Elton Məmmədovun 80 milyon dollarlıq mülkünün yeni sahibi açıqlandı


Digərləri 20 İyn 2017 11:37:00 64 0

Elton Məmmədovun 80 milyon dollarlıq mülkünün yeni sahibi açıqlandı

Bundan əvvəl keçmiş nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun mülkiyyətində olan Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin yeni mülkiyyətçisinin adı açıqlanıb. Virtualaz.org xəbər verir ki, avtovağzal kompleksinin fəaliyyətini kurasiya edən Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin “Azadlıq” radiosunun informasiya sorğusuna verdiyi rəsmi cavaba əsasən bu mülkiyyətçi “Azerbaijan Graund Services” MMC şirkətidir. Başqa sözlə, avtovağzal kompleksi özəl mülkiyyətdir və həmin MMC-yə məxsusdur.

Nzirliyin cavab məktubunda deyilir ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin nazirliyin tərkibinə daxil olan təsərrüfat hesablı müəssisələr siyahısına daxil edilməsi istiqamətində iş aparılmır. “Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini gerçəkləşdirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanı olaraq, ölkənin sərnişindaşımada vacib strukturu olan Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini diqqət mərkəzində saxlayır», – nazirliyin məktubunda belə yazılıb.

Avtovağzal kompleksinin Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətinə verilməsi haqda virtualaz.org bundan əvvəl məlumat yaymışdı. Daha əvvəl isə obyekt Prezidentin İşlər İdarəsinin müvəqqəti nəzarətinə verilmişdi. Lakin kompleksin yeni mülkiyyətçisi açıqlanmamışdı.

Xatırladaq ki, tikintisi 80 milyon dollara başa gəlmiş Bakı Beynəlxalq Avtovağzalı Kompleksi Britaniya Virgin adalarında qeydiyyatda olan «Trans European Leasing Group» tərəfindən 2004-cü ildə təsis edilən “Baku XXI Centry” LLC şirkətinə məxsusluğu bir neçə il əvvəl üzə çıxmışdı. Məlum olmuşdu ki, həmin şirkətin təsisçisi və sahibi o vaxt deputat mandatı daşıyan Elton Məmmədovdur. Elton Məmmədov özü bu məlumatı təsdiq etmişdi.

Lakin məmmədovlar klanının vurulmasından sonra onlara məxsus digər biznes aktivləri kimi avtovağzalın da mülkiyyətçisinin dəyişdiyi haqda xəbərlər dolaşmağa başladı. Bəs yeni mülkiyyətçi kim idi?

İndi avtovağzalı kurasiya edən nazirlik bu mülkiyyətçinin adını açıqlayır. Lakin “Azerbaijan Graund Services” şirkətinin özünün mülkiyyətçisi kimdir, bu məlum deyil.

Bu şirkətin internet saytında göstərilir ki, “Azerbajan Graund Services” 2016-cı ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. Şirkətin saytında deyilir: “Azerbaijan Ground Services” MMC-nin fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

“Azerbaijan Ground Services” MMC Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və beynəlxalq sərnişindaşıma üzrə avtovağzal xidməti göstərərək, bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hal-hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa “Azerbaijan Ground Services” MMC beynəlxalq sərnişindaşıma üzrə bir ilkə imza atarq “Bakı-Batumi” reysini həyata keçirməyə başlayıb”.

Şirkət özünün internet saytında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən başqa, Yevlax, Ağsu, Quba və Ucar avtovağzalları haqda da məlumat verir. Bu avtovağzalların bir çoxunun «ZQAN Konstrakşn» MMC və «Azərinşaatservis» MMC tərəfindən tikildiyi bildirilir. Məsələn, hər biri 4 milyon 800 min dollara başa gəldiyi iddia olunan Yevlax və Quba avtovağzalları «Garant Holding» MMC-yə daxil olan «M-Trans» MMC-nin sifarişi ilə inşa olunub. İndi isə belə görünür ki, Bakı Beynəlxalq Avtovağzalı ilə yanaşı həmin avtovağzallar da məmmədovlardan alınıb, yeni mülkiyyətçiyə keçib.

«Azerbaijan Ground Services» MMC-nin direktoru Seymur Aslanovdur. Mətbuat onun 2015-ci ildə Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin olunduğunu yazır.

loading...
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycana səfər edəcək like
  • 20 İyn 11:34  
Digərləri Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycana səfər edəcək

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder 2018-ci ilin may a

arrow Ətraflı
Səlim Müslümov: "Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı artıb" like
  • 20 İyn 11:34  
Sosial Səlim Müslümov: "Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı artıb"

Nazir bildirib ki, ilin əvvəlindən 21 350 əmək müqaviləsi bağlanıb

arrow Ətraflı
Pərvindən Aygünə: "Əlini uzat, Kənanın ağzını tut"  VİDEO like
  • 20 İyn 11:33  
Şou-biznes Pərvindən Aygünə: "Əlini uzat, Kənanın ağzını tut" VİDEO

Aktrisa Pərvin Abıyeva Rahidə Baxışovanın "Sən öyrətdin" mahnısını o

arrow Ətraflı
"Fitch" dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb like
  • 20 İyn 11:31  
İqtisadiyyat "Fitch" dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb

Qlobal iqtisadiyyat üçün müşahidə olunan risklər xeyli zəifləyib

arrow Ətraflı
Nazir: "Azərbaycanda iş üçün müraciət edənlərin sayı azalıb" like
  • 20 İyn 11:29  
Sosial Nazir: "Azərbaycanda iş üçün müraciət edənlərin sayı azalıb"

"Hazırda ölkənin əmək bazarında vəziyyət sabitləşib"

arrow Ətraflı
Rüfət Səfərovun məhkəməsi təxirə düşdü - SƏBƏB? like
  • 20 İyn 11:28  
Digərləri Rüfət Səfərovun məhkəməsi təxirə düşdü - SƏBƏB?

Bu gün Ali Məhkəmədə Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq mü

arrow Ətraflı
Növbəti buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlandı like
  • 20 İyn 11:28  
Digərləri Növbəti buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlandı

DİM tərəfindən iyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanla

arrow Ətraflı
"Unibank" Ramazan bayramı münasibəti ilə kampaniya keçirir like
  • 20 İyn 11:27  
Digərləri "Unibank" Ramazan bayramı münasibəti ilə kampaniya keçirir

"Unibank" Ramazan bayramı münasibəti ilə kampaniya keçirir.

arrow Ətraflı
ABŞ səfirliyinin maşını Bakıda qəzaya düşdü like
  • 20 İyn 11:27  
Digərləri ABŞ səfirliyinin maşını Bakıda qəzaya düşdü

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

arrow Ətraflı
"Həmsədrlərə ayıb olsun" like
  • 20 İyn 11:27  
Siyasət "Həmsədrlərə ayıb olsun"

ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 ildir, bölgəyə səfər edirlər. An

arrow Ətraflı
AZALın geri qayıdan təyyarəsi Bakıya yola düşdü like
  • 20 İyn 11:26  
Digərləri AZALın geri qayıdan təyyarəsi Bakıya yola düşdü

AZAL-ın Şoudu hava limanına məcburi eniş edən təyyarəsi artıq Bakıya y

arrow Ətraflı
Rauf Əliyev: "Kiçik və orta biznesin çiçəklənməsi bizim üçün olduqca əhəmiyyətlidir" like
  • 20 İyn 11:25  
Digərləri Rauf Əliyev: "Kiçik və orta biznesin çiçəklənməsi bizim üçün olduqca əhəmiyyətlidir"

Son illər Azərbaycan iqtisadiyyatı fəal surətdə qeyri-neft sektorunun inki

arrow Ətraflı
"17 yaşında hamı belə geyinir"  FOTO like
  • 20 İyn 11:24  
Digərləri "17 yaşında hamı belə geyinir" FOTO

17 yaşlı müğənni Aleyna Tilki aranjimançı Emrah Karadumanla konsertə qat

arrow Ətraflı