“Nar” “Rabitə” idman klubunu dəstəkləməyə davam edir


Digərləri 19 İyn 2017 19:08:51 67 0

“Nar” “Rabitə” idman klubunu dəstəkləməyə davam edir

“Nar” KSM strategiyası çərçivəsində “Rabitə” idman klubunu dəstəkləməyə davam edir.

Bakı. “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “Rabitə” idman klubunu dəstəkləməkdə davam edir. Şirkətdən Trend-ə verilən məlumata görə, operator tərəfindən bu idman klubuna dəstək layihəsinin ikinci mərhələsi uğurla start götürüb. “Nar”ın dəstəyi ilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar “Rabitə” idman klubunda mütəmadi olaraq təşkil edilən boks təlimlərində iştirak edirlər. Gənc boksçulara “Rabitə” klubunun dünya və Avropa çempionu olmuş peşəkar boksçular təlim keçirlər. Təlimlərin keçirilməsində əsas məqsəd kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtının səmərəli təşkil edilməsi və idmana olan marağın artırılmasıdır. Layihə çərçivəsində təlimlərdə iştirak edən uşaqların bir çoxu məktəblilər arasında keçirilən müxtəlif boks turnirlərində qızıl medallara sahib olublar. Artıq ikinci ildir ki, “Rabitə” idman klubunun baş sponsoru olan “Nar” bu il də gənc boksçuları ən yeni idman ləvazimatları ilə təmin edib. “Nar”-ın gənc boksçulara dəstəyini yüksək qiymətləndirən “Rabitə” idman klubunun prezidenti Fərhad Acalov gənc boksçuların gələcəkdə böyük uğurlar əldə edəcəklərindən əmin olduğunu qeyd edib. Xatırladaq ki, məşqlərdə iştirak edən uşaqlar üçün peşəkar idmançıya lazım olan hər cür idman ləvazimatı və nəqliyyat “Nar” tərəfindən təşkil edilir. Bu sosial layihə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “Nar”-ın sponsorluğu ilə həyata keçirilir. “Rabitə” idman klubu 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirir. “Nar”ın korporativ sosial məsuliyyət strategiyası haqqında ətraflı məlumatı nar.az saytından öyrənmək olar. “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
loading...
Sabahdan bulvara giriş qadağan olunur like
  • 19 İyn 19:07  
Digərləri Sabahdan bulvara giriş qadağan olunur

Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar olaraq

arrow Ətraflı
Meksikanın Azərbaycandakı səfiri Qubaya səfər edib like
  • 19 İyn 19:05  
Siyasət Meksikanın Azərbaycandakı səfiri Qubaya səfər edib

Görüşdə Meksika şəhərlərindən birinin Quba rayonu ilə mümkün qardaş

arrow Ətraflı
İki dəfə məhkum olunan şəxsin evindən külli miqdarda narkotik tapıldı like
  • 19 İyn 18:58  
Digərləri İki dəfə məhkum olunan şəxsin evindən külli miqdarda narkotik tapıldı

İyunun 16-da Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əm

arrow Ətraflı
Daha bir film eşqi gerçəyə döndü  FOTO like
  • 19 İyn 18:54  
Dünya Daha bir film eşqi gerçəyə döndü FOTO

Serialların "eşq karvanı"na qatılan son cütlük "Beni Affet&

arrow Ətraflı
"Neftçi"nin hazırlıq planı müəyyənləşib like
  • 19 İyn 18:48  
İdman "Neftçi"nin hazırlıq planı müəyyənləşib

"Neftçi” futbol komandasının yay hazırlıq planı müəyyən

arrow Ətraflı
"Facebook"da çoxdan gözlənilən like
  • 19 İyn 18:48  
Digərləri "Facebook"da çoxdan gözlənilən

Artıq "Facebook" sosial şəbəkəsinin istifadəçiləri şərh və

arrow Ətraflı
Dolların qiyməti dəyişmədi like
  • 19 İyn 18:47  
İqtisadiyyat Dolların qiyməti dəyişmədi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 20-nə olan USD/AZN rəsmi məzənnəs

arrow Ətraflı
Çinin peyki orbitə çatmadı like
  • 19 İyn 18:42  
Dünya Çinin peyki orbitə çatmadı

Çinin Sıçuan əyalətində kommunikasiya peykinin buraxılışı uğursuzluğ

arrow Ətraflı
Türkiyədə terrorçularla qarşıdurmada 1 hərbçi şəhid olub, 2-si yaralanıb like
  • 19 İyn 18:38  
Dünya Türkiyədə terrorçularla qarşıdurmada 1 hərbçi şəhid olub, 2-si yaralanıb

Türkiyə Silahlı Qüvvələri mayın 28-dən Diyarbakır əyalətinin 6 rayonu

arrow Ətraflı
İki dəfə məhkum olunan şəxsin evindən külli miqdarda narkotik tapılıb like
  • 19 İyn 18:35  
Digərləri İki dəfə məhkum olunan şəxsin evindən külli miqdarda narkotik tapılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu

arrow Ətraflı
Yol polisindən regionlara səyahət təşkil edənlərə like
  • 19 İyn 18:34  
Digərləri Yol polisindən regionlara səyahət təşkil edənlərə

Baş DYP İdarəsin yay mövsümü ilə əlaqədar ölkə ərazisində avtobusla

arrow Ətraflı
La Liqa prezidenti: "Ronaldo və Messi kimi futbolçuları saxlamalıyıq" like
  • 19 İyn 18:30  
İdman La Liqa prezidenti: "Ronaldo və Messi kimi futbolçuları saxlamalıyıq"

İspaniya La Liqasının prezidenti Xavyer Tebas portuqaliyalı ulduz Ronaldonun

arrow Ətraflı
Naxçıvandakı təlimlər erməniləri qorxuya saldı like
  • 19 İyn 18:30  
Digərləri Naxçıvandakı təlimlər erməniləri qorxuya saldı

Azərbaycan ordusunun bu gün başlatdığı növbəti irimiqyaslı hərbi təli

arrow Ətraflı