaraq Qətərin paytaxtı Dohada

arrow Ətraflı
Ronaldonun məhkəməsinin vaxtı müəyyənləşdi like
  • 20 İyn 16:37  
İdman Ronaldonun məhkəməsinin vaxtı müəyyənləşdi

“Real”ın portuqal hücumçusu Kriştiano Ronaldon

arrow Ətraflı