Bakı Ali Neft Məktəbi növbəti İSO beynəlxalq sertifikatına sahib olub


Sosial 20 İyn 2017 11:15:28 62 0

Bakı Ali Neft Məktəbi növbəti İSO beynəlxalq sertifikatına sahib olub

Elmar Qasımov: "Bu kimi sertifikatlar Ali Məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək"

Bakı Ali Neft Məktəbi (BANM) növbəti beynəlxalq standartı olan - ISO 10002 "Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” sertifikatına sahib olub.

BANM-dən "Report"a bildirilib ki, bu sertifikat Türk Standartları İnstitutunun (TSE) auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsində verilib.

Sertifikatların təqdimetmə mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov, TSE-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, sertifikat keyfiyyətli idarəetmə sisteminin Ali Məktəbin öz fəaliyyətində tətbiqinin, aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir.

“Bu kimi sertifikatlar Ali Məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək”, - E.Qasımov deyib.

Türk Standartları İnstitutunun Azərbaycandakı təmsilçisi Selim Çələbi çıxış edərək, BANM-in kollektivini bu nailiyyət münasibəti ilə təbrik edib. O, BANM-in beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurumla Ali Məktəb arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyindən əminliyini ifadə edib.

Səfir Erkan Özoral Ali Məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.

SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov çıxış edərək, BANM-də aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib.

Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartlar üzrə uyğunluq sertifikatının təqdimetmə mərasimi baş tutub.

Qeyd edək ki, İSO 10002 beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.

Xatırladaq ki, BANMilk ali təhsil müəssisəsidir ki, 2014-cü ildən İSO-nun üç istiqaməti - ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" üzrə beynəlxalq sertifikatlara sahib olub.

loading...
Bakıda dava: gənc oğlan döyüldü like
  • 20 İyn 11:15  
Digərləri Bakıda dava: gənc oğlan döyüldü

Bakıda məscidlərdən birinin yaxınlığında dava düşüb, gənc o

arrow Ətraflı
Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb like
  • 20 İyn 11:13  
Digərləri Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

Azərbaycan Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 1

arrow Ətraflı
Bakıda əxlaqsız qadınlar turistin başına oyun açdılar like
  • 20 İyn 11:12  
Digərləri Bakıda əxlaqsız qadınlar turistin başına oyun açdılar

İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciə

arrow Ətraflı
"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada itdi like
  • 20 İyn 11:10  
Digərləri "İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada itdi

"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada oğurlanıb.

arrow Ətraflı
Fillər balacanı xilas etdilər  VİDEO  FOTO like
  • 20 İyn 11:10  
Digərləri Fillər balacanı xilas etdilər VİDEO FOTO

Ata və ana fil hovuzun kənarında oynayan bala fili gözdən qoymurdular. Bala

arrow Ətraflı
Bakı Ali Neft Məktəbi İSO beynəlxalq sertifikatına sahib oldu like
  • 20 İyn 11:09  
Digərləri Bakı Ali Neft Məktəbi İSO beynəlxalq sertifikatına sahib oldu

Bakı Ali Neft Məktəbi (BANM) növbəti beynəlxalq standartı olan - ISO 1000

arrow Ətraflı
AMB daha 150 mln. manatlıq not buraxır like
  • 20 İyn 11:08  
İqtisadiyyat AMB daha 150 mln. manatlıq not buraxır

Qiymətli kağızların tədavül müddəti 28 gündür

arrow Ətraflı
Baş nazirin müavini Sumqayıtda sahibkarlarla görüşür like
  • 20 İyn 11:08  
Siyasət Baş nazirin müavini Sumqayıtda sahibkarlarla görüşür

Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov

arrow Ətraflı
Maradona: "Daniel Alveş axmağın biridir" like
  • 20 İyn 11:06  
İdman Maradona: "Daniel Alveş axmağın biridir"

Argentinalı futbol əfsanəsi Diyeqo Maradona "Juventus"un müdafiəç

arrow Ətraflı
Toy gecəsi oğlanın anası və xalası otağa girdi, gəlinin üzünə tüpürdü  Məhkəmə  FOTO like
  • 20 İyn 11:05  
Digərləri Toy gecəsi oğlanın anası və xalası otağa girdi, gəlinin üzünə tüpürdü Məhkəmə FOTO

"Ərim toy günü çox həyəcanlı idi deyə, qorxdu, yaxınlığımız olmadı

arrow Ətraflı
Şimali Koreya türməsindən buraxılan amerikalı tələbə dünyasını dəyişdi like
  • 20 İyn 11:02  
Sosial Şimali Koreya türməsindən buraxılan amerikalı tələbə dünyasını dəyişdi

15 ay idi ki, Şimali Koreyada həbsdə saxlanılan tələbə Otto Uormbir Ameri

arrow Ətraflı
Ata 17 yaşlı qızını öldürüb intihar etdi  VİDEO  FOTO like
  • 20 İyn 11:01  
Dünya Ata 17 yaşlı qızını öldürüb intihar etdi VİDEO FOTO

Türkiyənin Kocaeli vilayətinin İzmit mahalında qızını tapança ilə öl

arrow Ətraflı