Vaşinqton meri ABŞ Konqresindəki tədbirə Azərbaycanla bağlı müraciət göndərdi


Digərləri 20 İyn 2017 10:36:00 52 0

Vaşinqton meri ABŞ Konqresindəki tədbirə Azərbaycanla bağlı müraciət göndərdi

ABŞ Konqresinin əsas binası olan Kapitolda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı və Vaşinqtonda fəaliyyət göstərən 20-dən çox qadın sahibkar və nüfuzlu təşkilat rəhbərlərinin dəstəyi ilə "Azərbaycan və Gürcüstanda qadınların cəmiyyətdə və iqtisadi inkişafda rolu" mövzusunda təşkil edilmiş tədbir münasibətilə Vaşinqton şəhərinin meri Müryel Bouzer təşkilatçılara müraciət edib.

Virtualaz.org-un Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumatına görə, məktubda bildirilir ki, Azərbaycan və Gürcüstanın müsəqilliyinin 25-ci ildönümünə təsadüf edən bu tədbir qadın sahibkarları bir araya toplamaqla onların cəmiyyətdəki rolu və töhfəsini nümayiş etdirir.

Vaşinqton meri sənəddə USACC-nin qadınların cəmiyyətimizdə və dünyada əldə etdikləri nailiyyətlərinin təşviqi sahəsindəki fəaliyyətini alqışlayıb və tədbirlə bağlı uğurlar arzulayıb.

Qeyd edək ki, tədbir barədə təşəbbüs ötən ilin sentyabrında ABŞ ticarət missiyasının tərkibində Azərbaycan və Gürcüstana səfər etmiş bir qrup qadın sahibkar tərəfindən irəli sürülüb, ABŞ Ticarət Nazirliyi və Vaşinqtonun kiçik və yerli biznes inkişafı departamenti tərəfindən dəstəklənib. Həmçinin, tədbirin təşkili ilə bağlı ABŞ Konqresinin bir sıra qadın üzvləri, o cümlədən Şeyla Cekson Li və Brenda Lorens öz dəstəyini ifadə ediblər.

Tədbirdə Azərbaycan və Gürcüstanın sosial-iqtisadi inkişafında qadınların rolundan danışılıb, qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində müzakirələr aparılıb, islahat və əldə edilmiş nailiyyətlər haqqında məlumat verilib.

loading...
Natavan: "Nişanlı qızı öpərlər?”  VİDEO like
  • 20 İyn 10:34  
Şou-biznes Natavan: "Nişanlı qızı öpərlər?” VİDEO

Müğənni Natavan Həbibi həmkarı Xuraman Şuşalını evində qonaq edib

arrow Ətraflı
Bakıda gərginlik  100lərlə insan küçədə qaldı  FOTO like
  • 20 İyn 10:32  
Digərləri Bakıda gərginlik 100lərlə insan küçədə qaldı FOTO

Bu gün səhər "Bakı kart" və "Milli ön" 100-lərlə ins

arrow Ətraflı
Bakıda məsciddə dava düşdü like
  • 20 İyn 10:31  
Digərləri Bakıda məsciddə dava düşdü

Bakıda məsciddə dava düşüb, gənc oğlan döyülüb.

arrow Ətraflı
Tanınmış modelyer vəfat etdi like
  • 20 İyn 10:30  
Dünya Tanınmış modelyer vəfat etdi

Romada ömrünün 81-ci ilində məşhur italyan modelyer Karla Fendi vəfat edi

arrow Ətraflı
Azərbaycan nefti birazda bahalaşdı like
  • 20 İyn 10:29  
Digərləri Azərbaycan nefti birazda bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF"

arrow Ətraflı
Qaçqınları daşıyan gəmi batdı, like
  • 20 İyn 10:28  
Dünya Qaçqınları daşıyan gəmi batdı,

Aralıq dənizinin Liviya sahillərində içərisində 126 qaçqın olan gəmi b

arrow Ətraflı
"Zirə" son oyununu keçirəcək like
  • 20 İyn 10:28  
İdman "Zirə" son oyununu keçirəcək

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə to

arrow Ətraflı
Əfqanıstanda ABŞ hərbi bazasının 8 mühafizəçisi öldürülüb like
  • 20 İyn 10:25  
Digərləri Əfqanıstanda ABŞ hərbi bazasının 8 mühafizəçisi öldürülüb

Əfqanıstanın Pərvan vilayətində silahlıların hücumu nəticəsində ABŞ

arrow Ətraflı
Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurdu like
  • 20 İyn 10:25  
Digərləri Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurdu

Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Əməkdar artist nənə oldu  FOTO like
  • 20 İyn 10:25  
Şou-biznes Əməkdar artist nənə oldu FOTO

Əməkdar artist Bəsti Sevdiyeva nənə olub

arrow Ətraflı
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü like
  • 20 İyn 10:24  
Digərləri ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

arrow Ətraflı