Bakıda ekspertlər Rusiya-Azərbaycan münasibətlərini müzakirə edir (FOTO)


Digərləri 20 İyn 2017 13:06:00 73 0

Bakıda ekspertlər Rusiya-Azərbaycan münasibətlərini müzakirə edir (FOTO)

Bu gün Bakıda “Rusiya və Azərbaycan gəncliyi: ənənəvi dəyərlər – gələcəyə istiqamətlənmə” adlı ekspert iclası keçirilir.

Bakı. Səba Ağayeva - Bu gün Bakıda “Rusiya və Azərbaycan gəncliyi: ənənəvi dəyərlər – gələcəyə istiqamətlənmə” adlı ekspert iclası keçirilir. Trend-in məlumatına görə, tədbir bu ilin payızında Moskvada planlaşdırılan “Avrasiya ölkələrinin gənc liderlərinin forumu” layihəsi çərçivəsində keçirilir. Tədbirin təşkilatçıları “Şimal-Cənub” Politologiya Mərkəzi və “Baku Network” Ekspert Şurasıdır. İclasda Rusiya Dövlət Dumasının deputatının köməkçisi Ramin Qasımov, “İrəli” İctmai Birliyinin rəhbəri Mirhəsən Seyidov, Rusiya Xalqlarının Assambleyasının sədr müavini Venali Amelin, “Baku Network”un rəhbəri Elxan Ələsgərov, politoloq Tofiq Abbasov, Perspektiv Araşdırmalar Mərkəzinin rəhbəri Sergey Masaulov, “Baku Network” Ekspert Şurasının direktor müavini Gülnarə Məmmədzadə, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Rostov vilayətinin Dövlət arxivinin direktoru Nikolay Trapş, Lomonosov adına Moskva Dövlət Universitetinin informasiya-analitika mərkəzinin baş redaktor müavini Darya Çijova, Rusiyanın Azərbaycandakı səfirliyinin müavini Artyom Barkov, “Nauka i religiya” jurnalının baş redaktoru Sergey Antonenko, Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin baş müşaviri Valeri Çernışov, azərbaycanlı politoloqlar və ekspertlər, gənclər təşkilatlarının nümayəndələri, tələbələr və jurnalistlər iştirak ediblər. Tədbirin açılışında çıxış edən “Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova təşkilatçılığa görə “Baku Network”a təşəkkürünü bildirib. “Baku Network”un rəhbəri E.Ələsgərov iclasın iştirakçılarını salamlayaraq qeyd edib ki, iki ölkə arasındakı münasibətlər çoxvektorludur. O əmin olduğunu bildirib ki, yeni nəsil əsrlər boyunca yaradılan ənənələri qoruyub saxlayacaq və münasibətlərin genişlənməsinə yeni təkan verəcək. Rusiya Dövlət Dumasının deputatının köməkçisi R.Qasımov qeyd edib ki, iki ölkə arasındakı bugünkü münasibətlər tarix kontekstə əsaslanır. İclas iştirakçılarının hesabatlarının əsas mövzuları “Pravoslavlıq və İslam: Avrasiya gəncliyinin konstruktiv dialoq təcrübəsi”, “İnternet məkanı – ekstremizmə müqavimət bölgəsi”, “Postsovet ölkələrində məzhəbləşmənin çağırışları və dini maariflənmənin problemləri”, “Rusiya və Azərbaycan gəncliyi: ənənəvi dəyərlər – gələcəyə istiqamətlənmə” olub. Tədbirdə çıxış edən azərbaycanlı politoloq T.Abbasov qeyd edib ki, Azərbaycan tarixən multikulturalizmin prioritet olduğu ölkə olub. Onun sözlərinə görə, Azərbaycan hər zaman tolerantlıq məkanı kimi tanınıb.
loading...
Ən təhlükəli mafioz tutuldu like
  • 20 İyn 13:04  
Dünya Ən təhlükəli mafioz tutuldu

Ən çox axtarışda olan italyan mafioz Polşada saxlanılıb.

arrow Ətraflı
Sabahın HAVAsı like
  • 20 İyn 13:02  
Digərləri Sabahın HAVAsı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departam

arrow Ətraflı
Kopenhagenə uçan təyyarə havada tüstüləndi  QƏZA like
  • 20 İyn 13:01  
Dünya Kopenhagenə uçan təyyarə havada tüstüləndi QƏZA

Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsi göyərtədə tüst

arrow Ətraflı
Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib like
  • 20 İyn 13:00  
Siyasət Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham Əliyev iyunun 20-də Almaniya Federativ Respublikasının öl

arrow Ətraflı
Nazirlik işsizlər üçün onlayn sistem yaradacaq like
  • 20 İyn 12:58  
Digərləri Nazirlik işsizlər üçün onlayn sistem yaradacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər üçün onlayn sist

arrow Ətraflı
"Lüksemburq Azərbaycanın vacib tərəfdaşlarından biridir" like
  • 20 İyn 12:57  
Siyasət "Lüksemburq Azərbaycanın vacib tərəfdaşlarından biridir"

2016-cı ilin aprel ayında Lüksemburqda keçirilmiş xarici işlər nazirlikl

arrow Ətraflı
Azərbaycan Avropa Statistikləri Konfransının sessiyasında iştirak edir like
  • 20 İyn 12:55  
Digərləri Azərbaycan Avropa Statistikləri Konfransının sessiyasında iştirak edir

Azərbaycan Avropa Statistikləri Konfransının 65-ci plenar sessiyasında işt

arrow Ətraflı
ABŞ-ın Ermənistandakı səfirliyində qorxulu anlar yaşandı like
  • 20 İyn 12:55  
Dünya ABŞ-ın Ermənistandakı səfirliyində qorxulu anlar yaşandı

ABŞ-ın Yerevanda yerləşən səfirliyində Ermənistan vətəndaşlarının q

arrow Ətraflı
Masallıda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldılar like
  • 20 İyn 12:55  
Digərləri Masallıda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldılar

Masallı rayonunda oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.

arrow Ətraflı
Nazir: Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb (FOTO) like
  • 20 İyn 12:50  
Digərləri Nazir: Azərbaycan BƏT-in siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb (FOTO)

Azərbaycanın ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Or

arrow Ətraflı
Bakı sakininin avtomobilində silah tapıldı like
  • 20 İyn 12:50  
Digərləri Bakı sakininin avtomobilində silah tapıldı

Bakı sakininin avtomobilində silah tapılıb.

arrow Ətraflı
Türkiyə-İran sərhədində partlayış like
  • 20 İyn 12:45  
Sosial Türkiyə-İran sərhədində partlayış

Türkiyə ilə İran sərhədinə döşənən minaların təmizlənməsi

arrow Ətraflı