Bakı-Sumqayıt yolunda altı tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində vəkilə etiraz olunub


Sosial 20 İyn 2017 15:16:03 77 0

Bakı-Sumqayıt yolunda altı tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində vəkilə etiraz olunub

"6 balanın ölümünə və 21 nəfərin yaralanmasına səbəb olan şəxsi müdafiə etmək olmaz"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə dövlət hesabına vəkil Şirin Atayevin təyinatla göndərildiyi elan olunub.

Bu zaman zərərçəkmişlər vəkilə etiraz ediblər. "6 balanın ölümünə və 21 nəfərin yaralanmasına səbəb olan şəxsi müdafiə etmək olmaz", - deyə, onlar bildirib.

Vəkil işlə tanış olmadığını söyləyib.

Hakim bildirib ki, etiraz yalnız qanun çərcivəsində olmalıdır.

Məhkəmənin işi baxış iclası iyunun 29-a təyin edilib.

Prosesdən sonra zərərçəkmişlərin hüquqi varisinin nümayəndələri təqsirləndirilən N.Hüseynovu təhdid ediblər.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 21 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

loading...
AZAL 4 "Boenig 787-Dreamliner"  təyyarəsi alır like
  • 20 İyn 15:16  
Digərləri AZAL 4 "Boenig 787-Dreamliner" təyyarəsi alır

Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Paris aviasalonunda tə

arrow Ətraflı
"Çəkdim, gördüm yaxşıdır, toxumlarını saxladım" like
  • 20 İyn 15:15  
Kriminal "Çəkdim, gördüm yaxşıdır, toxumlarını saxladım"

Şəmkir Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərh

arrow Ətraflı
"AsstrA" holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir like
  • 20 İyn 15:10  
Digərləri "AsstrA" holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir

"Asstra" holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqli

arrow Ətraflı
İstanbulda partlayış: yaralı var like
  • 20 İyn 15:09  
Digərləri İstanbulda partlayış: yaralı var

İstanbulda sabun istehsalı müəssisəsində partlayış baş verib.

arrow Ətraflı
AZAL dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətindədir like
  • 20 İyn 15:08  
İqtisadiyyat AZAL dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətindədir

Təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə t

arrow Ətraflı
Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib like
  • 20 İyn 15:08  
Sosial Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib

Aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib

arrow Ətraflı
Hökumət Evinə giriş qadağan edilir like
  • 20 İyn 15:08  
Digərləri Hökumət Evinə giriş qadağan edilir

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə

arrow Ətraflı
"28 Mall"da məşhur restoranda iftar zamanı zəhərlənmə olub? like
  • 20 İyn 15:08  
Digərləri "28 Mall"da məşhur restoranda iftar zamanı zəhərlənmə olub?

Nailə Əmrullayeva nəvəsi və gəlini ilə iyunun 19-u "28 Mall"da

arrow Ətraflı
Rusiyalı model Bakı oğlanlarına müraciət etdi  FOTO like
  • 20 İyn 15:06  
Digərləri Rusiyalı model Bakı oğlanlarına müraciət etdi FOTO

Rusiyanın məşhur modeli Viktoriya Odintsova Bakıya gələcəyini deyib.

arrow Ətraflı
Məşhur model atasının VİDEOsunu yaydı, like
  • 20 İyn 15:02  
Digərləri Məşhur model atasının VİDEOsunu yaydı,

Məşhur supermodel Cici Hədid sosial şəbəkə paylaşımı ilə türklərin

arrow Ətraflı
Bulvar tribunasına olan biletlərin hamısı satılıb like
  • 20 İyn 15:00  
Digərləri Bulvar tribunasına olan biletlərin hamısı satılıb

Bulvar tribunasına olan biletlərin hamısı satılıb.

arrow Ətraflı
Vaqif Əsədov ittihamlara cavab verdi like
  • 20 İyn 14:59  
Digərləri Vaqif Əsədov ittihamlara cavab verdi

Jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi deyilən Bakı Ş

arrow Ətraflı
Orta məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı fənlər üzrə olduğu açıqlanıb like
  • 20 İyn 14:58  
Sosial Orta məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı fənlər üzrə olduğu açıqlanıb

Nazirlik rəsmisi: “Yerdəyişmədə daha çox hansı ixtisas üzrə müəllim

arrow Ətraflı
1500dən çox müəllimin iş yeri dəyişdirildi like
  • 20 İyn 14:55  
Digərləri 1500dən çox müəllimin iş yeri dəyişdirildi

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müd

arrow Ətraflı