Avropa İttifaqı "Cənub Qaz Dəhlizi"ni Mərkəzi Asiyayadək uzatmaq niyyətindədir


Digərləri 19 İyn 2017 22:46:00 56 0

Avropa İttifaqı "Cənub Qaz Dəhlizi"ni Mərkəzi Asiyayadək uzatmaq niyyətindədir

Rəsmi Brüssel Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin Mərkəzi Asiyaya qədər uzadılmasına nail olmaq niyyətindədir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) bəyanatında deyilir.

"Avropa İttifaqı həmçinin Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinin və enerji effektivliyinin inkişafını davam etdirəcək", - deyə təşkilatın açıqlamasında deyilir.

"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

loading...
Futbolda bu da oldu  Baş məşqçi oyunçuya "kəllə atdı"  VİDEO like
  • 19 İyn 22:44  
Digərləri Futbolda bu da oldu Baş məşqçi oyunçuya "kəllə atdı" VİDEO

İspaniya Sequndasında futbolda nadir halda rast gəlinən hadisələrdən biri

arrow Ətraflı
Ziyanvericilər, məmurlar və... milyonlar like
  • 19 İyn 22:43  
Digərləri Ziyanvericilər, məmurlar və... milyonlar

Azərbaycanda yeni iqtisadi modelə keçidin əsas prioritet istiqamətlə

arrow Ətraflı
Diş ağrısını azaldan like
  • 19 İyn 22:40  
Digərləri Diş ağrısını azaldan

Diş ağrısı bizi bir çox hallarda ən uyğun olmayan vaxtda yaxalayır - gec

arrow Ətraflı
Salyanda 4 otaqlı ev yanıb like
  • 19 İyn 22:38  
Digərləri Salyanda 4 otaqlı ev yanıb

Salyanda yanğın qeydə alınıb

arrow Ətraflı
Ağciyərləri təmizləyən 6 möcüzəli qida like
  • 19 İyn 22:37  
Digərləri Ağciyərləri təmizləyən 6 möcüzəli qida

Bu qidalar xüsusən astma xəstələri və siqareti atanların həyat keyfiyyə

arrow Ətraflı
DİETOLOQDAN XƏBƏRDARLIQ: "Axşam yeməyindən imtina edənlər..." like
  • 19 İyn 22:35  
Digərləri DİETOLOQDAN XƏBƏRDARLIQ: "Axşam yeməyindən imtina edənlər..."

"Bu gün dünyada möcüzəvi diet proqramı yoxdur. Diet həyat tərzi dem

arrow Ətraflı
Fransa hökuməti istefaya göndərilib like
  • 19 İyn 22:32  
Dünya Fransa hökuməti istefaya göndərilib

​Yeni Nazirlər Kabineti yaxın günlərdə formalaşdırılacaq

arrow Ətraflı
İnsanın özü ilə evləndiyi yeni trend: Soloqami like
  • 19 İyn 22:32  
Digərləri İnsanın özü ilə evləndiyi yeni trend: Soloqami

Bütün insanlardan nifrət edirsiz? Özünüzdən başqa heç kimlə yola getmi

arrow Ətraflı
Dünyada məcburi köçkünlərin sayı 65 milyon nəfəri keçib like
  • 19 İyn 22:31  
Dünya Dünyada məcburi köçkünlərin sayı 65 milyon nəfəri keçib

2016-cı ilin sonunda bütün dünyada məcburi köçk&uum

arrow Ətraflı
Fransa hökuməti istefaya gedib like
  • 19 İyn 22:30  
Dünya Fransa hökuməti istefaya gedib

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələr

arrow Ətraflı
Orta məktəbin həyəti arıçılıq təsərrüfatını xatırladır  VİDEO like
  • 19 İyn 22:22  
Digərləri Orta məktəbin həyəti arıçılıq təsərrüfatını xatırladır VİDEO

Orta məktəbin həyətinə arı yeşikləri qoyulub. İlk baxışda bu ciddi pr

arrow Ətraflı