ASAN “İnnovasiyalar Mərkəzi” və “Mastercard” niyyət məktubu imzalayıblar (FOTO)


Digərləri 19 İyn 2017 17:52:00 64 0

ASAN “İnnovasiyalar Mərkəzi” və “Mastercard” niyyət məktubu imzalayıblar (FOTO)

“Mastercard” “İnnovasiyalar Mərkəzi” “Nağdsız Azərbaycan” baxışına öz töhfəsini verməyə hazır olduğunu bildirən niyyət məktubu imzalayıb.

Bakı. “Mastercard” qlobal ödəniş texnologiyaları şirkəti Azərbaycanın aparıcı ictimai qurumlarından biri olan “İnnovasiyalar Mərkəzi” ilə maliyyə savadlılığı ilə bağlı layihələrdə əməkdaşlığın başlanğıcı və “Nağdsız Azərbaycan” baxışına öz töhfəsini verməyə hazır olduğunu bildirən niyyət məktubu imzalayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, məktub özündə maliyyə savadlılığına töhfə verən layihələrin birgə inkişaf etdirilməsi və müvafiq olaraq “Nağdsız Azərbaycan” naminə maliyyə inteqrasiyası hədəflərinə doğru səylərin gücləndirilməsi üçün qarşılıqlı anlaşmanı ifadə edir. Bu, həmçinin “Mastercard” şirkətinin nağdsız cəmiyyətin təşviqi üçün müxtəlif təşəbbüslərin həyata keçirilməsində “İnnovasiyalar Mərkəzi” ilə birgə tərəfdaşlığının rəsmi başlanğıcıdır. “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç bildirib: “Maliyyə məsələlərindən kənarda qalmaq və bu sahədə az bilikli olmaq nağd pul üzərində qurulmuş iqtisadiyyata səbəb olur ki, bu da vətəndaşların və hökumətin sosial problemlərə qarşı həssaslığını artırır, əlavə xərclərə və narahatlığa gətirib çıxarır. Bizim maliyyə inteqrasiyasına yanaşmamız xeyriyyəçilik və ya korporativ sosial məsuliyyətdən ibarət deyil. Biz bu məsələnin həllini ictimai və özəl tərəfdaşlıqlar vasitəsilə rəqəmsal ödəniş texnologiyalarının tətbiqində və bununla da maliyyə savadlılığının yüksəldilməsinə öz töhfəmizi verməkdə görürük. Azərbaycanın aparıcı ictimai qurumlarından biri olan “İnnovasiyalar Mərkəzi” ilə tərəfdaşlığa başlamaqdan çox məmnunuq”. Qeyd edək ki, istehlakçı bazarında üzərinə götürdüyü öhdəliklə yanaşı “Mastercard” nağdsız ödənişlərdə qabaqcıl ödəniş texnologiyalarını tətbiq etmək məqsədilə Azərbaycanda ictimai və dövlət qurumları ilə münasibətlərdə də yeni bir səhifəyə qədəm qoyur. “İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi qeyd edib: “ASAN “İnnovasiyalar Mərkəzi” ictimai sektorda elektron ödənişlərin inkişafı üçün çalışan ən qabaqcıl qurumlardan biridir. Beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirmək həmişə prioritetlərimizdən biri olub və düşünürəm ki, “Mastercard”la tərəfdaşlığımızın ilk mərhələsinin başlanğıcı “Nağdsız Azərbaycan” baxışımızın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli bir addım olacaq”. Məktub “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç və “İnnovasiyalar Mərkəzi”nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.
loading...
Fransada 3 erməni deputat seçildi like
  • 19 İyn 17:51  
Digərləri Fransada 3 erməni deputat seçildi

İyunun 18-də Fransada keçirilən parlament seçkilərinin 2-ci m

arrow Ətraflı
Kiyevdə AzərbaycanUkrayna Xalqlarının Dostluq Parkı açıldı  FOTO like
  • 19 İyn 17:50  
Siyasət Kiyevdə AzərbaycanUkrayna Xalqlarının Dostluq Parkı açıldı FOTO

İyunun 19-da Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəst

arrow Ətraflı
"AppLab" proqramının iştirakçısı startap müsabiqəsində qalib olub like
  • 19 İyn 17:48  
İqtisadiyyat "AppLab" proqramının iştirakçısı startap müsabiqəsində qalib olub

“Mango” layihəsi “1st ADA University Ideation Competition” müsabiqəsi

arrow Ətraflı
"Juventus" braziliyalı müdafiəçini buraxmadı like
  • 19 İyn 17:47  
İdman "Juventus" braziliyalı müdafiəçini buraxmadı

"Juventus" sol cinah müdafiəçisi Aleks Sandronu satmaq fikrində de

arrow Ətraflı
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü like
  • 19 İyn 17:45  
Siyasət Elmar Məmmədyarov həmsədrlərlə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri

arrow Ətraflı
İŞİDlə əlaqəli olan şəxs "qara siyahı"ya salındı like
  • 19 İyn 17:44  
Kriminal İŞİDlə əlaqəli olan şəxs "qara siyahı"ya salındı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidmə

arrow Ətraflı
Azərbaycanda qeyri-rəsmi nikahdan doğulanların sayı artıb like
  • 19 İyn 17:43  
Digərləri Azərbaycanda qeyri-rəsmi nikahdan doğulanların sayı artıb

Azərbaycanda son 4 ildə ilk dəfə olaraq, qeyri-rəsmi nikahdan doğulan uşa

arrow Ətraflı
Tağı Əhmədova vəzifə verildi like
  • 19 İyn 17:40  
Digərləri Tağı Əhmədova vəzifə verildi

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı M

arrow Ətraflı
Bakıdakı hərbi hissələrdə taksofonların sayı artırılacaq like
  • 19 İyn 17:36  
Digərləri Bakıdakı hərbi hissələrdə taksofonların sayı artırılacaq

""Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakıda yerləşə

arrow Ətraflı
Astanada I Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək like
  • 19 İyn 17:35  
İqtisadiyyat Astanada I Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək

Forum çərçivəsində Qazaxıstan və Azərbaycanın turizm potensialının t

arrow Ətraflı
Magistraturaya ixtisas seçimi bu gün başa çatır like
  • 19 İyn 17:35  
Digərləri Magistraturaya ixtisas seçimi bu gün başa çatır

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın m

arrow Ətraflı
DİM bakalavrlara müraciət edib like
  • 19 İyn 17:32  
Sosial DİM bakalavrlara müraciət edib

İxtisaslaşma seçiminə iyunun 9-da start verilib və proses iyunun 19-u saat

arrow Ətraflı