Vidadi Zeynalovun sürücüsü keçmiş MTN generallarının məhkəməsində


Digərləri 20 İyn 2017 16:24:00 69 0

Vidadi Zeynalovun sürücüsü keçmiş MTN generallarının məhkəməsində

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə şahid qismində T.Quliyevin sürücüsü Eynulla Kərimi və S.Qurbanovun sürücüsü Ramil adlı şəxs dindirilib. Onlar bildiriblər ki, iki-üç dəfə Rabitə və Yüksək Texnologiyaları Nazirliyində olublar.

Daha sonra iclasda Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin hazırda həbsdə olan Aparat rəhbəri V.Zeynalovun köməkçisi və sürücüsü olmuş Səlim Həşimov ifadə verib. O, ittihamda qeyd edilən pul bağlamalarını MTN generallarına vermədiyini söyləyib: "Vidadi Zeynalov bir dəfə Teymur Quliyevin ad günündə çaxır göndərib".

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.

Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.

loading...
"İnter" - "Mladost" oyununun yeri dəyişdi like
  • 20 İyn 16:18  
İdman "İnter" - "Mladost" oyununun yeri dəyişdi

"İnter”in Avropa Liqasında “Mladost”la oyununun stad

arrow Ətraflı
"British Council" peşə təhsili alan şagirdlərin iş imkanlarını genişləndirir like
  • 20 İyn 16:17  
Digərləri "British Council" peşə təhsili alan şagirdlərin iş imkanlarını genişləndirir

"British Council" Peşə Təhsili üzrə Dövlət Agentliyi və turizm sənayesi

arrow Ətraflı
Neftin qiyməti 7 aylıq minimuma düşdü like
  • 20 İyn 16:13  
Dünya Neftin qiyməti 7 aylıq minimuma düşdü

Bu gün beynəlxalq birjalarda "Brent" markalı neftin qiyməti son 7

arrow Ətraflı
ANAMAdan Türkiyədə xəsarət almış əməkdaşları ilə bağlı like
  • 20 İyn 16:10  
Digərləri ANAMAdan Türkiyədə xəsarət almış əməkdaşları ilə bağlı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli

arrow Ətraflı
Keçmiş arvadını öldürən sabiq polis əməkdaşına like
  • 20 İyn 16:09  
Digərləri Keçmiş arvadını öldürən sabiq polis əməkdaşına

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürm

arrow Ətraflı
Şengen vizasının formatı dəyişdirilir like
  • 20 İyn 16:07  
Dünya Şengen vizasının formatı dəyişdirilir

Yeni qaydaların Aİ Şurası və Avropa Parlamenti tərəfindən iyulun əvvəl

arrow Ətraflı
"Bank VTB (Azerbaijan)" yeni xidmətini istifadəyə verib like
  • 20 İyn 16:05  
İqtisadiyyat "Bank VTB (Azerbaijan)" yeni xidmətini istifadəyə verib

Müştərilər onlayn bron vasitəsi ilə onlara rahat olan vaxtı sifariş edə

arrow Ətraflı
DİQQƏT! Şengen vizası dəyişir like
  • 20 İyn 16:05  
Dünya DİQQƏT! Şengen vizası dəyişir

Avropa İttifaqı Şengen vizasının dizaynının dəyişdirilməsi ilıə bağ

arrow Ətraflı
Akif Çovdarov: “Səni elə döydürərdim ki, nöyüt iyi verərdin” like
  • 20 İyn 16:04  
Digərləri Akif Çovdarov: “Səni elə döydürərdim ki, nöyüt iyi verərdin”

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlü

arrow Ətraflı
İrandan gələn sərnişin avtobusunda narkotik aşkar edilib like
  • 20 İyn 16:00  
Digərləri İrandan gələn sərnişin avtobusunda narkotik aşkar edilib

Avtobusda xidməti itin tətbiqi nəticəsində narkotik vasitə aşkar olunub.

arrow Ətraflı
"Darvin bankası"ndakı 500 saylı özül əsaslı təmir edilib like
  • 20 İyn 15:58  
İqtisadiyyat "Darvin bankası"ndakı 500 saylı özül əsaslı təmir edilib

Obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istisma

arrow Ətraflı
Bu il vakant müəllim yerləri daha çox olan fənlər like
  • 20 İyn 15:58  
Digərləri Bu il vakant müəllim yerləri daha çox olan fənlər

"Bu gün ümumilikdə ölkə üzrə orta məktəblərdə çalışan müəll

arrow Ətraflı