Azərbaycanın Qarabağda yeni strategiyası


Siyasət 20 İyn 2017 14:26:45 73 0

Azərbaycanın Qarabağda yeni strategiyası

Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq.

"ATƏT-in Minsk Qrupu həmsədrləri iyunun 19-da Bakıda olaraq Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyi ilə görüşdülər. Həmsədrlər bir müddət əvvəl də Ermənistanda və Dağlıq Qarabağda olmuşdular. Minsk Qrupu həmsədrləri bölgəyə səfərləri və keçirdikləri görüşlərlə bağlı ortaq bəyanat yaydılar. Bəyanatda həmişəki kimi ümumi cümlələr yer aldı".

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. Buna baxmayaraq, politoloqun fikrincə, bəyanatdakı iki fikir diqqəti cəlb edir:

"Birincisi, həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar. Bundan belə anlaşıla bilər ki, həmsədrlər hər tərəfi məsuliyyətili olmağa çağırırlar. Ancaq vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkiblər. Bu isə o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə, ilk növbədə, Azərbaycanın məsuliyyət daşıdığına işarə edirlər.

İkincisi, həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıblar. Bu isə o deməkdir ki, onlar tərəflərin danışıqlardakı passivliyindən narazıdırlar. Həmsədrlər bu cümlə ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar".

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan yeni Qarabağ strategiyasını formalaşdırıb: "Həmsədrlərin son səfəri də göstərir ki, vasitəçilər Ermənistanı "mərhələli həll" planını ehtiva edən sülhə məcbur etmək istəmirlər. Ermənistana heç bir dövlət təzyiq etmir. Başqa sözlə, masa üzərində sülh imkanları getdikcə tükənir. Digər tərəfdən, genişmiqyaslı müharibənin müəyyən riskləri də var, çünki ən azı Rusiya ötən ilin aprelində olduğu kimi müharibəni dayandırmaq üçün tərəflərə təzyiq edəcək. Ona görə də mövcud şəraitdə rəsmi Bakı yeganə alternativdən istifadə edir: işğalçıya qarşı yorucu müharibəni genişləndirmək".

Ekspert "yorucu müharibə" anlayışına da aydınlıq gətirib: "Düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası daima hədəfdə olmalı, düşmən hər gün və hər saat itkilərlə üzləşməlidir. Azərbaycan silahlanmaya ona görə milyardlarla dollar xərcləməyib ki, atəşkəsə riayət etsin, istər-istəməz işğalçıya qarşı aldığı müasir silahlardan istifadə etməlidir. Rusiyanın özü Suriyadakı müharibəyə ona görə qoşuldu ki, əlindəki çoxsaylı sılahları döyüş şəraitində yoxlaya bilsin. Bunu Rusiya prezidenti Vladimir Putin müsahibələrində gizlətmir. Azərbaycanın əlindəki silahları döyüş şəraitində sınaqdan keçirmək üçün Rusiyadan daha çox əsası var. Çünki torpaqları işğal altındadır və danışıqlar nəticə vermir. Heç bir dövlət Azərbaycan ordusunun Ağdam və ya Füzulidəki postları hədəf götürməsinə görə tənbeh etmir, edə də bilməz. Çünki bütün dövlətlər, o cümlədən Rusiya həmin ərazilərin Azərbaycana aidiyyəti olduğunu qəbul edir".

Mərkəzin rəhbəri hesab edir ki, hazırda Ermənistan mürəkkəb vəziyyətdədir: "Rəsmi İrəvan bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə postlar yerləşdirib ki, Azərbaycan ordusu irəliləyə biməsin, digər tərəfdən həmin ərazilərdəki itkiləri artır və bu itkiləri kompensasiya etmək əhalisi azalan Ermənistan üçün çətindir. Atəşkəs dövrü bitib. Bunu Ermənistan da anlayır. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq. Ermənistan gəncləri zorla təhlükələri bölgələrdə yerləşdirilir. Azərbaycan isə öz torpaqlarında işğalçıya təzyiq hüququndan istifadə edir. Bu təzyiqi davam etdirməyə Azərbaycanın həm insani, həm də hərbi resursları var. Yorucu müharibə Ermənistanın resurslarını azaldır və bu faktor Ermənistanda müxtəlif qüvvələr və ictimaiyyət arasında narahatlıq yaradır. Azərbaycanın işğalçıya yorucu müharibəni diqtə etməkdə əsas məqsədi də elə budur".

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Bakıya gələcək müğənni cazibədar bədənini nümayiş etdirdi  FOTO like
  • 20 İyn 14:21  
Digərləri Bakıya gələcək müğənni cazibədar bədənini nümayiş etdirdi FOTO

Bir neçə gün sonra Bakıya gələcək məşhur müğənni Nikol Şerzinger c

arrow Ətraflı
Bu gün 32 dövlət əmlakı özəlləşdirilib like
  • 20 İyn 14:18  
İqtisadiyyat Bu gün 32 dövlət əmlakı özəlləşdirilib

Ümumilikdə 1 mln. manatdan artıq vəsait dövlət büdcəsinə köçürülü

arrow Ətraflı
"Real"ın ulduzu yalançı şahidliyə görə həbs oluna bilər like
  • 20 İyn 14:16  
İdman "Real"ın ulduzu yalançı şahidliyə görə həbs oluna bilər

Xorvatiya yığmasının və “Real”ın yarımmüdafiə&c

arrow Ətraflı
32 dövlət əmlakı özəlləşdirilib like
  • 20 İyn 14:14  
Digərləri 32 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəllə

arrow Ətraflı
Baldırındakı izi göstərmək üçün ilginc pozalar verdi  FOTO like
  • 20 İyn 14:12  
Digərləri Baldırındakı izi göstərmək üçün ilginc pozalar verdi FOTO

Uşaqkən gizlənpaç oynadığı zaman yıxıldıqdan sonra ayağında iz qalan

arrow Ətraflı
YENƏ İstanbuldan uçan təyyarəni ildırım vurdu like
  • 20 İyn 14:11  
Digərləri YENƏ İstanbuldan uçan təyyarəni ildırım vurdu

“Türk hava yolları” aviaşirkətinə məxsus İstanbuldan Kazana uçuş h

arrow Ətraflı
Səfir: İranın Suriyaya raket zərbələri Tehrandakı terror aktına cavabdır like
  • 20 İyn 14:05  
Digərləri Səfir: İranın Suriyaya raket zərbələri Tehrandakı terror aktına cavabdır

İranın İŞİD terror qruplaşmasının Suriyadakı mövqeyinə raket zərbəl

arrow Ətraflı
Bakıda evdən 40 min manatlıq qızıl oğurlayan şəxslər tutuldular  FOTO like
  • 20 İyn 14:03  
Digərləri Bakıda evdən 40 min manatlıq qızıl oğurlayan şəxslər tutuldular FOTO

Bakıda mənzillərdən silsilə oğurluqlar edən şəxslər tutulublar.

arrow Ətraflı
"Fəsil anlayışının aradan qalxacağı barədə fikirlər təsdiqini tapır" like
  • 20 İyn 13:58  
Digərləri "Fəsil anlayışının aradan qalxacağı barədə fikirlər təsdiqini tapır"

Son illərdə iqlim dəyişmələri nəticəsində fəsil anlayışlarının olm

arrow Ətraflı
Fransa hökumətində dəyişikliklər like
  • 20 İyn 13:57  
Digərləri Fransa hökumətində dəyişikliklər

Fransa hökumətində dəyişikliklər olub.

arrow Ətraflı
Trampın məktubları: like
  • 20 İyn 13:55  
Siyasət Trampın məktubları:

Amerikanın dövlət başçısı xarici siyasətdə dəyişikliklər edəcəyi b

arrow Ətraflı
İstanbuldan Kazana uçan təyyarəni ildırım vurub like
  • 20 İyn 13:54  
Dünya İstanbuldan Kazana uçan təyyarəni ildırım vurub

Sərnişinlərdən heç kim xəsarət almayıb

arrow Ətraflı
Xüsusi istedada malik uşaqların müsabiqəsinə start verildi  FOTO like
  • 20 İyn 13:54  
Digərləri Xüsusi istedada malik uşaqların müsabiqəsinə start verildi FOTO

İyunun 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məkt

arrow Ətraflı