"Lüksemburq Azərbaycanın vacib tərəfdaşlarından biridir"


Siyasət 20 İyn 2017 12:57:05 64 0

"Lüksemburq Azərbaycanın vacib tərəfdaşlarından biridir"

2016-cı ilin aprel ayında Lüksemburqda keçirilmiş xarici işlər nazirlikləri arası məsləhətləşmələr ikitərəfli əlaqələrdə səmərəli təcrübənin əsasını qoyub.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Lüksemburq xarici işlər nazirinə iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubunda bildirilir.

E.Məmmədyarov Azərbaycan və Lüksemburq arasında sıx əməkdaşlıq əlaqələrinin, səmərəli siyasi dialoqun bərqərar olduğunu və 2015-ci ildə ölkəmizdə təşkil olunmuş 1-ci Avropa Oyunları zamanı Lüksemburq Böyük Hersoqu əlahəzrət Anrinin Azərbaycana səfərinin bunun bariz nümunəsi olduğunu bildirib. Nazir bu xüsusda, Lüksemburq Böyük Hersoqunu Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

E.Məmmədyarov 2016-cı ilin aprel ayında Lüksemburqda keçirilmiş XİN-lərarası məsləhətləşmələrin ikitərəfli əlaqələrdə səmərəli təcrübənin əsasını qoyduğunu, həmçinin gələcək münasibətlərin irəli aparılması üçün zəngin gündəlik müəyyən etdiyini diqqətə çatdırıb. Bu xüsusda, sözügedən məsləhətləşmələrin növbəti mərhələsinin 2018-ci ilin ikinci yarısında Bakıda keçiriləcəyinə ümid etdiyini qeyd edib.

Nazir Lüksemburqun Avropa İttifaqı (Aİ) çərçivəsində də Azərbaycanın vacib tərəfdaşlardan biri olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Aİ təsisatlarına etdiyi son səfəri zamanı danışıqlarına rəsmi başlanğıc verilmiş Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair sazişin hüquqi çərçivəni təmin etməklə, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün möhkəm özül yaradacağına əminliyini ifadə edib.

Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və immiqrasiya naziri J.Asselborn E.Məmmədyarova ünvanladığı məktubunda Lüksemburq və Azərbaycanın ötən müddət ərzində müxtəlif sferalarda praqmatik və uğurlu əməkdaşlığın inkişaf etdirilməsinə, iki ölkəni birləşdirən əlaqələrin gücləndirilməsinə, hər iki xalqın bir-birini tanıması prosesinin dərinləşdirilməsinə və iki dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə nail olduğunu qeyd edib.

J.Asselborn ikitərəfli münasibətlərin geniş potensialı olduğunu vurğulayaraq, bu ildönümün əlaqələrin daha da yüksək səviyyəyə qalxması və iki dövlətin qarşılıqlı maraqları naminə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Nazir Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Azərbaycan Avropa Statistikləri Konfransının sessiyasında iştirak edir like
  • 20 İyn 12:55  
Digərləri Azərbaycan Avropa Statistikləri Konfransının sessiyasında iştirak edir

Azərbaycan Avropa Statistikləri Konfransının 65-ci plenar sessiyasında işt

arrow Ətraflı
ABŞ-ın Ermənistandakı səfirliyində qorxulu anlar yaşandı like
  • 20 İyn 12:55  
Dünya ABŞ-ın Ermənistandakı səfirliyində qorxulu anlar yaşandı

ABŞ-ın Yerevanda yerləşən səfirliyində Ermənistan vətəndaşlarının q

arrow Ətraflı
Masallıda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldılar like
  • 20 İyn 12:55  
Digərləri Masallıda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldılar

Masallı rayonunda oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.

arrow Ətraflı
Nazir: Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb (FOTO) like
  • 20 İyn 12:50  
Digərləri Nazir: Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb (FOTO)

Azərbaycanın ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Or

arrow Ətraflı
Bakı sakininin avtomobilində silah tapıldı like
  • 20 İyn 12:50  
Digərləri Bakı sakininin avtomobilində silah tapıldı

Bakı sakininin avtomobilində silah tapılıb.

arrow Ətraflı
Türkiyə-İran sərhədində partlayış like
  • 20 İyn 12:45  
Sosial Türkiyə-İran sərhədində partlayış

Türkiyə ilə İran sərhədinə döşənən minaların təmizlənməsi

arrow Ətraflı
Müdafiə Nazirliyindən vətəndaşlara xəbərdarlıq like
  • 20 İyn 12:43  
Digərləri Müdafiə Nazirliyindən vətəndaşlara xəbərdarlıq

Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.

arrow Ətraflı
Formula 1 Azərbaycan qran-prisinin vaxtı dəyişdi like
  • 20 İyn 12:42  
İdman Formula 1 Azərbaycan qran-prisinin vaxtı dəyişdi

FİA-nın avto idman üzrə ümumdünya şurası növbə

arrow Ətraflı
Arif Quliyevin xanımı ağır xəstəlikdən xilas oldu  FOTO like
  • 20 İyn 12:42  
Kriminal Arif Quliyevin xanımı ağır xəstəlikdən xilas oldu FOTO

Xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyeva uzun müddətdir ki, ağı

arrow Ətraflı
"Kara sevda"nın Zeynəbinin yeni serialının ilk fraqmenti  VİDEO like
  • 20 İyn 12:41  
Digərləri "Kara sevda"nın Zeynəbinin yeni serialının ilk fraqmenti VİDEO

"Kara sevda"nın "Zeynəb"i Hazal Filiz Küçükköse yeni serialda baş rolu ca

arrow Ətraflı
Masallıda silsilə oğurluqlar edən dəstə yaxalandı like
  • 20 İyn 12:40  
Digərləri Masallıda silsilə oğurluqlar edən dəstə yaxalandı

Masallı rayonunda oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

arrow Ətraflı