Akif Çovdarov məhkəmədə "Vosmoy" bazarı epizodu üzrə dindirilib


Sosial 20 İyn 2017 12:38:42 60 0

Akif Çovdarov məhkəmədə "Vosmoy" bazarı epizodu üzrə dindirilib

"Rəhbərliyə məruzə etdik, dedilər bazarı halallıqla Çingizdən alın"

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarov "Vosmoy" bazarı epizodu üzrə dindirilib.

O bildirib ki, MTN-ə bununla bağlı şikayət daxil olub: "İşin araşdırılması mənə tapşırıldı. Həmin zaman Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Sonra da Cəfəri çağırdıq. O dedi ki, bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Ona "yaxşı" dedim. Qonşu otaqda da Çingiz Əsədov qardaşı ilə birlikdə gözləyirdi. Çingiz otağa girdi. Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin".

A.Çovdarovun bununla bağlı Eldar Mahmudova məruzə etdiyini bildirib: "Mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxlayın. Mən də Çingizə bunları dedim, o da məsələni başa düşdü. Amma dedi ki, necə olur-olsun, bazar onlardan alınsın. Mənə dedi ki, bazarı siz alıb işlədin. Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər bazarı halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min verdik, Cəfərə də 300 min notariusda verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim, o, Cəfərin qardaşına və bacısına da ayda 400 manat verirdi".

Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

loading...
Argentina 100 illik istiqraz buraxıb like
  • 20 İyn 12:37  
İqtisadiyyat Argentina 100 illik istiqraz buraxıb

İstiqrazlara tələbat emissiyanın həcmindən 4 dəfə çox olub

arrow Ətraflı
BMT QAK: Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir like
  • 20 İyn 12:37  
Digərləri BMT QAK: Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir

Bu gün Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir.

arrow Ətraflı
"Ermənilər Şuşa məscidində donuz saxlayırlar" like
  • 20 İyn 12:34  
Digərləri "Ermənilər Şuşa məscidində donuz saxlayırlar"

"Bu gün ermənilər Şuşa məscidində donuz saxlayırlar. Başqa dövlə

arrow Ətraflı
Nazirdən pensiyaçılara like
  • 20 İyn 12:34  
Digərləri Nazirdən pensiyaçılara

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda

arrow Ətraflı
Sabahın havası - paytaxtda küləkli, bölgələrdə yağmurlu like
  • 20 İyn 12:33  
Digərləri Sabahın havası - paytaxtda küləkli, bölgələrdə yağmurlu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Kopenhagenə uçan təyyarə havada tüstüləndi - QƏZA like
  • 20 İyn 12:33  
Digərləri Kopenhagenə uçan təyyarə havada tüstüləndi - QƏZA

Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsi göyərtədə tüst

arrow Ətraflı
9 yaşlı uşaq maşının altında qaldı like
  • 20 İyn 12:33  
Digərləri 9 yaşlı uşaq maşının altında qaldı

Ucar rayonunda azyaşlını maşın vurub.

arrow Ətraflı
Sərhəddə erməni təxribatının qarşısı alındı  FOTO like
  • 20 İyn 12:30  
Digərləri Sərhəddə erməni təxribatının qarşısı alındı FOTO

Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının sayıqlığı nəticəsind

arrow Ətraflı
Əməkdar artisti binadan salladılar, like
  • 20 İyn 12:30  
Kriminal Əməkdar artisti binadan salladılar,

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, əməkdar artist Əjdər Həm

arrow Ətraflı
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb like
  • 20 İyn 12:27  
Sosial Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Gündüz komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əl

arrow Ətraflı
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycana səfər edəcək like
  • 20 İyn 12:27  
Digərləri Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycana səfər edəcək

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder 2018-ci ilin may a

arrow Ətraflı
Baş nazirin müavini: "Bəzi müsəlman dövlətləri hələ də ermənilərə yardım edir" like
  • 20 İyn 12:26  
Siyasət Baş nazirin müavini: "Bəzi müsəlman dövlətləri hələ də ermənilərə yardım edir"

Əgər 15 iyun Milli Qurtuluş Günüdürsə, 14 iyun Azərbaycanın işğal alt

arrow Ətraflı
Azərbaycan ordusu genişmiqyaslı təlimlərdə döyüş tapşırıqlarını icra edir like
  • 20 İyn 12:26  
Digərləri Azərbaycan ordusu genişmiqyaslı təlimlərdə döyüş tapşırıqlarını icra edir

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırı

arrow Ətraflı