Bulvar tribunasına olan biletlərin hamısı satılıb


Digərləri 20 İyn 2017 15:00:00 60 0

Bulvar tribunasına olan biletlərin hamısı satılıb

Bulvar tribunasına olan biletlərin hamısı satılıb.

Bakı. Bulvar tribunasına olan biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, bu, 2017 Formula 1 Azərbaycan Qran Prisindən əvvəl bütün biletlərin satıldığı sayca üçüncü tribunadır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bildirir ki, son günlər Azərbaycan Qran Prisini yarış məkanında izləmək istəyənlərin göstərdiyi böyük maraq nəticəsində çox sayda bilet satışı reallaşıb və beləliklə, Bulvar tribunasına olan biletlər tamamilə alınıb. BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bunu bu il ötən illə müqayisədə yarışı izləməyə xaricdən daha çox turistin gələcəyi ilə izah edib: “Biz bütün gücümüzü səfərbər edərək geniş məzmunlu və maraqlı əyləncə proqramı hazırlamışıq. Dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsertlərin elan olunmasından sonra həm ölkə daxilindən, həm xaricdən alınan biletlərin sayında böyük artım qeydə alınıb. Əldə olan son məlumata əsasən deyə bilərəm ki, Bakıda keçiriləcək Formula 1 yarışını izləməyə bu il ötən ildəkindən iki dəfə çox xarici qonaq gələcək. Eyni zamanda, bu il yerli tamaşaçılar da yarışa böyük maraq göstərirlər. Son günlər yarışa bilet alan şəhər sakinlərinin sayı xeyli artıb. Bunun nəticəsidir ki, artıq 3 tribunanın bütün biletləri alınıb. Digər tribunalarda da əhəmiyyətli dərəcədə doluluq müşahidə olunur. Ölkə əhalisinə müraciət edərək bidirmək istərdik ki, bilet almağa tələssinlər, əks halda sonraya bilet qalmaya bilər. Hamınıza möhtəşəm yarış həyəcanı ilə birlikdə unudulmaz əyləncə coşqusu arzulayırıq”. Qeyd edək ki, Azərbaycan Qran Prisini yerində canlı izləmək istəyənlər üçün ümumilikdə 30 min yerlik tribuna və ayaqüstü zonalar təklif olunur. Trek ətrafında yerləşən əyləncə zonalarında baş tutacaq tədbirlər haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com
loading...
Vaqif Əsədov ittihamlara cavab verdi like
  • 20 İyn 14:59  
Digərləri Vaqif Əsədov ittihamlara cavab verdi

Jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi deyilən Bakı Ş

arrow Ətraflı
Orta məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı fənlər üzrə olduğu açıqlanıb like
  • 20 İyn 14:58  
Sosial Orta məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı fənlər üzrə olduğu açıqlanıb

Nazirlik rəsmisi: “Yerdəyişmədə daha çox hansı ixtisas üzrə müəllim

arrow Ətraflı
1500dən çox müəllimin iş yeri dəyişdirildi like
  • 20 İyn 14:55  
Digərləri 1500dən çox müəllimin iş yeri dəyişdirildi

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müd

arrow Ətraflı
Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib like
  • 20 İyn 14:55  
Digərləri Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu gün ümumilikdə ölkə üzrə orta məktəblərdə çalışan müəllimlər

arrow Ətraflı
İstanbulda partlayış olub like
  • 20 İyn 14:54  
Dünya İstanbulda partlayış olub

Hadisə yerini polis mühasirəyə alıb

arrow Ətraflı
İngiltərə "qəhrəman molla"dan danışır  VİDEO like
  • 20 İyn 14:54  
Dünya İngiltərə "qəhrəman molla"dan danışır VİDEO

Londondakı məsciddən çıxan müsəlmanlara maşınla təşkil edilən hücum

arrow Ətraflı
ANAMA: Türkiyə-İran sərhədində partlayış nəticəsində iki əməkdaşımız xəsarət alıb like
  • 20 İyn 14:52  
Sosial ANAMA: Türkiyə-İran sərhədində partlayış nəticəsində iki əməkdaşımız xəsarət alıb

"Yaralılara ilkin tibbi yardım göstərilib, həyat və sağlamlıqları üç

arrow Ətraflı
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başlayır like
  • 20 İyn 14:50  
Digərləri Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başlayır

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müə

arrow Ətraflı
Nigarla DYP barışdı like
  • 20 İyn 14:49  
Digərləri Nigarla DYP barışdı

"Eurovision 2011" qalibi Nigar Camal ilə Dövlət Yol Polisi İdarəs

arrow Ətraflı
İstanbuldan Kazana uçan təyyarəni ildırım vurdu like
  • 20 İyn 14:48  
Dünya İstanbuldan Kazana uçan təyyarəni ildırım vurdu

İstanbuldan Kazana uçan "Türk Hava Yolları"na məxsus təyyarəni ildırım

arrow Ətraflı
Bu kişi arvadı və sevgilisi ilə eyni evdə yaşayır  FOTOlar like
  • 20 İyn 14:48  
Digərləri Bu kişi arvadı və sevgilisi ilə eyni evdə yaşayır FOTOlar

4 uşaq atası olan 31 yaşlı Metyu və 30 yaşlı xanımı Mişelin həyatı

arrow Ətraflı
Madonna futbolçu olmaq istəyən oğulluğuna görə Portuqaliyaya köçür like
  • 20 İyn 14:45  
Digərləri Madonna futbolçu olmaq istəyən oğulluğuna görə Portuqaliyaya köçür

Amerikalı müğənni Madonna Nyu-Yorkdan Portuqaliyaya köçməyi planlaşdır

arrow Ətraflı
Çılpaq şəkillər çəkdirən polisin həyatı tamamilə dəyişdi  FOTO like
  • 20 İyn 14:44  
Digərləri Çılpaq şəkillər çəkdirən polisin həyatı tamamilə dəyişdi FOTO

Marinanın çılpaq şəkillərini görən müdiri onu işdən çıxarıb

arrow Ətraflı