Prokuror “Sevil Massivi” MTK-nın rəhbərliyinə cəza istəyib


Sosial 20 İyn 2017 14:37:45 54 0

Prokuror “Sevil Massivi” MTK-nın rəhbərliyinə cəza istəyib

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub

Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər - Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında A.Zeynalov 15 il, E.İsmayılov 13, Z.Çələbiyev 13 il, M.Miradiyev 10 və S.Əliyevanın isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 162-1.1 (Əmək mühafizəsi qaydalarını pozma, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda), 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

2014-cü ildə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı rəsmi açıqlamada bildirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq zamanı kooperativin təsisçisi A.Zeynalovun, MTK-nın direktoru E.İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlar barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb.

Məlum olub ki, "Sevil Massivi MTK-nın məsul şəxsləri - A.Zeynalov və E.İsmayılov Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

Bundan başqa, “Sevil Massivi" MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

loading...
Avropadan sığınacaq istəyən ermənilərin bəhanələri: like
  • 20 İyn 14:35  
Siyasət Avropadan sığınacaq istəyən ermənilərin bəhanələri:

Avropa ölkələrində sığınacaq almaq istəyən ermənilərin bunun üçün

arrow Ətraflı
Ermənistanın "Artsiv" dəstəsini tamamilə məhv edən kəşfiyyatçımızı kim olub? like
  • 20 İyn 14:33  
Digərləri Ermənistanın "Artsiv" dəstəsini tamamilə məhv edən kəşfiyyatçımızı kim olub?

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın et

arrow Ətraflı
Almalardan sonra Ermənistana Azərbaycan duzu və çayı da idxal edilib? like
  • 20 İyn 14:32  
Digərləri Almalardan sonra Ermənistana Azərbaycan duzu və çayı da idxal edilib?

Yerevan bazarlarında Azərbaycan almaları ilə bağlı yaşanan qalmaqaldan so

arrow Ətraflı
Zenith brendi yeni qlobal baxışını təqdim edir like
  • 20 İyn 14:30  
Digərləri Zenith brendi yeni qlobal baxışını təqdim edir

Zenith kommunikasiyalar üçün təkliflər və platformaları tərəfindən də

arrow Ətraflı
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır? like
  • 20 İyn 14:29  
Digərləri Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müə

arrow Ətraflı
Göyçayda qəribə olay: sürücünü maşında tok vurdu  VİDEO like
  • 20 İyn 14:28  
Digərləri Göyçayda qəribə olay: sürücünü maşında tok vurdu VİDEO

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

arrow Ətraflı
Azərbaycanın Qarabağda yeni strategiyası like
  • 20 İyn 14:26  
Siyasət Azərbaycanın Qarabağda yeni strategiyası

Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq.

arrow Ətraflı
Bakıya gələcək müğənni cazibədar bədənini nümayiş etdirdi  FOTO like
  • 20 İyn 14:21  
Digərləri Bakıya gələcək müğənni cazibədar bədənini nümayiş etdirdi FOTO

Bir neçə gün sonra Bakıya gələcək məşhur müğənni Nikol Şerzinger c

arrow Ətraflı
Bu gün 32 dövlət əmlakı özəlləşdirilib like
  • 20 İyn 14:18  
İqtisadiyyat Bu gün 32 dövlət əmlakı özəlləşdirilib

Ümumilikdə 1 mln. manatdan artıq vəsait dövlət büdcəsinə köçürülü

arrow Ətraflı
"Real"ın ulduzu yalançı şahidliyə görə həbs oluna bilər like
  • 20 İyn 14:16  
İdman "Real"ın ulduzu yalançı şahidliyə görə həbs oluna bilər

Xorvatiya yığmasının və “Real”ın yarımmüdafiə&c

arrow Ətraflı
32 dövlət əmlakı özəlləşdirilib like
  • 20 İyn 14:14  
Digərləri 32 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəllə

arrow Ətraflı
Baldırındakı izi göstərmək üçün ilginc pozalar verdi  FOTO like
  • 20 İyn 14:12  
Digərləri Baldırındakı izi göstərmək üçün ilginc pozalar verdi FOTO

Uşaqkən gizlənpaç oynadığı zaman yıxıldıqdan sonra ayağında iz qalan

arrow Ətraflı
YENƏ İstanbuldan uçan təyyarəni ildırım vurdu like
  • 20 İyn 14:11  
Digərləri YENƏ İstanbuldan uçan təyyarəni ildırım vurdu

“Türk hava yolları” aviaşirkətinə məxsus İstanbuldan Kazana uçuş h

arrow Ətraflı