"Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı" Akif Çovdarov


Digərləri 20 İyn 2017 13:20:00 74 0

"Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı"  Akif Çovdarov

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov "8-ci kilometr" bazarı epizodu üzrə ifadə verib: "Bizə şikayət daxil oldu, araşdırılması mənə tapşırıldı. Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Ardıyca da Cəfəri çağırdıq, dedi bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Dedim yaxşı. Qonşu otaqda da Çingiz Əəsədov qardaşı ilə birlikdə gözləyirdi. Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı, bizdən icazə alıb gedib tualetdə təmizlədi. Sonra Çingiz hər şeyi onun üzünə dedi. 

Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin. Rəhbərliyə məruzə etdim, onlar da daha yuxarı ilə danışandan sonra mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxlayın. Mən də Çingizə bunları dedim, o da məsələni başa düşdü. Amma dedi ki, necə olur olsun, bazar onlardan alınsın. Mənə dedi ki, bazarı siz alıb işlədin. Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min verdik, Cəfərə də 300 min notariusda verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim, o, Cəfərin qardaşına və bacısına da ayda 400 manat verirdik. Bazar alınan gündən bəri hər ay Çingizə 5 min pul verilib.

Bizə demişdilər ki, bu məsələ sülhlə həll edilsin. Çünki cinayət işi aça bilmirdik. Həmin adamın adı hallanacaqdı, mətbuat yazacaqdı. Mən istəyirdim ki, cinayət işi açılsın,  Fərhad və Rafiq Əliyev qardaşları ilə Səfərov qardaşlarının əməllərini ifşa etdiyimiz üçün bizə də ən azı təşəkkür və ya medal verilərdi. Ondan əvvəl Fərhad Əliyev, Əli İnsanov və Hacı Məmmədov işini aparmışdıq. Qısa müddətdə bu da 3-cü əməliyyatımız olacaqdı. Hacı Məmmədovun adam öldürməsi ilə bağlı prokurorluğa şikayət daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Bu işi biz etdik. 

2006-cı ildən Cəfərin adından şikayət ərizələri gəlməyə başladı. Çağırıb soruşduq ki, nə məsələdi, Cəfər dedi hər şeyi atamla qardaşlarım mənim adımdan yazır, nəzərə almayın. Sonra bizə məlum oldu ki, bu ərizələri  o vaxt MTN-də işləyən bir yoldaş yazdırıb. Salman Səfərovla Çingiz Əsədov arasında telefon danışığında o ad dəfələrlə çəkilib, cinayət işi materiallarında var, mən ad çəkməyəcəyəm.

İttihamda yazılıb ki, bazarın qiyməti 5 milyon dollar olib, biz 450 min dollara hansısa yollarla almışıq. O vaxt bu qiymətə əmlak yox idi. 2005-ci ildə kürəkənim 5 otaqlı evi 17 min dollara aldı. Bazar alınanda orda tikili yox idi, konteynerlərdən ibarət idi".

loading...
Banqladeşli tələbələr sərhədi pozarkən belə saxlanıldılar  VİDEO  FOTO like
  • 20 İyn 13:17  
Kriminal Banqladeşli tələbələr sərhədi pozarkən belə saxlanıldılar VİDEO FOTO

Yardımlı rayonunun Alar kəndi ərazisindəki sərhəd zastavasının xidməti

arrow Ətraflı
İlham Əliyev Almaniyanın Bakıdakı səfirliyinə getdi like
  • 20 İyn 13:16  
Digərləri İlham Əliyev Almaniyanın Bakıdakı səfirliyinə getdi

Azərbaycan prezidenti İlham Əliyev iyunun 20-də Almaniya Federativ Respublik

arrow Ətraflı
İntim münasibət zamanı bədbəxt hadisə  FOTO like
  • 20 İyn 13:13  
Dünya İntim münasibət zamanı bədbəxt hadisə FOTO

Cütlüyün yolda ehtiraslanması bədbəxt hadisə ilə nəticələnib

arrow Ətraflı
Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başlayıb (FOTO) like
  • 20 İyn 13:10  
Digərləri Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başlayıb (FOTO)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaş

arrow Ətraflı
İyunun 21-nə manatın dollara nisbətdə orta çəkili məzənnəsi like
  • 20 İyn 13:09  
Digərləri İyunun 21-nə manatın dollara nisbətdə orta çəkili məzənnəsi

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

arrow Ətraflı
"Real"ın müdafiəçisi: "Neymar məni "Barcelona"ya dəvət edirdi" like
  • 20 İyn 13:08  
İdman "Real"ın müdafiəçisi: "Neymar məni "Barcelona"ya dəvət edirdi"

"Real Madrid"in müdafiəçisi Danilo 2015-ci ildə "Barcelona"dan da

arrow Ətraflı
Dənizin suyu qana boyandı  FOTO like
  • 20 İyn 13:08  
Digərləri Dənizin suyu qana boyandı FOTO

Hotlandiya və İslandiya arasında yerləşən Farern arxipelaqında ənənəvi

arrow Ətraflı
Bakının mərkəzində üç qadın bir turistin başına oyun açdı like
  • 20 İyn 13:07  
Digərləri Bakının mərkəzində üç qadın bir turistin başına oyun açdı

İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə m&u

arrow Ətraflı
Bakıda ekspertlər Rusiya-Azərbaycan münasibətlərini müzakirə edir (FOTO) like
  • 20 İyn 13:06  
Digərləri Bakıda ekspertlər Rusiya-Azərbaycan münasibətlərini müzakirə edir (FOTO)

Bu gün Bakıda “Rusiya və Azərbaycan gəncliyi: ənənəvi dəyərlər –

arrow Ətraflı
Şəbnəm əri ilə bağlı yenə yalan danışdı like
  • 20 İyn 13:06  
Şou-biznes Şəbnəm əri ilə bağlı yenə yalan danışdı

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) "5/5" verilişinin qonağı olub.

arrow Ətraflı
Ən təhlükəli mafioz tutuldu like
  • 20 İyn 13:04  
Dünya Ən təhlükəli mafioz tutuldu

Ən çox axtarışda olan italyan mafioz Polşada saxlanılıb.

arrow Ətraflı
Sabahın HAVAsı like
  • 20 İyn 13:02  
Digərləri Sabahın HAVAsı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departam

arrow Ətraflı
Kopenhagenə uçan təyyarə havada tüstüləndi  QƏZA like
  • 20 İyn 13:01  
Dünya Kopenhagenə uçan təyyarə havada tüstüləndi QƏZA

Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsi göyərtədə tüst

arrow Ətraflı