Dilimizdəki səhv sözlər: Ləvazimatlar, narahatçılıq...


Digərləri 20 İyn 2017 07:41:36 61 0

Dilimizdəki səhv sözlər: Ləvazimatlar, narahatçılıq...

Azərbaycan dilində cümlələrdə “malik olmaq”, “təşkil etmək”, “tərəfindən”, “tərəfimizdən” sözlərinin işlədilməsi yersizdir

Bu xəbəri də oxu: Sidney çimərliyində ev FOTO

Bakı. İlhamə İsabalayeva – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli dilimizdəki bəzi sözlərin düzgün yazılmadığı, bəzi sözlərin isə cümlələrdə yersiz işlənildiyi fikrindədir. Bununla bağlı Trend-ə fikirlərini açıqlayan T.Kərimli deyib ki, bu gün dilimizi eybəcərləşdirən sözlərdən biri də təzə tikintilərin hasarını "bəzəyən" "narahatçılıq" sözüdür: "Narahat sözü "rahatsız" deməkdir. Buna bir "çılıq" şəkilçisinin artırılması görünür ki, "inşaatçı-dilçilərimizin" kəşfidir. Bu qəbildən olan söz yaradıcılığının biri də "məktəb ləvazimatları" ifadəsindəki "ləvazimat"lar sözüdür". T.Kərimli qeyd edib ki, "ləvazimatlar" sözünün özündə 3 dənə cəm şəkilçisi var. Sözün belə formada işlənilməsi isə düzgün deyil: "İş burasındadır ki, ərəb dilindəki "lazım" sözünün cəmi "ləvazim"dir, yəni bu da "lazım olanlar, lazımlılar" deməkdir. "At" özü də ərəb dilində cəm şəkilçisidir. Buna Azərbaycan dilindəki "-lar" cəm şəkilçisini artıranda isə 3 dəfə cəmlənmiş əcaib bir söz meydana çıxır. Əslində, bu ifadə "məktəbə lazım olanlar" şəklində işlənsə, daha doğru olar". T.Kərimli hesab edir ki, Azərbaycan dilində cümlələrin tərkibində bəzi sözlərin işlədilməsi də yersizdir. O, bunlara "malik olmaq", "təşkil etmək", "tərəfindən", "tərəfimizdən" kimi sözləri misal göstərib. Hələ bir neçə il əvvəl akademik Ağamusa Axundovun da "malik olmaq" sözünü yersiz hesab etdiyini açıqlayan akademik qeyd edib ki, dilimizdə "var", "yox" sözləri, olmaq feili, -dır, dir, dur, dür şəkilçisi olduğu halda, malik və təşkil kimi varvarizmlərə ehtiyac yoxdur: "Məsələn, havanın temperaturu 35-37 dərəcə təşkil edəcək cümləsi "Havanın temperaturu 35-37 dərəcə olacaq" kimi verilməlidir. Yaxud "Filankəs 180 sm boya malikdir" cümləsi "Filankəsin 180 sm boyu var" kimi olmalıdır. İnzibati orqanların nitqində daha çox səslənən "tərəfimizdən", "tərəfindən" sözü də bu qəbildəndir. Bunlar cümləyə əcaib bir forma verir. Məsələn, "Tərəfimizdən aşkar edilərək götürülmüşdür" ifadəsi "aşkar edərək götürmüşük" şəklində olmalıdır". T.Kərimli hesab edir ki, belə halların aradan qaldırılması üçün daha çox maarifləndirmə işləri aparılmalıdır: "Dil canlı orqanimzdir, ona yad ünsür düşsə, fəsad verir. Zaman-zaman orada möhkəmlənir və onu dildən çıxarmaq çox çətin olur".
loading...
iPhone 8in özəllikləri açıqlandı like
  • 20 İyn 07:41  
Digərləri iPhone 8in özəllikləri açıqlandı

Hindistanda "iPhone" smartfonlarının istehsalı ilə məşğul olan

arrow Ətraflı
Fujitsu yeni sistemi təqdim etdi like
  • 20 İyn 07:33  
Digərləri Fujitsu yeni sistemi təqdim etdi

"Fujitsu" korporasiyası yeni biometrik autentifikasiya sistemini təq

arrow Ətraflı
"Dolce & Gabbana"dan yeni kolleksiya  FOTO like
  • 20 İyn 07:30  
Digərləri "Dolce & Gabbana"dan yeni kolleksiya FOTO

"Dolce & Gabbana" brendi yeni kolleksiya hazırlayıb. Son.az bildiri

arrow Ətraflı
İnsanın görünüşü proqnozlaşdırılacaq like
  • 20 İyn 07:22  
Digərləri İnsanın görünüşü proqnozlaşdırılacaq

Bradford Universitetində çalışan britaniyalı alimlər qrupu tərəfindən y

arrow Ətraflı
Aprelin sonundan Yəməndə vəba epidemiyasından mindən artıq insan ölüb like
  • 20 İyn 07:17  
Digərləri Aprelin sonundan Yəməndə vəba epidemiyasından mindən artıq insan ölüb

Aprel ayının sonundan Yəməndə vəba epidemiyasından 1146 nəfər həlak ol

arrow Ətraflı
Bu dükanda kassa və satıcxı yoxdur  VİDEO like
  • 20 İyn 07:11  
Digərləri Bu dükanda kassa və satıcxı yoxdur VİDEO

İsveçin "Wheelys" şirkəti Şanxay küçələrində "Moby"

arrow Ətraflı
Kamilla və Kiki  FOTO like
  • 20 İyn 06:30  
Digərləri Kamilla və Kiki FOTO

Kamilla Arans "Vogue China" üçün fotosessiyaya çəkilib. Son.az b

arrow Ətraflı
Venesuelada etiraz aksiyaları zamanı 27 nəfər xəsarət alıb like
  • 20 İyn 06:12  
Digərləri Venesuelada etiraz aksiyaları zamanı 27 nəfər xəsarət alıb

Venesuelanın paytaxtının Altmira rayonunda etiraz aksiyası zamanı 27 nəfə

arrow Ətraflı
Bakıda sərxoş oğul atasını döyərək ona ağır xəsarət yetirib like
  • 20 İyn 05:39  
Sosial Bakıda sərxoş oğul atasını döyərək ona ağır xəsarət yetirib

Ata polisə ilkin ifadəsində oğlunun onu dəfələrlə döydüyünü bildirib

arrow Ətraflı
Fransa dağlarında ev  FOTO like
  • 20 İyn 05:30  
Digərləri Fransa dağlarında ev FOTO

Fransadakı Şamoni Mon Blan şəhərindəki bu evin layihə müəllifi "Pi

arrow Ətraflı
Meksika həbsxanasında 3 min dustaq qiyam qaldırıb like
  • 20 İyn 05:00  
Dünya Meksika həbsxanasında 3 min dustaq qiyam qaldırıb

İğtişaş zamanı asayiş keşikçiləri gözyaşardıcı qaz tətbiq edib

arrow Ətraflı