Anar Cəbrayıllı: Bəziləri həyətlərə baxmağa qoymur, çünki qanunsuz su xəttindən istifadə edirlər


Digərləri 19 İyn 2017 19:25:00 67 0

Anar Cəbrayıllı: Bəziləri həyətlərə baxmağa qoymur, çünki qanunsuz su xəttindən istifadə edirlər

"Azərsu" Açıq Səhmdar Cəmyyəti Bakı şəhərinin fasiləsiz su ilə təmin edilməsi üçün tədbirlərini davam etdirir.

Bakı. Samir Əli - Hazırda paytaxtın 81 faizə yaxın ərazisi fasiləsiz su ilə təmin edilib. Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, bu gün müəyyən səbəblərdən bəzi ərazilərə fasiləsiz su vermək mümkün olmur: "Buna ya həmin ərazinin şəbəkəsi imkan vermir, ya da orada lazımi infrastruktur yoxdur. Bəzi yerlərdə insanlar özləri kustar üsullarla su xətləri çəkiblər. "Azərsu" həmin əraziyə su verəndə xətlər suyu daşımaq gücündə olmur və ya tez-tez qəzalar baş verir. Buna görə də həmin ərazilərə fasiləsiz su verə bilmirik". A.Cəbrayıllı bildirir ki, bəzi ərazilərə isə fasiləsiz su verilməməsinin səbəbi həmin yerlərdə yaşayışın həddindən çox artmasıdır: "Məsələn, elə ərazilər var ki, orada sovet dönəmində yaşayış massivi salınıb və həmin massivə uyğun da su xətləri, su anbarları inşa edilib. Amma indi həmin ərazidə evlərin, mənzil və obyektlərin sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Həmin məntəqənin fasiləsiz su ilə təmin edilməsinə isə bizim şəbəkəmiz imkan vermir. Hazırda bu istiqamətdə işlər gedir, Bakının tam olaraq fasiləsiz su ilə təmin edilməsi üçün tədbirlər davam etdirilir". Qurum rəsmisi qeyd edib ki, 2010-cu ildə Bakı əhalisinin təqribən 35 faizi fasiləsiz su ilə təmin olunduğu halda, bu gün bu rəqəm 81 faizə çatdırılıb: "Bu yaxınlarda Bakının Kürdəxanı qəsəbəsinin 24 saat su ilə təmin olunması ilə bağlı yeni şəbəkə qurulub və artıq qəsəbə tam olaraq fasiləsiz su ilə təmin olunur. Bundan başqa, Pirallahı rayonunun 90 faizindən çoxu hazırda fasiləsiz su alır. Bəzi yaşayış massivləri isə var ki, oranı 24 saat su ilə təmin etmək üçün şəbəkəmiz də var. Amma həmin ərazidə həyət evləri çoxluq təşkil etdiyindən su itkilərimiz çox olur. Elə ailələr var ki, suyu sayğacsız istifadə edir, adambaşına müəyyən olunmuş aylıq məbləği ödəməklə suyu israf edir. Əsasən sayğacsız mənzillərə su verilməsində problemlər yaşayırıq. Çünki həmin ərazilərdə çox böyük itkilərimiz olur". A.Cəbrayıllı bildirib ki, bəzi həyət evlərində oğurluq su xətləri çəkirlər: "Elə fərdi yaşayış evləri var ki, bizə həyətlərə baxış keçməyə belə icazə vermirlər, çünki qanunsuz olaraq su xətti istifadə edirlər".
loading...
Dubayda hava taksiləri istifadəyə veriləcək like
  • 19 İyn 19:24  
Digərləri Dubayda hava taksiləri istifadəyə veriləcək

BƏƏ-nin Dubay şəhərində pilotsuz hava taksilərinin sınaqdan keçiriləc

arrow Ətraflı
"Beşiktaş"ın futbolçusu "Roma"nın hədəfində like
  • 19 İyn 19:22  
İdman "Beşiktaş"ın futbolçusu "Roma"nın hədəfində

"Beşiktaş"ın aparıcı futbolçularından olan Oğuzhan Özyakup "R

arrow Ətraflı
Türkiyə Milli Müzeyləri Mühafizə İdarəsinin rəhbəri saxlanıldı - NİYƏ? like
  • 19 İyn 19:17  
Digərləri Türkiyə Milli Müzeyləri Mühafizə İdarəsinin rəhbəri saxlanıldı - NİYƏ?

Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə Milli

arrow Ətraflı
72 yaşlı Xalq artisti qala gecədə nəvəsi ilə  FOTO like
  • 19 İyn 19:12  
Şou-biznes 72 yaşlı Xalq artisti qala gecədə nəvəsi ilə FOTO

Dünən Bakıda keçirilən "Most Fashionable Awards" mərasimində Xa

arrow Ətraflı
Mark Şnayer İlham Əliyevi ABŞ-da nümunə göstərdi like
  • 19 İyn 19:11  
Digərləri Mark Şnayer İlham Əliyevi ABŞ-da nümunə göstərdi

"Bu mənim üçün Azərbaycan prezidenti İlham Əliyevin Bakıda

arrow Ətraflı
“Nar” “Rabitə” idman klubunu dəstəkləməyə davam edir like
  • 19 İyn 19:08  
Digərləri “Nar” “Rabitə” idman klubunu dəstəkləməyə davam edir

“Nar” KSM strategiyası çərçivəsində “Rabitə” idman klubunu dəst

arrow Ətraflı
Sabahdan bulvara giriş qadağan olunur like
  • 19 İyn 19:07  
Digərləri Sabahdan bulvara giriş qadağan olunur

Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar olaraq

arrow Ətraflı
Meksikanın Azərbaycandakı səfiri Qubaya səfər edib like
  • 19 İyn 19:05  
Siyasət Meksikanın Azərbaycandakı səfiri Qubaya səfər edib

Görüşdə Meksika şəhərlərindən birinin Quba rayonu ilə mümkün qardaş

arrow Ətraflı
İki dəfə məhkum olunan şəxsin evindən külli miqdarda narkotik tapıldı like
  • 19 İyn 18:58  
Digərləri İki dəfə məhkum olunan şəxsin evindən külli miqdarda narkotik tapıldı

İyunun 16-da Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əm

arrow Ətraflı
Daha bir film eşqi gerçəyə döndü  FOTO like
  • 19 İyn 18:54  
Dünya Daha bir film eşqi gerçəyə döndü FOTO

Serialların "eşq karvanı"na qatılan son cütlük "Beni Affet&

arrow Ətraflı
"Neftçi"nin hazırlıq planı müəyyənləşib like
  • 19 İyn 18:48  
İdman "Neftçi"nin hazırlıq planı müəyyənləşib

"Neftçi” futbol komandasının yay hazırlıq planı müəyyən

arrow Ətraflı
"Facebook"da çoxdan gözlənilən like
  • 19 İyn 18:48  
Digərləri "Facebook"da çoxdan gözlənilən

Artıq "Facebook" sosial şəbəkəsinin istifadəçiləri şərh və

arrow Ətraflı