Bakıda möhtəşəm yarış keçiriləcək FOTO


Digərləri 20 İyn 2017 10:35:24 46 0

Bakıda möhtəşəm yarış keçiriləcək  FOTO

Son.az "Azərbaycan" qəzetinə istinadən Bakıda keçiriləcək "Formula-1" yarışı haqda yazını təqdim edir.

İdman sahəsində aparılan dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Xüsusən, son on ildə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunub.

Hazırlıq işləri başa çatıb   Ötən ay IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edən və başa vuran Azərbaycan indi növbəti beynəlxalq idman hadisəsi ərəfəsindədir. İyunun 23-25-də Bakı növbəti dəfə dünyanın ən populyar idman tədbirlərindən biri olan "Formula-1" yarışlarına evsahibliyi edəcək. Bunun üçün

Bakının mərkəzi küçələrində həyata keçirilən hazırlıq işləri başa çatıb.  Xatırladaq ki, "Formula-1" dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. 1950-ci ildən başlayaraq hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə Qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir "Formula-1" avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar tək adamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və istehsal etdikləri digər detalları istifadə edirlər. 

Builki "Formula-1" Qran-pri yarışlarına mart ayında Melburn şəhərində start verilib. Pilotlar və komandalar noyabr ayına qədər 21 yarış mərhələsi keçməlidirlər. Son yarış Abu-Dabidə baş tutacaq. Sayca 7-ci Qran-pri iyunun 9-11-də Kanadanın Montreal şəhərində keçirilib. Son günlər isə diqqətlər Bakıya yönəlib. Bakı həmişə olduğu kimi, bu yarışa hazırdır. Amma burada bolidlər avtodromda deyil, məhz şəhərin küçələrində yarışacaqlar. "Formula-1"in rəsmi saytında bu il yarışın mərhələlərinin keçiriləcəyi bütün ölkələr sadalanıb və Bakı mərhələsi Azərbaycan Qran-prisi adlandırılıb. Bu isə o deməkdir ki, Bakı bu günlərdə Avropanın paytaxtı olacaq. Ümumiyyətlə isə Bakı "Formula-1" yarışlarının yeni ünvanıdır. Çünki ötən ilədək Bakıda bu yarış keçirilməmişdi. Bu mənada xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası "Formula-1" təqviminə yeni əlavədir. Bakı Şəhər Halqasının, trekin uzunluğu 6 km-dən bir qədər artıqdır. Bu, uzunluğuna görə dünyada ikincidir.  Şübhəsiz ki, Azərbaycan Qran-prisi ötən il olduğu kimi, 2017-ci il "Formula-1" mövsümünün də ən maraqlı tədbirlərindən olacaq. Həftənin sonuna düşən yarış günlərində peşəkar avtopilotların idarə etdiyi bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında tam yeni bir macəranın enişli-yoxuşlu dar keçidləri ilə yanaşı sahilboyu müasir göydələnlərə və Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirir. Burada bütövlükdə Bakının ecazkar siması unikal bir trek kimi nəzərdə tutulub. Beləliklə, Bakının düz mərkəzində sürət və həyəcan bir araya gələrək "Formula-1" yarışının mahiyyətini tam simvolizə edəcək.   Bu dəfə daha həyəcanlı anlar yaşanacaq   Qeyd edildiyi kimi, Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. "Formula-1" Bakı Qran-prisi "Azadlıq" meydanından start götürəcək və burada da başa çatacaq. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Trekin birinci və üçüncü döngəsi pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar. Üçüncü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alacaqlar. Onlar təxminən 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşacaqlar. Burada pilotlar Zərifə Əliyeva küçəsinə dönəcək və kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər. 5-ci və 6-cı döngələr pilotları Neftçilər prospektinin əks istiqamətindəki yola yönəldəcək. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə "Formula - 1" bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq.

loading...

Xəbərə aid fotolar

Natavan: "Nişanlı qızı öpərlər?”  VİDEO like
  • 20 İyn 10:34  
Şou-biznes Natavan: "Nişanlı qızı öpərlər?” VİDEO

Müğənni Natavan Həbibi həmkarı Xuraman Şuşalını evində qonaq edib

arrow Ətraflı
Bakıda gərginlik  100lərlə insan küçədə qaldı  FOTO like
  • 20 İyn 10:32  
Digərləri Bakıda gərginlik 100lərlə insan küçədə qaldı FOTO

Bu gün səhər "Bakı kart" və "Milli ön" 100-lərlə ins

arrow Ətraflı
Bakıda məsciddə dava düşdü like
  • 20 İyn 10:31  
Digərləri Bakıda məsciddə dava düşdü

Bakıda məsciddə dava düşüb, gənc oğlan döyülüb.

arrow Ətraflı
Tanınmış modelyer vəfat etdi like
  • 20 İyn 10:30  
Dünya Tanınmış modelyer vəfat etdi

Romada ömrünün 81-ci ilində məşhur italyan modelyer Karla Fendi vəfat edi

arrow Ətraflı
Azərbaycan nefti birazda bahalaşdı like
  • 20 İyn 10:29  
Digərləri Azərbaycan nefti birazda bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF"

arrow Ətraflı
Qaçqınları daşıyan gəmi batdı, like
  • 20 İyn 10:28  
Dünya Qaçqınları daşıyan gəmi batdı,

Aralıq dənizinin Liviya sahillərində içərisində 126 qaçqın olan gəmi b

arrow Ətraflı
"Zirə" son oyununu keçirəcək like
  • 20 İyn 10:28  
İdman "Zirə" son oyununu keçirəcək

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə to

arrow Ətraflı
Əfqanıstanda ABŞ hərbi bazasının 8 mühafizəçisi öldürülüb like
  • 20 İyn 10:25  
Digərləri Əfqanıstanda ABŞ hərbi bazasının 8 mühafizəçisi öldürülüb

Əfqanıstanın Pərvan vilayətində silahlıların hücumu nəticəsində ABŞ

arrow Ətraflı
Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurdu like
  • 20 İyn 10:25  
Digərləri Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurdu

Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Əməkdar artist nənə oldu  FOTO like
  • 20 İyn 10:25  
Şou-biznes Əməkdar artist nənə oldu FOTO

Əməkdar artist Bəsti Sevdiyeva nənə olub

arrow Ətraflı
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü like
  • 20 İyn 10:24  
Digərləri ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

arrow Ətraflı
Paytaxtın bu ərazisində hərəkət mədudlaşdırılır like
  • 20 İyn 10:23  
Digərləri Paytaxtın bu ərazisində hərəkət mədudlaşdırılır

Bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu İsmayıl Hidayətzad

arrow Ətraflı