"Darvin bankası"ndakı 500 saylı özül əsaslı təmir edilib


İqtisadiyyat 20 İyn 2017 15:58:31 80 0

"Darvin bankası"ndakı 500 saylı özül əsaslı təmir edilib

Obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Bu günlərdə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 500 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, özülün 1 619 kv. metrlik hissəsi əsaslı təmir edilib, 2 350 kv. metr sahədə isə korroziyaya qarşı mühafizə tədbirləri aparılıb, elektrik quraşdırma işləri yerinə yetirilib. 40 ədəd möhkəmləndirici svay vurulub, 9 ədəd müxtəlif ölçülü metal lövhə, 46 ədəd suüstü əlaqə xətti, 1 ədəd piyada körpüsü, 2 yanalma və 2 minik meydançası, eləcə də dalma nasosları üçün 3 ədəd şaxta, 1 ədəd xidmət meydançası, lafet lüləsi üçün 2 ədəd dor quraşdırılıb. Özülün perimetri boyu 201 metr uzunluğunda məhəccər çəpərləri təmir olunub. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.

Qeyd edək ki, özüldə aparılmış təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.

loading...
Bu il vakant müəllim yerləri daha çox olan fənlər like
  • 20 İyn 15:58  
Digərləri Bu il vakant müəllim yerləri daha çox olan fənlər

"Bu gün ümumilikdə ölkə üzrə orta məktəblərdə çalışan müəll

arrow Ətraflı
Neftin qiyməti 7 aylıq minimuma düşüb like
  • 20 İyn 15:55  
İqtisadiyyat Neftin qiyməti 7 aylıq minimuma düşüb

"Report": "Brent" markalı neft 42 dollar/barelə qədər ucuzlaşa bilər

arrow Ətraflı
Mourinyo da vergidən yayınmaqda ittiham olunur like
  • 20 İyn 15:54  
İdman Mourinyo da vergidən yayınmaqda ittiham olunur

Dünya futbolunda vergidən yayınmada tanınmış simaların sayı

arrow Ətraflı
Prokuror "Sevil Massivi" MTKnın vəzifəli şəxslərinə cəza istədi like
  • 20 İyn 15:53  
Digərləri Prokuror "Sevil Massivi" MTKnın vəzifəli şəxslərinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Sevil Massivi" MTK-nın v

arrow Ətraflı
"AppLab" proqramının iştirakçısı startap müsabiqəsində qalib olub like
  • 20 İyn 15:50  
Digərləri "AppLab" proqramının iştirakçısı startap müsabiqəsində qalib olub

Bakcell şirkətinin Applab proqramında iştirak edən layihələrdən biri öz

arrow Ətraflı
ANAMA-dan Türkiyədə xəsarət almış əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA like
  • 20 İyn 15:49  
Digərləri ANAMA-dan Türkiyədə xəsarət almış əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli

arrow Ətraflı
Bu ay qarpızyemiş yemək zərərlidir? like
  • 20 İyn 15:49  
Digərləri Bu ay qarpızyemiş yemək zərərlidir?

"Qarpızı avqustda yeyərlər" fikirləri hər il yayın əvvəlləri

arrow Ətraflı
AZAL daha dörd “B787-Dreamliner” təyyarəsi alır like
  • 20 İyn 15:45  
İqtisadiyyat AZAL daha dörd “B787-Dreamliner” təyyarəsi alır

İyunun 20-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Pari

arrow Ətraflı
Bulvar tribunasına olan biletlərin hamısı satıldı like
  • 20 İyn 15:45  
Digərləri Bulvar tribunasına olan biletlərin hamısı satıldı

Bulvar tribunasına olan biletlərin hamısı satılıb.

arrow Ətraflı
“Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib like
  • 20 İyn 15:43  
Digərləri “Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib

“Abşeronneft” NQÇİ-nin istismar etdiyi 500 saylı stasionar dəniz özül

arrow Ətraflı