General Movses Akopyanın başının üstünü təhlükə aldı


Digərləri 20 İyn 2017 10:40:00 77 0

General Movses Akopyanın başının üstünü təhlükə aldı

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, odioz qarabağlı general Movses Akopyanın işdən azad edilcəyi gözlənilir. Bu barədə hakimiyyətə yaxın “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazıb. Virtualaz.org qeyd edir ki, qəzetin bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyindəki təyinatlar barədə xəbərləri əsasən özünü doğrultmuşdu.

Bu xəbəri də oxu: 7 otaqlı ev yanıb

Məlumata görə Movses Akopyanın yerinə general-mayor Onik Qasparyan təyin olunacaq. Prezident Serj Sərkisyan iyunun 15-də Onik Qasparyanı Baş qərargah rəisinin birinci müavini vəzifəsinə təyin edib və ehtimal edilir ki, bununla da onun Akopyanın yerinə irəli çəkilməsinə zəmin hazırlayıb. Movses Akopyanın sonrakı taleyinin necə olacağı isə məlum deyil.

Xatırladaq ki, Movses Akopyan əvvəllər qondarma “DQR müdafiə naziri” vəzifəsini tutub, daha sonra Ermənistan silahlı qüvvələri Baş qərargahı rəisinin müavini vəzifəsinə təyinat alıb. Ötən ilin aprel döyüşləri zamanı Azərbaycan ordusu TOS-1A “Solntsepyok” ağır odsaçanından Xocavənd istiqamətində Akopyanın və digər yüksək rütbəli erməni komandirlərin cəmləşdiyi qərargaha zərbə endirmişdi. Həmin zərbə nəticəsində bir neçə erməni hərbçisi ölsə də Akopyanın bəxti gətirmişdi və sağ qalmışdı.

Aprel döyüşlərində Ermənistan ordusunun aldığı sarsıdıcı zərbə Müdafiə Nazirliyinin rəhbərliyinin darmadağın edilməsi ilə nəticələndi. Bir çox generallar həbs olundu, işdən çıxarıldı, o cümlədən müdafiə naziri Seyran Ohanyan vəzifəsini itirib müxalifətə keçdi. Movses Akopyan isə əvvəlcə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini təyin olundu.

Daha sonra Baş qərargah rəisi Yuri Xaçaturov işdən azad edilib Sərkisyana müşavir təyin olundu, Akopyan onun yerinə təyinat aldı, müdafiə naziri mülki şəxs oldu. Hazırda Baş qərargah rəisi Ermənistan ordusuna komandanlıq edən əsas fiqur hesab olunur, yəni orduya komandanlıq Movses Akopyanın əlindədir. Lakin belə görünür ki, generalın başının üstünü yeni təhlükə alıb. Ehtimal ki, burada Akopyanla müdafiə naziri, Serj Sərkisyanın “çantadaşıyanı” kimi tanınan Vigen Sərkisyan arasında ziddiyətlərin rolu var.

F.Məmmədov

loading...
Azərbaycanda xəstəyə dil tikildi  FOTO like
  • 20 İyn 10:38  
Digərləri Azərbaycanda xəstəyə dil tikildi FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə

arrow Ətraflı
Vaşinqton meri ABŞ Konqresindəki tədbirə Azərbaycanla bağlı müraciət göndərdi like
  • 20 İyn 10:36  
Digərləri Vaşinqton meri ABŞ Konqresindəki tədbirə Azərbaycanla bağlı müraciət göndərdi

ABŞ Konqresinin əsas binası olan Kapitolda ABŞ-Azərbaycan Ticarət Palatas

arrow Ətraflı
Natavan: "Nişanlı qızı öpərlər?”  VİDEO like
  • 20 İyn 10:34  
Şou-biznes Natavan: "Nişanlı qızı öpərlər?” VİDEO

Müğənni Natavan Həbibi həmkarı Xuraman Şuşalını evində qonaq edib

arrow Ətraflı
Bakıda gərginlik  100lərlə insan küçədə qaldı  FOTO like
  • 20 İyn 10:32  
Digərləri Bakıda gərginlik 100lərlə insan küçədə qaldı FOTO

Bu gün səhər "Bakı kart" və "Milli ön" 100-lərlə ins

arrow Ətraflı
Bakıda məsciddə dava düşdü like
  • 20 İyn 10:31  
Digərləri Bakıda məsciddə dava düşdü

Bakıda məsciddə dava düşüb, gənc oğlan döyülüb.

arrow Ətraflı
Tanınmış modelyer vəfat etdi like
  • 20 İyn 10:30  
Dünya Tanınmış modelyer vəfat etdi

Romada ömrünün 81-ci ilində məşhur italyan modelyer Karla Fendi vəfat edi

arrow Ətraflı
Azərbaycan nefti birazda bahalaşdı like
  • 20 İyn 10:29  
Digərləri Azərbaycan nefti birazda bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF"

arrow Ətraflı
Qaçqınları daşıyan gəmi batdı, like
  • 20 İyn 10:28  
Dünya Qaçqınları daşıyan gəmi batdı,

Aralıq dənizinin Liviya sahillərində içərisində 126 qaçqın olan gəmi b

arrow Ətraflı
"Zirə" son oyununu keçirəcək like
  • 20 İyn 10:28  
İdman "Zirə" son oyununu keçirəcək

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə to

arrow Ətraflı
Əfqanıstanda ABŞ hərbi bazasının 8 mühafizəçisi öldürülüb like
  • 20 İyn 10:25  
Digərləri Əfqanıstanda ABŞ hərbi bazasının 8 mühafizəçisi öldürülüb

Əfqanıstanın Pərvan vilayətində silahlıların hücumu nəticəsində ABŞ

arrow Ətraflı
Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurdu like
  • 20 İyn 10:25  
Digərləri Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurdu

Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı