Saday Şəkərlinin səhhətində problem yaranıb - Vəkil Penitensiar Xidmətə müraciət etdi


Digərləri 19 İyn 2017 21:58:59 68 0

Saday Şəkərlinin səhhətində problem yaranıb - Vəkil Penitensiar Xidmətə müraciət etdi

Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin vəkili müvəkkilinin Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə müraciət edib.

Bakı. Samir Əli - Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərlinin vəkili müvəkkilinin Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə müraciət edib. Bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib. Vəkil bildirib ki, S.Şəkərlinin səhhətində yenidən problemlər yaranıb: "Saday Şəkərli şəkər xəstəliyindən əziyyət çəkir. O, istintaq dövründə də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında səhhətində problem yarandığı üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü və bir neçə ay orada müalicə olunmuşdu. Yenə də onun səhhətində problem yaranıb. Bu səbəbdən onun Müalicə Müəssisəsinə köçürülməsini istəyirik. Bununla bağlı Penitensiar Xidmətə müraciət etmişik. Hələlik müraciətə cavab verilməyib". Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan, faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.
loading...
İsveçin mərkəzində atışma baş verib, yaralanan var like
  • 19 İyn 21:57  
Dünya İsveçin mərkəzində atışma baş verib, yaralanan var

İnsident Stokholmun cənub hissəsində qeydə alınıb

arrow Ətraflı
Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 63 nəfərə çatıb like
  • 19 İyn 21:54  
Dünya Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 63 nəfərə çatıb

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 63 nəfər

arrow Ətraflı
Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb like
  • 19 İyn 21:50  
Dünya Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

2016-cı ilin sonunda bütün dünyada məcburi köçkünlərin sayı 65,6 milyo

arrow Ətraflı
"Volvo"dan 93 kq heroin aşkar edildi  Azərbaycanda like
  • 19 İyn 21:45  
Kriminal "Volvo"dan 93 kq heroin aşkar edildi Azərbaycanda

Naxçıvan MR-in gömrük əməkdaşları külli miqdarda narkotik vasitənin mu

arrow Ətraflı
Yelisey sarayı yaxınlığında polis maşınlarına çırpılan avtomobil yandı like
  • 19 İyn 21:43  
Digərləri Yelisey sarayı yaxınlığında polis maşınlarına çırpılan avtomobil yandı

Bu gün Parisin mərkəzində Yelisey sarayı yaxınlığında avtomobil yan

arrow Ətraflı
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb like
  • 19 İyn 21:40  
Kriminal Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elbrus Rza

arrow Ətraflı
Naibə Allahverdiyeva: "Dedi ki, "yox" desən, damarlarımı kəsib intihar edəcəyəm"  FOTO like
  • 19 İyn 21:30  
Kriminal Naibə Allahverdiyeva: "Dedi ki, "yox" desən, damarlarımı kəsib intihar edəcəyəm" FOTO

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, əməkdar artist Naibə A

arrow Ətraflı
Ən yalançı BÜRCLƏR like
  • 19 İyn 21:25  
Digərləri Ən yalançı BÜRCLƏR

Bütün insanların ən çox işlətdiyi günah deyəsən, yalan danışmaqdır.

arrow Ətraflı
Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb - 65,6 milyon like
  • 19 İyn 21:23  
Digərləri Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb - 65,6 milyon

2016-cı ilin sonunda bütün dünyada məcburi köçkünlərin sayı 65,6 milyo

arrow Ətraflı
Londonda terror aktı törədənin adı açıqlanıb like
  • 19 İyn 21:20  
Dünya Londonda terror aktı törədənin adı açıqlanıb

Ötən gecə Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin

arrow Ətraflı
Astanada Suriya üzrə növbəti görüş olacaq like
  • 19 İyn 21:00  
Dünya Astanada Suriya üzrə növbəti görüş olacaq

Suriyada vəziyyətin nizamlanmasna dair növbəti görüş Astanada

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda  FOTO like
  • 19 İyn 21:00  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda FOTO

Məşhurlar bu gün də ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsind

arrow Ətraflı