Narkoloji disponserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkiminin məhkəməsi başlayıb


Sosial 20 İyn 2017 14:52:35 49 0

Narkoloji disponserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkiminin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənov və Mətanət Şamçıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, tibb elmləri namizədi, dossent olan sabiq baş həkim H.Həsənov və M.Şamçıyeva heç vaxt ailə həyatı qurmayıblar.

Təqsirləndirilən baş həkim H.Həsənovun vəkili məhkəmədə vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi H.Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

H.Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.

Mətanət Şamçiyevanın barəsində isə həbs qətimkan tədbiri seçilməyib. Onun barəsində polis nəzarərinə verilmə qətimkan tədbiri seçilib.

loading...
ANAMA: Türkiyə-İran sərhədində partlayış nəticəsində iki əməkdaşımız xəsarət alıb like
  • 20 İyn 14:52  
Sosial ANAMA: Türkiyə-İran sərhədində partlayış nəticəsində iki əməkdaşımız xəsarət alıb

"Yaralılara ilkin tibbi yardım göstərilib, həyat və sağlamlıqları üç

arrow Ətraflı
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başlayır like
  • 20 İyn 14:50  
Digərləri Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başlayır

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müə

arrow Ətraflı
Nigarla DYP barışdı like
  • 20 İyn 14:49  
Digərləri Nigarla DYP barışdı

"Eurovision 2011" qalibi Nigar Camal ilə Dövlət Yol Polisi İdarəs

arrow Ətraflı
İstanbuldan Kazana uçan təyyarəni ildırım vurdu like
  • 20 İyn 14:48  
Dünya İstanbuldan Kazana uçan təyyarəni ildırım vurdu

İstanbuldan Kazana uçan "Türk Hava Yolları"na məxsus təyyarəni ildırım

arrow Ətraflı
Bu kişi arvadı və sevgilisi ilə eyni evdə yaşayır  FOTOlar like
  • 20 İyn 14:48  
Digərləri Bu kişi arvadı və sevgilisi ilə eyni evdə yaşayır FOTOlar

4 uşaq atası olan 31 yaşlı Metyu və 30 yaşlı xanımı Mişelin həyatı

arrow Ətraflı
Madonna futbolçu olmaq istəyən oğulluğuna görə Portuqaliyaya köçür like
  • 20 İyn 14:45  
Digərləri Madonna futbolçu olmaq istəyən oğulluğuna görə Portuqaliyaya köçür

Amerikalı müğənni Madonna Nyu-Yorkdan Portuqaliyaya köçməyi planlaşdır

arrow Ətraflı
Çılpaq şəkillər çəkdirən polisin həyatı tamamilə dəyişdi  FOTO like
  • 20 İyn 14:44  
Digərləri Çılpaq şəkillər çəkdirən polisin həyatı tamamilə dəyişdi FOTO

Marinanın çılpaq şəkillərini görən müdiri onu işdən çıxarıb

arrow Ətraflı
Modeldən əri üçün bayram təbriki: like
  • 20 İyn 14:39  
Digərləri Modeldən əri üçün bayram təbriki:

"Sports Illustrated" modeli olaraq tanınan 31 yaşlı Krissi Teyqen Atalar gün

arrow Ətraflı
Prokuror “Sevil Massivi” MTK-nın rəhbərliyinə cəza istəyib like
  • 20 İyn 14:37  
Sosial Prokuror “Sevil Massivi” MTK-nın rəhbərliyinə cəza istəyib

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaq

arrow Ətraflı
Avropadan sığınacaq istəyən ermənilərin bəhanələri: like
  • 20 İyn 14:35  
Siyasət Avropadan sığınacaq istəyən ermənilərin bəhanələri:

Avropa ölkələrində sığınacaq almaq istəyən ermənilərin bunun üçün

arrow Ətraflı
Ermənistanın "Artsiv" dəstəsini tamamilə məhv edən kəşfiyyatçımızı kim olub? like
  • 20 İyn 14:33  
Digərləri Ermənistanın "Artsiv" dəstəsini tamamilə məhv edən kəşfiyyatçımızı kim olub?

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın et

arrow Ətraflı
Almalardan sonra Ermənistana Azərbaycan duzu və çayı da idxal edilib? like
  • 20 İyn 14:32  
Digərləri Almalardan sonra Ermənistana Azərbaycan duzu və çayı da idxal edilib?

Yerevan bazarlarında Azərbaycan almaları ilə bağlı yaşanan qalmaqaldan so

arrow Ətraflı