Azərbaycan Avropa Statistikləri Konfransının sessiyasında iştirak edir


Digərləri 20 İyn 2017 12:55:00 40 0

Azərbaycan Avropa Statistikləri Konfransının sessiyasında iştirak edir

Azərbaycan Avropa Statistikləri Konfransının 65-ci plenar sessiyasında iştirak edir.

Bakı. 19-22 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Avropa Statistikləri Konfransının 65-ci plenar sessiyası və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika idarələrinin rəhbərləri üçün BMT-nin Avropa İqtisadi Komissiyasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yol xəritəsinin yerinə yetirilməsinə dair seminar keçirilir. Tədbirlərdə Azərbaycanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir. Komitədən Trend-ə verilən məlumata görə, 4 gün davam edən tədbirlərdə Avropa İqtisadi Komissiyasının 67-ci və BMT-nin Statistika Komissiyasının 48-ci sessiyaları ilə əlaqədar qarşıda duran vəzifələr, yoxsulluğun ölçülməsi, geoməkan məlumatlarla rəsmi statistikanın inteqrasiyası, rəsmi statistikanın modernləşdirilməsi üzrə yüksək səviyyəli qrupun fəaliyyəti, dayanıqlı inkişaf məqsədləri üzrə milli strategiya və planlar, məlumat axınlarının əlaqələndirilməsi və statistikanın təşkili ilə bağlı atılacaq addımlar və digər məsələlərin müzakirəsi aparılacaq. Avropa Statistikləri Konfransının himayədarlığı ilə yoxsulluğun ölçülməsi, DİM ilə əlaqədar statistik fəaliyyətin təşkilinə dair yol xəritəsi, iqlim dəyişmələri ilə bağlı əsas göstəricilər, rəsmi statistikanın əhəmiyyəti, demoqrafik proqnozlar üzrə məlumatlara dair hazırlanmış hesabatlar dinləniləcək, qayda və tövsiyələr nəzərdən keçiriləcək. Milli statistika idarələrinin rəhbərləri ilə yanaşı beynəlxalq təşkilatların statistika bölmələrinin rəhbərləri və ekspertlərinin iştirak etdiyi seminarın sessiyalarında DİM-ə nail olma vəziyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi sahəsində irəli sürülən təşəbbüslər, ölkələrin nail olduğu irəliləyişlər, üzləşdiyi əsas problemlərə və gələcək fəaliyyətlərə dair məruzələr təqdim olunacaq. Eyni zamanda, DİM-lə əlaqədar statistikanın təkmilləşdirilməsi prosesində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin qarşılaşdığı strateji əhəmiyyətli məsələlərin həlli yollarının müzakirəsi aparılacaq, qabaqcıl təcrübələr təqdim olunacaq. Həmçinin, gündəliyə DİM üzrə statistik fəaliyyətlə əlaqədar milli statistika təşkilatlarının strategiya və fəaliyyət planlarına dair Avropa İqtisadi Komissiyası tərəfindən keçirilmiş sorğunun nəticələri, Avropa Statistikləri Konfransının DİM statistikası üzrə İdarəetmə Qrupu tərəfindən statistik fəaliyyətin təşkili ilə əlaqədar hazırlanmış yol xəritəsi, DİM-in ölçülməsi prosesində milli statistika təşkilatlarının əlaqələndirici rolu, DİM üzrə milli hesabatlıq platformalarının xüsusiyyətləri, DİM statistikası üzrə fəaliyyətin əlaqələndirilməsi mövzuları da daxil edilib. Sonda Avropa Statistikləri Konfransının yekun hesabatı qəbul edilərək növbəti dövr üçün (2017-2019-cu illər) Konfransın Büro üzvləri seçiləcək.
loading...
Nazir: Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb (FOTO) like
  • 20 İyn 12:50  
Digərləri Nazir: Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb (FOTO)

Azərbaycanın ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Or

arrow Ətraflı
Bakı sakininin avtomobilində silah tapıldı like
  • 20 İyn 12:50  
Digərləri Bakı sakininin avtomobilində silah tapıldı

Bakı sakininin avtomobilində silah tapılıb.

arrow Ətraflı
Türkiyə-İran sərhədində partlayış like
  • 20 İyn 12:45  
Sosial Türkiyə-İran sərhədində partlayış

Türkiyə ilə İran sərhədinə döşənən minaların təmizlənməsi

arrow Ətraflı
Müdafiə Nazirliyindən vətəndaşlara xəbərdarlıq like
  • 20 İyn 12:43  
Digərləri Müdafiə Nazirliyindən vətəndaşlara xəbərdarlıq

Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.

arrow Ətraflı
Formula 1 Azərbaycan qran-prisinin vaxtı dəyişdi like
  • 20 İyn 12:42  
İdman Formula 1 Azərbaycan qran-prisinin vaxtı dəyişdi

FİA-nın avto idman üzrə ümumdünya şurası növbə

arrow Ətraflı
Arif Quliyevin xanımı ağır xəstəlikdən xilas oldu  FOTO like
  • 20 İyn 12:42  
Kriminal Arif Quliyevin xanımı ağır xəstəlikdən xilas oldu FOTO

Xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyeva uzun müddətdir ki, ağı

arrow Ətraflı
"Kara sevda"nın Zeynəbinin yeni serialının ilk fraqmenti  VİDEO like
  • 20 İyn 12:41  
Digərləri "Kara sevda"nın Zeynəbinin yeni serialının ilk fraqmenti VİDEO

"Kara sevda"nın "Zeynəb"i Hazal Filiz Küçükköse yeni serialda baş rolu ca

arrow Ətraflı
Masallıda silsilə oğurluqlar edən dəstə yaxalandı like
  • 20 İyn 12:40  
Digərləri Masallıda silsilə oğurluqlar edən dəstə yaxalandı

Masallı rayonunda oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

arrow Ətraflı
Akif Çovdarov məhkəmədə "Vosmoy" bazarı epizodu üzrə dindirilib like
  • 20 İyn 12:38  
Sosial Akif Çovdarov məhkəmədə "Vosmoy" bazarı epizodu üzrə dindirilib

"Rəhbərliyə məruzə etdik, dedilər bazarı halallıqla Çingizdən alın"

arrow Ətraflı
Argentina 100 illik istiqraz buraxıb like
  • 20 İyn 12:37  
İqtisadiyyat Argentina 100 illik istiqraz buraxıb

İstiqrazlara tələbat emissiyanın həcmindən 4 dəfə çox olub

arrow Ətraflı
BMT QAK: Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir like
  • 20 İyn 12:37  
Digərləri BMT QAK: Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir

Bu gün Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir.

arrow Ətraflı