"AppLab" proqramının iştirakçısı startap müsabiqəsində qalib olub


Digərləri 20 İyn 2017 15:50:00 42 0

"AppLab" proqramının iştirakçısı startap müsabiqəsində qalib olub

Bakcell şirkətinin Applab proqramında iştirak edən layihələrdən biri özünün ilk uğuruna imza atıb

Bu xəbəri də oxu: Ramazanın 29-cu günü

Bakı. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkətinin Applab proqramında iştirak edən layihələrdən biri özünün ilk uğuruna imza atıb. Proqram üzvü olan “Mango” layihəsi ADA Universitetində keçirilən “1st ADA University Ideation Competition” müsabiqəsində 20 namizəd arasında ən innovativ layihə kimi birinci yeri tutub. Qeyd edək ki, “Mango” istifadəçilərə onların istək və tələblərinə uyğun olaraq səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. Bununla yanaşı proqram istifadəçiləri “Mango”nun köməyilə müxtəlif restoranlar barədə onları maraqlandıran suallara avtomatik şəkildə cavablar ala biləcəklər. Proqram Facebook və digər sosial şəbəkələrlə sinxron qaydada istifadə oluna biləcək. Hazırda “Mango” komandasında ADA Universitteində təhsil alan 4 tələbə faaliyyət göstərir. Onlar layihə ideyasının mobil tətbiqetməyə çevrilməsi üçün “Applab” proqramının ofisində 6 ay müddətində işləyəcək, Bakcell şirkəti və tərəfdaşları tərəfindən təqdim olununan müxtəlif təlim və seminarlarda iştirak edəcək, peşəkar məsləhətlər alacaqlar. AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
loading...
ANAMA-dan Türkiyədə xəsarət almış əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA like
  • 20 İyn 15:49  
Digərləri ANAMA-dan Türkiyədə xəsarət almış əməkdaşlarının vəziyyəti ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli

arrow Ətraflı
Bu ay qarpızyemiş yemək zərərlidir? like
  • 20 İyn 15:49  
Digərləri Bu ay qarpızyemiş yemək zərərlidir?

"Qarpızı avqustda yeyərlər" fikirləri hər il yayın əvvəlləri

arrow Ətraflı
AZAL daha dörd “B787-Dreamliner” təyyarəsi alır like
  • 20 İyn 15:45  
İqtisadiyyat AZAL daha dörd “B787-Dreamliner” təyyarəsi alır

İyunun 20-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Pari

arrow Ətraflı
Bulvar tribunasına olan biletlərin hamısı satıldı like
  • 20 İyn 15:45  
Digərləri Bulvar tribunasına olan biletlərin hamısı satıldı

Bulvar tribunasına olan biletlərin hamısı satılıb.

arrow Ətraflı
“Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib like
  • 20 İyn 15:43  
Digərləri “Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib

“Abşeronneft” NQÇİ-nin istismar etdiyi 500 saylı stasionar dəniz özül

arrow Ətraflı
Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başladı like
  • 20 İyn 15:41  
Digərləri Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başladı

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sin

arrow Ətraflı
ƏMDK “ASAN” xidmətlə əməkdaşlıq memorandumu imzalayıb like
  • 20 İyn 15:38  
İqtisadiyyat ƏMDK “ASAN” xidmətlə əməkdaşlıq memorandumu imzalayıb

Tədbir çərçivəsində “ASAN” könüllüləri ilə də görüş keçirili

arrow Ətraflı
6 tələbənin ölümü ilə bağlı məhkəmə başladı like
  • 20 İyn 15:37  
Digərləri 6 tələbənin ölümü ilə bağlı məhkəmə başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbə

arrow Ətraflı
Dispanserin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimindən like
  • 20 İyn 15:34  
Digərləri Dispanserin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimindən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Disp

arrow Ətraflı
Azərbaycan Qran Prisinin Bulvar tribunasına olan biletlərin hamısı satılıb like
  • 20 İyn 15:32  
İdman Azərbaycan Qran Prisinin Bulvar tribunasına olan biletlərin hamısı satılıb

Formula 1 üzrə Azərbaycan Qran Prisinin Bulvar tribunasına olan

arrow Ətraflı
AppLab proqramının iştirakçısı startap müsabiqəsində qalib oldu like
  • 20 İyn 15:30  
Digərləri AppLab proqramının iştirakçısı startap müsabiqəsində qalib oldu

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bak

arrow Ətraflı
DİQQƏT! Şengen vizası dəyişir like
  • 20 İyn 15:29  
Digərləri DİQQƏT! Şengen vizası dəyişir

Avropa İttifaqı Şengen vizasının dizaynının dəyişdirilməsi ilıə bağ

arrow Ətraflı