Tanınmış xanəndə: "Qızım 1 yaşında dünyasını dəyişdi, çox çətin günlər yaşadım" FOTO


Kriminal 19 İyn 2017 21:10:00 85 0

Tanınmış xanəndə: "Qızım 1 yaşında dünyasını dəyişdi, çox çətin günlər yaşadım"  FOTO

Tanınmış xanəndə Elnur Zeynalovun Son.az-a müsahibəsi.

- Elnur, bilirəm ki, muğam diyarı olan Qarabağ bölgəsində böyüyüb boya-başa çatmısız. Ailənizdə kimsə sənətlə məşğul olubmu?

- Bizdə evdə atamın da, babamın da çox gözəl səsi olub. Amma təəssüflər olsun ki, heç biri bu sənətin arxasınca getməyiblər. Uşaq ikən öz kəndimizdə musiqi məktəbinə getmişəm. Amma səsimin olduğunu 20 yaşında hiss etdim. O zaman artıq biz Bakıda yaşayırdıq. Valideynlərim məni aparıb Xətaidə musiqi məktəbinə qoydular. İlk muğam müəllimim Mehdi müəllim olub. O, mənə muğamın sirrlərini öyrədib. Musiqiylə məşğul olmağım isə toylardan başlayıb. 2005-ci ildə isə peşəkar təhsillə məşğul olmaq üçün Asəf Zeynallı adına musiqi məktəbinə daxil oldum. Səsim olsa da, təhsili özüm üçün çox vacib bildim.

- Bir çox sənətçilər təhsilin olmasını özləri üçün vacib hesab etmirlər. Sizcə, bu düzgündür?

- Səs Allahın vergisidir, amma təhsil də çox önəmlidir. Sənətdə sənə mütləq istiqamət göstərən kimsə olmalıdır. Səs hər kəsdə var. Mən gözümü açandan evimizdə muğam səslənir. Muğamları oxuya bilirdim, amma adlarını təhsil alandan sonra öyrəndim. Mən musiqi kollecinə daxil olanda orada çox pedaqoqlar var idi. Mən dəyərli sənətkar Arif Babayevi seçdim. 4 il ondan təhsil alıb, bir çox biliklər əldə etdim. Bununla paralel olaraq digər sənətkarların, o cümlədən Alim Qasımovun da sinfinə getmişəm. Bu gün cəsarətlə deyə bilərəm ki, mən Arif Babayevin çörəyini yeyirəm.

- Ustadınız Arif müəllim olsa da, bildiyim qədərilə Opera və Balet Teatrına Mənsum müəllimin təşəbbüsü ilə getmisiz. Mənsum müəllimin teatrda etimadını doğrulda bildiniz?

- Biz 2005-ci ildə muğam Beynəlxalq Muğam müsabiqəsində iştirak etdik. Demək olar ki, muğam müsabiqəsi mənim üçün böyük bir qapı açdı. Bu müsabiqədən sonra Mənsum müəllim məni Opera və Balet Teatrına yönəltdi. Heç vaxt onun əziyyətini, mənə verdiyi qiyməti itirmərəm. 10 ilə yaxındır ki, artıq teatrın solistiyəm. Teatra gəldiyim gündən bu günə qədər irili-xırdalı bir çox rollar oynamışam. Onu da deyim ki, Mənsum müəllim mənim kimi bir çox xanəndələri teatra gətirib, amma bir çoxu da gəlib tab gətirə bilməyib. "Əsli Kərəm", "Aşıq Qərib" "Leyli və Məcnun" tamaşalarında əsas rollarda çıxış edirəm. 2 il bundan öncə Məcnun rolunu oynamağım sənət həyatımda dönüş nöqtəsi oldu. Mən bu tamaşanı gənc xanəndəmiz Arzu Əliyeva ilə oynamışdım.

- Leyliləri tez-tez "dəyişirsiz"?

- "Leyli və Məcnun" tamaşasını Arzu xanımdan başqa Nigar Şabanova və bu il isə xalq artisti Gülyaz Məmmədova ilə oynamışam.

- Hansı xanım xanəndə ilə olan tamaşanız daha uğurlu olub?

- Səhnə tamam başqa aləmdir. Mən hər tamaşadan sonra kövrəlib ağlayıram. Bunu Leyli rolunun ifaçıları da təsdiq edə bilərlər. Hər dəfə bu hisslər yaşanır. Mənim daxilimdə bir Leylim var, həmişə onu canlandırıram səhnədə. Bu tamaşada ilahi bir hiss var. Tamaşadan sonra 3 gün özümə gələ bilmirəm. Telefonlarımı hətta söndürüb, özümə qapılıram.

- Olmaya həyatınızda Məcnunun nakam sevgisindən yaşamısız?

- Nakam sevgi hər kəsdə var. Bir tərəfdən fikirləşirəm ki, kaş olmayaydı, bir tərəfdən isə sevinirəm... Çünki insan həyatında uğursuz nəsə yaşayanda bu, onun yaradıcılığına təsir edir. Mən ara-sıra mahnılar da yazıram, mahnılarımın ruhu o yaşadığım hisslərdən doğur. Ona görə də fikirləşirəm ki, yaxşı ki, o hissləri yaşamışam.

- Nakam sevgi yaşamağınıza özünüz səbəb oldunuz, yoxsa qarşı tərəf?

- Günahkar nə mən idim, nə də ki o. Siz bildiyiniz kimi bizim torpaqlarımız işğal olunub. Biz eyni kənddən idik, uzun illər bir-birimizi tapa bilmədik. Axı o vaxt telefon da yox idi. Müharibənin acısı neçə-neçə insan talelərinə zərbə vurdu. Uzun illərdən sonra onu tapanda o, artıq nişanlı idi.

loading...
Astanada Suriya üzrə növbəti görüş olacaq like
  • 19 İyn 21:00  
Dünya Astanada Suriya üzrə növbəti görüş olacaq

Suriyada vəziyyətin nizamlanmasna dair növbəti görüş Astanada

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda  FOTO like
  • 19 İyn 21:00  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda FOTO

Məşhurlar bu gün də ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsind

arrow Ətraflı
Myanma və Dominikan prezidentləri İlham Əliyevi təbrik ediblər like
  • 19 İyn 20:55  
Siyasət Myanma və Dominikan prezidentləri İlham Əliyevi təbrik ediblər

Myanma Prezidenti Thin Cjo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məkt

arrow Ətraflı
Myanma və Dominikan prezidentləri İlham Əliyevi təbrik ediblər like
  • 19 İyn 20:51  
Digərləri Myanma və Dominikan prezidentləri İlham Əliyevi təbrik ediblər

Myanma Prezidenti Thin Cjo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məkt

arrow Ətraflı
Saakaşvilini yumurta atəşinə tutdular  VİDEO like
  • 19 İyn 20:48  
Dünya Saakaşvilini yumurta atəşinə tutdular VİDEO

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin qubernatoru Mixeil Saaka

arrow Ətraflı
"Azərbaycan" jurnalının yeni sayı like
  • 19 İyn 20:44  
Digərləri "Azərbaycan" jurnalının yeni sayı

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

arrow Ətraflı
Bu məşhur modelin saçları və dişləri yoxdur  FOTO like
  • 19 İyn 20:42  
Dünya Bu məşhur modelin saçları və dişləri yoxdur FOTO

Melanie Gaydos. Dünyanın tanınmış modellərindən biri. 28 yaşı var. Ekto

arrow Ətraflı
“Yabloka” Rusiyanın hərbi münaqişələrdən çıxmasını tələb edir like
  • 19 İyn 20:41  
Dünya “Yabloka” Rusiyanın hərbi münaqişələrdən çıxmasını tələb edir

Partiya ölkənin 50 şəhərində imzatoplama kampaniyasına başlayıb

arrow Ətraflı
Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı açılıb like
  • 19 İyn 20:39  
Digərləri Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı açılıb

Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkının açılış mərasimi keçir

arrow Ətraflı
Bakıdakı hərbi hissələrdə taksofonların sayı artırılacaq like
  • 19 İyn 20:38  
Digərləri Bakıdakı hərbi hissələrdə taksofonların sayı artırılacaq

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda yerləşən h

arrow Ətraflı
Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb like
  • 19 İyn 20:36  
Digərləri Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda istehsal olunan kənd təsər

arrow Ətraflı
Bakı metrosundakı dəhşətli intiharın DETALLARI: like
  • 19 İyn 20:32  
Digərləri Bakı metrosundakı dəhşətli intiharın DETALLARI:

Dünən özünü Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasınd

arrow Ətraflı
Əmrah 44 il əvvəl ölmüş atasını təbrik etdi  FOTO like
  • 19 İyn 20:27  
Şou-biznes Əmrah 44 il əvvəl ölmüş atasını təbrik etdi FOTO

Müğənni Əmrah İnstaqramda "Atalar günü" münasibəti ilə payla

arrow Ətraflı
Tərbiyəsiz müəllimin görüntüləri özünə göstərildi  VİDEO like
  • 19 İyn 20:24  
Dünya Tərbiyəsiz müəllimin görüntüləri özünə göstərildi VİDEO

İstanbulun Şişli rayonunun Fulya ərazisində uşaqları cinsi istismar etmə

arrow Ətraflı