Azərbaycanın diplomatik pasportlara malik şəxsləri Laos viza gedə biləcəklər


Siyasət 19 İyn 2017 19:46:44 73 0

Azərbaycanın diplomatik pasportlara malik şəxsləri Laos viza gedə biləcəklər

İki ölkə arasında bununla bağlı saziş imzalanıb

Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycanda rəsmi səfərdədir.

XİN-dən "Report"a verilən məlumata görə, səfər çərçivəsində S.Kommasit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, Baş nazir Artur Rəsi-zadə, Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşüb.

Nazir Fəxri xiyabanı ziyarət edərək mummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.S.Kommasithəmçinin Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və S.Kommasitin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü keçirilib.

Nazirlər Azərbaycan və Laos arasında bütün sahələrdə əməkdaşlığın yenilənməsi və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu xüsusda, onlar yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini qeyd ediblər. E.Məmmədyarov S.Kommasitin səfərinin Azərbaycan və Laos arasında ilk rəsmi səfər olduğunu deyərək, bu səfərin ikitərəfli əlaqələrin bütün sahələrində inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazirlər həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlər inkişafında mühüm rola malik olduğunu qeyd edərək, qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviqi barəsində danışıblar.

Daha sonra tərəflər ikitərəfli münasibətlərin perspektiv vəd edən istiqamətlərinin müəyyənləşdirilməsi üzrə geniş fikir mübadiləsi aparıblar və iqtisadiyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildiriblər. Onlar bu imkanların üzə çıxarılması baxımından hər iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması və biznes forumların təşkil edilməsinə dair ortaq mövqelərini bölüşüblər. Onlar ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Nazirlər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iki ölkə arasında beynəlxalq təsisatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barəsində məlumat verib. Nazirlər münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə dəstəyi bəyan ediblər.

Görüşdə həmçinin “Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş” imzalanıb.

loading...
Türkiyə Milli Müzeyləri Mühafizə İdarəsinin rəhbəri saxlanıldı like
  • 19 İyn 19:44  
Dünya Türkiyə Milli Müzeyləri Mühafizə İdarəsinin rəhbəri saxlanıldı

Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə Milli

arrow Ətraflı
Müğənni Zamiq yarıçılpaq fotosunu paylaşdı  FOTO like
  • 19 İyn 19:42  
Şou-biznes Müğənni Zamiq yarıçılpaq fotosunu paylaşdı FOTO

Şou-biznesdə idmana olan həvəsi ilə seçilən müğənnilərdən biri də Z

arrow Ətraflı
Astanada Suriyadakı böhranın nizamlanmasına dair növbəti beynəlxalq görüş keçiriləcək like
  • 19 İyn 19:36  
Dünya Astanada Suriyadakı böhranın nizamlanmasına dair növbəti beynəlxalq görüş keçiriləcək

Bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbəri məlumat verib

arrow Ətraflı
Nizami Kino Mərkəzində “Milli Kino Günləri” davam edir like
  • 19 İyn 19:32  
Digərləri Nizami Kino Mərkəzində “Milli Kino Günləri” davam edir

“Milli Kino Günləri” layihəsinə daxil edilən filmlərin nümayişi Niza

arrow Ətraflı
Parisdə həyəcanlı dəqiqələr like
  • 19 İyn 19:32  
Dünya Parisdə həyəcanlı dəqiqələr

Fransanın paytaxtı Parisin ən məşhur küçəsi Şanzelizedə bir avtomobil

arrow Ətraflı
Dubayda hava taksiləri istifadəyə veriləcək like
  • 19 İyn 19:24  
Digərləri Dubayda hava taksiləri istifadəyə veriləcək

BƏƏ-nin Dubay şəhərində pilotsuz hava taksilərinin sınaqdan keçiriləc

arrow Ətraflı
"Beşiktaş"ın futbolçusu "Roma"nın hədəfində like
  • 19 İyn 19:22  
İdman "Beşiktaş"ın futbolçusu "Roma"nın hədəfində

"Beşiktaş"ın aparıcı futbolçularından olan Oğuzhan Özyakup "R

arrow Ətraflı
Türkiyə Milli Müzeyləri Mühafizə İdarəsinin rəhbəri saxlanıldı - NİYƏ? like
  • 19 İyn 19:17  
Digərləri Türkiyə Milli Müzeyləri Mühafizə İdarəsinin rəhbəri saxlanıldı - NİYƏ?

Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə Milli

arrow Ətraflı
72 yaşlı Xalq artisti qala gecədə nəvəsi ilə  FOTO like
  • 19 İyn 19:12  
Şou-biznes 72 yaşlı Xalq artisti qala gecədə nəvəsi ilə FOTO

Dünən Bakıda keçirilən "Most Fashionable Awards" mərasimində Xa

arrow Ətraflı
Mark Şnayer İlham Əliyevi ABŞ-da nümunə göstərdi like
  • 19 İyn 19:11  
Digərləri Mark Şnayer İlham Əliyevi ABŞ-da nümunə göstərdi

"Bu mənim üçün Azərbaycan prezidenti İlham Əliyevin Bakıda

arrow Ətraflı