Bakı Ali Neft Məktəbi İSO beynəlxalq sertifikatına sahib oldu


Digərləri 20 İyn 2017 11:09:00 40 0

Bakı Ali Neft Məktəbi İSO beynəlxalq sertifikatına sahib oldu

Bakı Ali Neft Məktəbi (BANM) növbəti beynəlxalq standartı olan - ISO 10002 "Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” sertifikatına sahib olub.

Bakı. Bakı Ali Neft Məktəbi (BANM) növbəti beynəlxalq standartı olan - ISO 10002 "Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” sertifikatına sahib olub. Bu sertifikat Türk Standartları İnstitutunun (TSE) auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsində verilib. Bu barədə Trend-ə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Sertifikatların təqdimetmə mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov, TSE-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər. Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qeyd etdi ki, sertifikat keyfiyyətli idarəetmə sisteminin Ali Məktəbin öz fəaliyyətində tətbiqinin, aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir. “Bu kimi sertifikatlar Ali Məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək”, - E.Qasımov dedi. Türk Standartları İnstitutunun Azərbaycandakı təmsilçisi Selim Çələbi çıxış edərək, BANM-in kollektivini bu nailiyyət münasibəti ilə təbrik edib. O, BANM-in beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurumla Ali Məktəb arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyindən əminliyini ifadə edib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Ali Məktəbin fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib. SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanov çıxış edərək, BANM-də aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib. Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartlar üzrə uyğunluq sertifikatının təqdimetmə mərasimi baş tutub. Qeyd edək ki, İSO 10002 beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir. Xatırladaq ki, BANM ilk ali təhsil müəssisəsidir ki, 2014-cü ildən İSO-nun üç istiqaməti - ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" üzrə beynəlxalq sertifikatlara sahib oldu.
loading...
AMB daha 150 mln. manatlıq not buraxır like
  • 20 İyn 11:08  
İqtisadiyyat AMB daha 150 mln. manatlıq not buraxır

Qiymətli kağızların tədavül müddəti 28 gündür

arrow Ətraflı
Baş nazirin müavini Sumqayıtda sahibkarlarla görüşür like
  • 20 İyn 11:08  
Siyasət Baş nazirin müavini Sumqayıtda sahibkarlarla görüşür

Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov

arrow Ətraflı
Maradona: "Daniel Alveş axmağın biridir" like
  • 20 İyn 11:06  
İdman Maradona: "Daniel Alveş axmağın biridir"

Argentinalı futbol əfsanəsi Diyeqo Maradona "Juventus"un müdafiəç

arrow Ətraflı
Toy gecəsi oğlanın anası və xalası otağa girdi, gəlinin üzünə tüpürdü  Məhkəmə  FOTO like
  • 20 İyn 11:05  
Digərləri Toy gecəsi oğlanın anası və xalası otağa girdi, gəlinin üzünə tüpürdü Məhkəmə FOTO

"Ərim toy günü çox həyəcanlı idi deyə, qorxdu, yaxınlığımız olmadı

arrow Ətraflı
Şimali Koreya türməsindən buraxılan amerikalı tələbə dünyasını dəyişdi like
  • 20 İyn 11:02  
Sosial Şimali Koreya türməsindən buraxılan amerikalı tələbə dünyasını dəyişdi

15 ay idi ki, Şimali Koreyada həbsdə saxlanılan tələbə Otto Uormbir Ameri

arrow Ətraflı
Ata 17 yaşlı qızını öldürüb intihar etdi  VİDEO  FOTO like
  • 20 İyn 11:01  
Dünya Ata 17 yaşlı qızını öldürüb intihar etdi VİDEO FOTO

Türkiyənin Kocaeli vilayətinin İzmit mahalında qızını tapança ilə öl

arrow Ətraflı
101 sərnişinin olduğu Türkiyə təyyarəsini ildırım vurdu  VİDEO like
  • 20 İyn 10:59  
Dünya 101 sərnişinin olduğu Türkiyə təyyarəsini ildırım vurdu VİDEO

Türk Hava Yollarının Atatürk Hava limanından qalxan təyyarəsi ildırım

arrow Ətraflı
Türkiyədən Almaniyaya "İncirlik"lə bağlı TƏKLİF like
  • 20 İyn 10:59  
Digərləri Türkiyədən Almaniyaya "İncirlik"lə bağlı TƏKLİF

Rəsmi Ankara Almaniyaya Hərbi Hava Qüvvələrinin "İncirlik" aviabazasından

arrow Ətraflı
“Azərbaycan Beynəlxalq Bankı” şirkəti məhkəməyə verib like
  • 20 İyn 10:58  
Sosial “Azərbaycan Beynəlxalq Bankı” şirkəti məhkəməyə verib

Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən

arrow Ətraflı
Aytacdan yeni FOTOSESSİYA like
  • 20 İyn 10:56  
Şou-biznes Aytacdan yeni FOTOSESSİYA

Yeni ana olan müğənni körpəsinə daha çox vaxt ayırdığından və ailə

arrow Ətraflı
"Real"ın prezidenti Ronaldo haqqında danışıb like
  • 20 İyn 10:53  
İdman "Real"ın prezidenti Ronaldo haqqında danışıb

"Real Madrid"in prezidenti Florentino Perez komandanın aparıcı üzvlərin

arrow Ətraflı
Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir like
  • 20 İyn 10:52  
Dünya Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir

Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir.

arrow Ətraflı
Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi like
  • 20 İyn 10:50  
Digərləri Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi

Müdafiə Nazirliyi (MN) Azərbaycan hərbçisinin yaralanması barədə erməni

arrow Ətraflı
Paytaxtın bu ərazisində hərəkət mədudlaşdırılır like
  • 20 İyn 10:50  
Digərləri Paytaxtın bu ərazisində hərəkət mədudlaşdırılır

Bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu İsmayıl Hidayətzad

arrow Ətraflı