3 boksçumuz həm mərhələ adlayıb, həm də lisenziya qazanıb


Digərləri 19 İyn 2017 22:47:25 58 0

3 boksçumuz həm mərhələ adlayıb, həm də lisenziya qazanıb

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 final mərhələsinə start verilib

Bakı. Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 final mərhələsinə start verilib. Boks federasiyasından Trend-ə verilən məlumata görə, yarışda bu gün Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb. Onlardan 3-ü qalib gəlməklə həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziya qazanıblar. Belə ki, yığmamızın heyətində 49 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Nazar Kurotçinlə (Ukrayna) üz-üzə gəlib. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca Lorenzo Sotomayor (64 kq) qüvvəsini sınayıb. Fransalı Vahid Hambli ilə qarşılaşan Olimpiya mükafatçımız rəqibini 4:1 hesabı ilə məğlub edib. Sotomayor 1/4 finalda polşalı Mateuş Polski (Polşa) ilə gücünü yoxlayacaq. İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışda ilk döyüşünü qələbə ilə bitirib. O, Aleksandr Kaleyevə (Belarus) 4:1 hesabı ilə qalib gəlib. Məcidov yarımfinala gedən yolda Camili-Dini Aboudo-Moindze (Fransa) qarşılaşacaq. 52 kq çəki dərəcəsində rinqə çıxan Elvin Məmişzadə Manuel Fabritsio Kappai (İtaliya) ilə döyüşüb. Qarşılaşmadan rəqib üstün ayrılıb – 5:0. Çempionatın 4-cü günündə Pərviz Bağırov (69 kq) da ilk sınağına çıxıb. Simyon Çamovla (Bolqarıstan) üz-üzə gələn həmyerlimiz 4:1 hesabı ilə qələbə qazanıb. O, növbəti qarşılaşmasında ukraynalı Yevgeni Barabanovla mübarizə aparacaq. 1/4 final döyüşləri iyunun 21-də olacaq. Qeyd edək ki, sabah daha 4 boksçumuz 1/8 final görüşünə çıxacaq.
loading...
Astara sakinini cərəyan vuraraq öldürüb like
  • 19 İyn 22:47  
Sosial Astara sakinini cərəyan vuraraq öldürüb

Yaralı əməliyyat zamanı dünyasını dəyişib

arrow Ətraflı
Avropa İttifaqı "Cənub Qaz Dəhlizi"ni Mərkəzi Asiyayadək uzatmaq niyyətindədir like
  • 19 İyn 22:46  
Digərləri Avropa İttifaqı "Cənub Qaz Dəhlizi"ni Mərkəzi Asiyayadək uzatmaq niyyətindədir

Rəsmi Brüssel Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "C

arrow Ətraflı
Futbolda bu da oldu  Baş məşqçi oyunçuya "kəllə atdı"  VİDEO like
  • 19 İyn 22:44  
Digərləri Futbolda bu da oldu Baş məşqçi oyunçuya "kəllə atdı" VİDEO

İspaniya Sequndasında futbolda nadir halda rast gəlinən hadisələrdən biri

arrow Ətraflı
Ziyanvericilər, məmurlar və... milyonlar like
  • 19 İyn 22:43  
Digərləri Ziyanvericilər, məmurlar və... milyonlar

Azərbaycanda yeni iqtisadi modelə keçidin əsas prioritet istiqamətlə

arrow Ətraflı
Diş ağrısını azaldan like
  • 19 İyn 22:40  
Digərləri Diş ağrısını azaldan

Diş ağrısı bizi bir çox hallarda ən uyğun olmayan vaxtda yaxalayır - gec

arrow Ətraflı
Salyanda 4 otaqlı ev yanıb like
  • 19 İyn 22:38  
Digərləri Salyanda 4 otaqlı ev yanıb

Salyanda yanğın qeydə alınıb

arrow Ətraflı
Ağciyərləri təmizləyən 6 möcüzəli qida like
  • 19 İyn 22:37  
Digərləri Ağciyərləri təmizləyən 6 möcüzəli qida

Bu qidalar xüsusən astma xəstələri və siqareti atanların həyat keyfiyyə

arrow Ətraflı
DİETOLOQDAN XƏBƏRDARLIQ: "Axşam yeməyindən imtina edənlər..." like
  • 19 İyn 22:35  
Digərləri DİETOLOQDAN XƏBƏRDARLIQ: "Axşam yeməyindən imtina edənlər..."

"Bu gün dünyada möcüzəvi diet proqramı yoxdur. Diet həyat tərzi dem

arrow Ətraflı
Fransa hökuməti istefaya göndərilib like
  • 19 İyn 22:32  
Dünya Fransa hökuməti istefaya göndərilib

​Yeni Nazirlər Kabineti yaxın günlərdə formalaşdırılacaq

arrow Ətraflı
İnsanın özü ilə evləndiyi yeni trend: Soloqami like
  • 19 İyn 22:32  
Digərləri İnsanın özü ilə evləndiyi yeni trend: Soloqami

Bütün insanlardan nifrət edirsiz? Özünüzdən başqa heç kimlə yola getmi

arrow Ətraflı
Dünyada məcburi köçkünlərin sayı 65 milyon nəfəri keçib like
  • 19 İyn 22:31  
Dünya Dünyada məcburi köçkünlərin sayı 65 milyon nəfəri keçib

2016-cı ilin sonunda bütün dünyada məcburi köçk&uum

arrow Ətraflı
Fransa hökuməti istefaya gedib like
  • 19 İyn 22:30  
Dünya Fransa hökuməti istefaya gedib

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələr

arrow Ətraflı