Kiyevdə AzərbaycanUkrayna Xalqlarının Dostluq Parkı açıldı FOTO


Siyasət 19 İyn 2017 17:50:00 63 0

Kiyevdə AzərbaycanUkrayna Xalqlarının Dostluq Parkı açıldı  FOTO

İyunun 19-da Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Kiyev şəhər Dövlət Administrasiyasının qərarı ilə paytaxtın mərkəzində Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkının açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Kiyev şəhər Peçerski rayon Administrasiyasının başçısı Sergey Martinçuk çıxış edərək belə bir gözəl və yaraşıqlı istirahət guşəsinin şəhər sakinlərinin ixtiyarına verilməsinin tarixi hadisə olduğunu qeyd edib. S.Martinçuk vurğulayıb ki, şəhərin mərkəzi ərazilərindən birində yerli sakinlərin xoş və mənalı istirahəti üçün istifadəyə verilən park Azərbaycan-Ukrayna dostluğunun bariz nümunəsidir.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev iki ölkə arasındakı dostluq əlaqələrindən danışaraq belə bir parkın açılmasının xalqlarımız arasında mədəni körpü rolunu oynayacağını bildirib. Səfir gələcəkdə bu parkda Azərbaycanın və Ukraynanın görkəmli şəxsiyyətlərinin büstlərinin ucaldılacağının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilən müstəqil Azərbaycanın xarici ölkələrdə, o cümlədən Ukraynada uğurlu sosial, mədəni layihələr həyata keçirdiyini bildirib. Ukraynalı deputat Kiyev şəhərinin mərkəzində yeni istirahət parkının istifadəyə verilməsini buna bariz nümunə kimi dəyərləndirib.

Çıxışlardan sonra parkda Azərbaycan və Ukrayna dostluğunu əks etdirən ağac əkilib.

Tədbir Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Azərbaycan mahnı və rəqs ansamblının konserti ilə davam etdirilib.

Qeyd edək ki, bu park Kiyev şəhərində Azərbaycanın təşəbbüsü ilə salınan ikinci istirahət guşəsidir. Bundan öncə Kiyevdə 2004-cü ildə ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkının açılışı olub.

Parkın inşası azərbaycanlı investorların sahib olduğu "Drujba Narodov" şirkəti tərəfindən həyata keçirilib.

Parkda xüsusi rənglənmiş xırda daşlarla Azərbaycanın və Ukraynanın dövlət bayraqları həkk olunub. Abidə daşının üzərində isə hər iki ölkənin dövlət dilində parkın rəsmi adı qeyd edilib.

İstirahət parkında qazon örtüyü salınıb, dekorativ gül və ağaclar əkilib. Bununla yanaşı, parkda oturacaqlar, işıq dirəkləri quraşdırılıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...

Xəbərə aid fotolar

"AppLab" proqramının iştirakçısı startap müsabiqəsində qalib olub like
  • 19 İyn 17:48  
İqtisadiyyat "AppLab" proqramının iştirakçısı startap müsabiqəsində qalib olub

“Mango” layihəsi “1st ADA University Ideation Competition” müsabiqəsi

arrow Ətraflı
"Juventus" braziliyalı müdafiəçini buraxmadı like
  • 19 İyn 17:47  
İdman "Juventus" braziliyalı müdafiəçini buraxmadı

"Juventus" sol cinah müdafiəçisi Aleks Sandronu satmaq fikrində de

arrow Ətraflı
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü like
  • 19 İyn 17:45  
Siyasət Elmar Məmmədyarov həmsədrlərlə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri

arrow Ətraflı
İŞİDlə əlaqəli olan şəxs "qara siyahı"ya salındı like
  • 19 İyn 17:44  
Kriminal İŞİDlə əlaqəli olan şəxs "qara siyahı"ya salındı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidmə

arrow Ətraflı
Azərbaycanda qeyri-rəsmi nikahdan doğulanların sayı artıb like
  • 19 İyn 17:43  
Digərləri Azərbaycanda qeyri-rəsmi nikahdan doğulanların sayı artıb

Azərbaycanda son 4 ildə ilk dəfə olaraq, qeyri-rəsmi nikahdan doğulan uşa

arrow Ətraflı
Tağı Əhmədova vəzifə verildi like
  • 19 İyn 17:40  
Digərləri Tağı Əhmədova vəzifə verildi

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı M

arrow Ətraflı
Bakıdakı hərbi hissələrdə taksofonların sayı artırılacaq like
  • 19 İyn 17:36  
Digərləri Bakıdakı hərbi hissələrdə taksofonların sayı artırılacaq

""Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakıda yerləşə

arrow Ətraflı
Astanada I Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək like
  • 19 İyn 17:35  
İqtisadiyyat Astanada I Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək

Forum çərçivəsində Qazaxıstan və Azərbaycanın turizm potensialının t

arrow Ətraflı
Magistraturaya ixtisas seçimi bu gün başa çatır like
  • 19 İyn 17:35  
Digərləri Magistraturaya ixtisas seçimi bu gün başa çatır

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın m

arrow Ətraflı
DİM bakalavrlara müraciət edib like
  • 19 İyn 17:32  
Sosial DİM bakalavrlara müraciət edib

İxtisaslaşma seçiminə iyunun 9-da start verilib və proses iyunun 19-u saat

arrow Ətraflı
Bakıda kirayə ev narkotik laboratoriyası imiş  FOTO like
  • 19 İyn 17:31  
Digərləri Bakıda kirayə ev narkotik laboratoriyası imiş FOTO

Bakıda sintetik narkotik maddə hazırlayan şəxslər tutulub.

arrow Ətraflı