Məşhur həkim enerji içkisinin zərərindən yazdı:


Digərləri 20 İyn 2017 15:25:00 57 0

Məşhur həkim enerji içkisinin zərərindən yazdı:

Son.az lent.az-a istinadən tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın kafein və enerji içkiləri haqda məqaləsini təqdim edir.

Bu xəbəri də oxu: Sankt-Peterburqa qar yağıb

Bir banka enerji içkisi yaxşı dəmlənmiş bir fincan qəhvə qədər kafein ehtiva edir. Qəhvə heç olmasa, qəhvə qədri bilənlər tərəfindən şəkərsiz içilir. Enerji içkiləri isə çox vaxt şəkərli. Enerji içkiləri plovu ovuclayaraq yeməyə oxşayır. Qəhvə də qaşıqla yemək kimi kübar bir şey olmasa da, 3 barmaqla "əfəndi-əfəndi" yemək kimidir.   İnsan övladı qədimdən bu yana müəyyən içkilərlə ruh halını dəyişməyi sevir. Məsələn, şəkər dadı insana xoşbəxtlik verir. Çay və qəhvə isə gümrahlıq. Əvvəllər şəkərli içkiləri uzun müddət saxlamaq olmurdu. Şəkər də az idi, doğrusu. Çay və qəhvə dəmləmək isə müəyyən vaxt alırdı. Əlini atdığın anda indiki kimi hazır qəhvə harada idi?!   Zəmanə dəyişdi. Hər şey sənayeləşdi və... kütləviləşdi.   Meydana kola və daha sonra enerji içkiləri çıxdı. Hazırlamaq üçün vaxt lazım deyil - əlini atdığın anda içə bilərsən.   Çox adam enerji içkilərinin zərərlərindən danışır. Qorxulu olan nədir görəsən?   Enerji içkilərinin tərkibində çox şey var, lakin əsas təsiredici maddələr şəkər və kafeindir. Şəkər hamının bildiyi maddədir. Əsas enerji mənbəyimizdir, tez qocalmağa, şəkər xəstəliyinə və xərçəngə səbəb olur. Bütün bunların mürəkkəb mexanizmləri vardır və hər şey dediyim kimi, birmənalı deyildir, lakin bütün bu mürəkkəb prosesləri sadə vətəndaşın anlayacağı həcmə yuvarlaqlaşdıranda ortaya elə mən deyənlər qalır.   Kafein daha maraqlıdır. Ənənəvi olaraq insanlar kafeini çay və qəhvə ilə qəbul edirdilər.   Necə təsir edir?   İnsan orqanizmi superkompüter və robot olmadığı üçün müntəzəm olaraq dincəlməlidir. Əslində superkompüterlər və hətta robotlar da dincəlirlər, amma yenə də insana nisbətən iş qabiliyyətini daha uzun müddət saxlaya bilirlər. İnsan isə gündəlik fəaliyyəti sırasında iş qabiliyyətini tədricən itirir və mütləq istirahət etmək ehtiyacı doğulur. İnsan orqanizmi yuxuda istirahət edir. İnsanı yuxudan edən bir neçə mexanizmdən biri adenozin maddəsidir. O, hüceyrələrimizin əksəriyyətini sanki qamçılayaraq işləməyə məcbur edir. Xüsusilə də sinir sistemi hüceyrələrimizi. Adenozin müntəzəm olaraq müəyyən fermentlər tərəfindən ortadan qaldırılır. Onun səviyyəsi ilə insanın iş qabiliyyəti arasında əlaqə olduğu üçün orqanizm dincəlmək istəyəndə adenozini yığışdırmalıdır. Yoxsa yatmaq istəyən orqanizmə "Haydı, qalx, əsgər" desən, necə yuxuya gedə bilərsən? Kafein adenozini ortadan qaldıran sistemi pozur. Əlbəttə, müvəqqəti olaraq. Sözün qısası, kafein stimulyatordur. Sırf stimullaşdırdığı üçün də insanın   - qan təzyiqini qaldırır   - ürək döyüntülərini artırır   - damarları sıxır.   Yəni maşının qazına basaraq sürəti artırır. Maşına həmişə qaz verərək, yüksək sürətlə sürsəniz, tez xarab olacaq. Doğrudur, bəzən qaza basmaq lazımdır. Amma dozasını da bilməlisən axı.   Aşağıda verdiyim cədvəldə müxtəlif içkilərdə kafein miqdarı göstərilmişdir. Yaxşı dəmlənmiş qəhvənin 225 qramında 100 milliqram kafein var. Çayda bu rəqəm onun yarısı qədərdir. "RedBull"da 80 milliqram. Bəzi enerji içkilərində kafein miqdarı artıq qramlarla ölçülür.   Qəhvə aşiqi olan biri günə ən çox 2 fincan qəhvə dəmləyə bilər. RedBull-da isə bunun yarısı qədər kafein vardır. Amma kim bir banka RedBull içir ki?! Məsələn, mən həftəyə 8 fincana qədər qəhvə içirəm. Enerji içkiləri və kola isə ilə 1 banka. Xoşbəxtəm.

loading...

Xəbərə aid fotolar

"Azərbaycan Hava Yolları" dörd B787Dreamliner təyyarəsi alır like
  • 20 İyn 15:20  
Digərləri "Azərbaycan Hava Yolları" dörd B787Dreamliner təyyarəsi alır

Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Paris aviasal

arrow Ətraflı
Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb like
  • 20 İyn 15:19  
Sosial Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

İndiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə

arrow Ətraflı
İstanbulda partlayış: like
  • 20 İyn 15:17  
Dünya İstanbulda partlayış:

İstanbulda sabun istehsalı müəssisəsində partlayış baş verib.

arrow Ətraflı
AZAL 4 "Boenig 787-Dreamliner"  təyyarəsi alır like
  • 20 İyn 15:16  
Digərləri AZAL 4 "Boenig 787-Dreamliner" təyyarəsi alır

Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Paris aviasalonunda tə

arrow Ətraflı
"Çəkdim, gördüm yaxşıdır, toxumlarını saxladım" like
  • 20 İyn 15:15  
Kriminal "Çəkdim, gördüm yaxşıdır, toxumlarını saxladım"

Şəmkir Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərh

arrow Ətraflı
"AsstrA" holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir like
  • 20 İyn 15:10  
Digərləri "AsstrA" holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir

"Asstra" holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqli

arrow Ətraflı
İstanbulda partlayış: yaralı var like
  • 20 İyn 15:09  
Digərləri İstanbulda partlayış: yaralı var

İstanbulda sabun istehsalı müəssisəsində partlayış baş verib.

arrow Ətraflı
AZAL dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətindədir like
  • 20 İyn 15:08  
İqtisadiyyat AZAL dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətindədir

Təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə t

arrow Ətraflı
Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib like
  • 20 İyn 15:08  
Sosial Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib

Aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib

arrow Ətraflı
Hökumət Evinə giriş qadağan edilir like
  • 20 İyn 15:08  
Digərləri Hökumət Evinə giriş qadağan edilir

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə

arrow Ətraflı
"28 Mall"da məşhur restoranda iftar zamanı zəhərlənmə olub? like
  • 20 İyn 15:08  
Digərləri "28 Mall"da məşhur restoranda iftar zamanı zəhərlənmə olub?

Nailə Əmrullayeva nəvəsi və gəlini ilə iyunun 19-u "28 Mall"da

arrow Ətraflı
Rusiyalı model Bakı oğlanlarına müraciət etdi  FOTO like
  • 20 İyn 15:06  
Digərləri Rusiyalı model Bakı oğlanlarına müraciət etdi FOTO

Rusiyanın məşhur modeli Viktoriya Odintsova Bakıya gələcəyini deyib.

arrow Ətraflı
Məşhur model atasının VİDEOsunu yaydı, like
  • 20 İyn 15:02  
Digərləri Məşhur model atasının VİDEOsunu yaydı,

Məşhur supermodel Cici Hədid sosial şəbəkə paylaşımı ilə türklərin

arrow Ətraflı