"AsstrA" holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir


Digərləri 20 İyn 2017 15:10:00 62 0

"AsstrA" holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir

"Asstra" holdinqi Şərq ölkələrinin logistika sahəsinə İsveçrə dəqiqliyi gətirir.

Bakı. “AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət nəqliyyat və logistika sahəsində ekspertdir və müştərilərə cəlbedici qiymətlər üzrə və fərdi tələbləri nəzərə almaqla optimal və səmərəli logistik həllər təklif edir. Hazırda “AsstrA” MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub və müxtəlif nəqliyyat vasitələri ilə “qapıdan qapıyadək” beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” fəaliyyət göstərdiyi illər ərzində özünü logistika sahəsində etibarlı tərəfdaş və peşəkar kimi tanıdıb. Bunu şirkətin Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası kimi tanınmış beynəlxalq təşkilatlarda üzvlüyü, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malik olması təsdiq edir. Logistika sahəsində çoxillik təcrübəyə malik olan “AsstrA” Azərbaycan, Türkmənistan, Türkiyə və İran bazarlarında iştirakını gücləndirir. Yaranmış ilkin şərtlər, yəni iri beynəlxalq şirkətlərin bazara çıxışı və ya çıxış planları barədə çoxsaylı bəyanatları, habelə müştərilərin sorğuları biznesin bu bölgələrdə fəallaşmasına yol açır. Xidmətlərin yüksək keyfiyyətini təmin etmək və müştrərilərin fərdi tələbatlarını qarşılamaq məqsədi ilə Asiya ölkələri ilə iş üzrə şöbələr yaradılıb. 2016-cı ilin sonunda İstanbulda ofis açılıb, Bakı, Aşqabad və Tehrandakı nümayəndələr uğurla çalışırlar. “AsstrA”nın bütün mütəxəssisləri həmin bölgələrin biznesinə xas xüsusiyyətlə tanışdırlar. Onlar real və potensial müştərilərə bu regionun bazarının xüsusiyyətini nəzərə alan nəqliyyat-logistik həllər təklif edirlər. “AsstrA”nın nümayəndəliklərində həm yerli dili, həm də bir neçə əcnəbi dili bilən peşəkarlar işləyirlər. Bu bizə müştərinin olduğu yerdən və saat qurşağından asılı olmayaraq onunla sutkanın 24 saatı ərzində əlaqə yaratmağa imkan verir. Yüksək ixtisaslı mütəxəssislər nəqliyyat xərclərinin optimallaşdırılması və alternativ həllərin axtarışı məqsədi ilə müştərilərə konsultasiyalar verirlər. Etibarlı nəqliyyat şirkətləri ilə əməkdaşlıq sayəsində müştərilər hətta ən gözlənilməz şəraitdə belə İsveçrə keyfiyyəti üzrə xidmət görürlər. Şirkət logistika sahəsində unikal təkliflər verməklə 2017-ci ildə bu ölkələrdə dövriyyəni ötən illə müqayisədə 40 faiz artırmağı planlaşdırır. Və bu planların gerçəkləşməsi nəsib olacaq. Azərbaycan regionda siyasi baxımdan ən nüfuzlu və iqtisadi potensial üzrə isə ən iri ölkələrdən biridir. Ölkə sərmayə və istehlak malları, təbii resurslar və faydalı qazıntıların ən önəmli idxalçısı və ixracatçısıdır. Azərbaycanda transsərhəd ticarətin artım tempi orta dünya göstəricisindən xeyli yüksəkdir, bu da ölkənin bazarlarını beynəlxalq logistika şirkətləri üçün cəzbedici edir. 2015-ci ildə Azərbaycanın dünyanın 126 ölkəsi ilə xarici ticarət dövriyyəsi 7,7 milyard ABŞ dolları təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 15,4 faiz artıb. İxrac və idxalda bu göstəricilər müvafiq olaraq 4,3 milyard ABŞ dolları (+12,4 faiz) və 3,4 milyard ABŞ dolları (+23,4 faiz) təşkil edib. Azərbaycanın xarici ticarətinin müsbət saldosu 867,2 milyon ABŞ dolları olub. İdxal strukturunda dəyərlə ifadədə əsas xüsusi çəkini nəqliyyat və onların ehtiyat hissələri (23,6 faiz), maşınlar, mexanizmlər, elektrik aparatı, avadanlığı və onların ehtiyat hissələri (21,1 faiz), qara metallar və onlardan hazırlanmış məmulatlar (16,3 faiz), qida məhsulları (12,0 faiz) təşkil edib. Azərbaycan idxal və ixracın dövriyyəsini artırmağa davam edir, yeni strateji layihələr tətbiq edir. Biz bu amili nəzərə alaraq göstərilən marşrutlarda təklif edilən logistik həlləri təkmilləşdirdik. Şirkət nəqliyyatın bütün növlərindən istifadə etməklə Azərbaycana və əks istiqamətdə yüklərin istənilən növünün daşınması üzrə “qapıdan qapıyadək” optimal həllər təklif edir. “AsstrA” Azərbaycanda dəniz yolu ilə daşımaları Bakı və Ələt limanları vasitəsilə Türkmənistan, Qazaxıstan, İran, Rusiyaya və əks istiqamətlər üzrə həyata keçirir. Azərbaycanda avtomobil daşımaları Böyük Kəsik (Gürcüstan ilə sərhəd), Samur (Rusiya ilə sərhəd) sərhəd keçidləri, Sədərək kəndi, Culfa şəhəri, Naxçıvan Muxtar Respublikası (Türkiyə və İranla sərhəd), Astara, Biləsuvar və Culfa (İranla sərhəd) şəhərləri vasitəsi ilə təşkil edilir. Azərbaycana və əks istiqamət üzrə hava yolu ilə daşımalar Heydər Əliyev adına karqo terminalında cəmlənib. Dəmir yolu daşımaları GUAM və Şimal-Cənub nəqliyyat dəhlizindən keçir. “AsstrA”nın mütəxəssisləri bir neçə nəqliyyat növündən, məsələn, dəniz və avtomobil, yaxud dəniz və dəmir yolundan istifadə edilərək reallaşdırılan kombinə edilmiş tədarük sxemləri zamanı Gürcüstanın Poti və Batumi limanlarından yararlanırlar. Xidmətlərimizin yüksək keyfiyyətini müxtəlif region və sahələrdən olan daimi müştərilərin müsbət rəyləri və təşəkkürləri təsdiq edir. “AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir. Sayt: www.asstra.com/az
loading...
İstanbulda partlayış: yaralı var like
  • 20 İyn 15:09  
Digərləri İstanbulda partlayış: yaralı var

İstanbulda sabun istehsalı müəssisəsində partlayış baş verib.

arrow Ətraflı
AZAL dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətindədir like
  • 20 İyn 15:08  
İqtisadiyyat AZAL dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətindədir

Təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə t

arrow Ətraflı
Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib like
  • 20 İyn 15:08  
Sosial Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib

Aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib

arrow Ətraflı
Hökumət Evinə giriş qadağan edilir like
  • 20 İyn 15:08  
Digərləri Hökumət Evinə giriş qadağan edilir

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə

arrow Ətraflı
"28 Mall"da məşhur restoranda iftar zamanı zəhərlənmə olub? like
  • 20 İyn 15:08  
Digərləri "28 Mall"da məşhur restoranda iftar zamanı zəhərlənmə olub?

Nailə Əmrullayeva nəvəsi və gəlini ilə iyunun 19-u "28 Mall"da

arrow Ətraflı
Rusiyalı model Bakı oğlanlarına müraciət etdi  FOTO like
  • 20 İyn 15:06  
Digərləri Rusiyalı model Bakı oğlanlarına müraciət etdi FOTO

Rusiyanın məşhur modeli Viktoriya Odintsova Bakıya gələcəyini deyib.

arrow Ətraflı
Məşhur model atasının VİDEOsunu yaydı, like
  • 20 İyn 15:02  
Digərləri Məşhur model atasının VİDEOsunu yaydı,

Məşhur supermodel Cici Hədid sosial şəbəkə paylaşımı ilə türklərin

arrow Ətraflı
Bulvar tribunasına olan biletlərin hamısı satılıb like
  • 20 İyn 15:00  
Digərləri Bulvar tribunasına olan biletlərin hamısı satılıb

Bulvar tribunasına olan biletlərin hamısı satılıb.

arrow Ətraflı
Vaqif Əsədov ittihamlara cavab verdi like
  • 20 İyn 14:59  
Digərləri Vaqif Əsədov ittihamlara cavab verdi

Jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi deyilən Bakı Ş

arrow Ətraflı
Orta məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı fənlər üzrə olduğu açıqlanıb like
  • 20 İyn 14:58  
Sosial Orta məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı fənlər üzrə olduğu açıqlanıb

Nazirlik rəsmisi: “Yerdəyişmədə daha çox hansı ixtisas üzrə müəllim

arrow Ətraflı
1500dən çox müəllimin iş yeri dəyişdirildi like
  • 20 İyn 14:55  
Digərləri 1500dən çox müəllimin iş yeri dəyişdirildi

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müd

arrow Ətraflı
Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib like
  • 20 İyn 14:55  
Digərləri Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu gün ümumilikdə ölkə üzrə orta məktəblərdə çalışan müəllimlər

arrow Ətraflı
İstanbulda partlayış olub like
  • 20 İyn 14:54  
Dünya İstanbulda partlayış olub

Hadisə yerini polis mühasirəyə alıb

arrow Ətraflı
İngiltərə "qəhrəman molla"dan danışır  VİDEO like
  • 20 İyn 14:54  
Dünya İngiltərə "qəhrəman molla"dan danışır VİDEO

Londondakı məsciddən çıxan müsəlmanlara maşınla təşkil edilən hücum

arrow Ətraflı